Çərşənbə axşamı, Aprel 14, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

“Mərkəzi Azəri” platformasında hasilata başlanmasından 15 il ötür

21/02/2020
“Mərkəzi Azəri” platformasında hasilata başlanmasından 15 il ötür
1
BAXIŞ
Share on FacebookShare on Twitter

Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundakı “Mərkəzi Azəri” platformasında hasilata başlanmasından 15 il keçir. Ötən il “Mərkəzi Azəri”dən hasilat gündəlik orta hesabla 134 min barrel olub. İl ərzində platformadan 49 milyon barrel, yəni 6,6 milyon ton neft çıxarılıb.

AZƏRTAC xəbər verir ki, ilk hasilatdan bəri “Mərkəzi Azəri”dən 937 milyon barrel və ya 127 milyon ton neft hasil olunub.

“Mərkəzi Azəri”nin işlənməsi körpü ilə birləşdirilmiş iki platforma vasitəsilə həyata keçirilir – hasilat, qazma və yaşayış platforması, kompressor və suvurma platforması. Bakıdan 100 kilometr məsafədə suyun dərinliyi 128 metr olan ərazidə yerləşən hasilat, qazma və yaşayış platforması 2005-ci ilin fevralından istismardadır. Platformanın dayaq blokunun hündürlüyü 142,7 metr, çəkisi 12 min 489 tondur. Üst modulların ölçüləri 60×100,3 metr, çəkisi 18 min 500 tondur. Yaşayış yeri isə 198 nəfərlikdir.

Platformanın neft hasiletmə gücü gündəlik 183 min barreldir. “Mərkəzi Azəri”nin obyektlərinə daxildir: 48 quyu gövdəsinə malik bir ədəd hasilat, qazma, yaşayış platforması, 30 düymlük neft kəməri (platformadan Səngəçal terminalına), 28 düymlük qaz kəməri (platformadan Səngəçal terminalına), platformadan gələn nefti qəbul etmək üçün Səngəçal terminalının genişləndirilməsi.

2004–cü ildə kompressor və suvurma platformasının dayaq blokunun tikintisi başa çatıb, blok dənizdə quraşdırılıb. 2005–ci ildə üst modullar dənizə yola salınıb və quraşdırılıb, platforma ilk əməliyyata hazır vəziyyətə gətirilib. “Mərkəzi Azəri”dən ilk neft 2005-ci ilin fevralında hasil edilib. Həmin il platformadan səmt qazı Azərbaycana göndərilməyə başlanıb. 2006–cı ilin mayında isə platformadan ilk qazvurma həyata keçirilib. “Mərkəzi Azəri” quyular komandası fəaliyyətini iş qəzasına görə dayanma olmadan 12 il davam etdirib.

Qeyd edək ki, bu vaxtadək AÇG yataqlar blokundan neft hasilatı 500 milyon tonu (3,5 milyard barrel) ötüb. Azərbaycanın “Azəri-Çıraq-Günəşli”nin işlənməsindən əldə etdiyi birbaşa gəlir 140 milyard dollardan çoxdur. Cari ildə AÇG-dən hasilatın 186,7 milyon barrel olacağı gözlənilir.

AÇG-də tərəfdaşların iştirak payları bu nisbətdədir: BP – 30,37 faiz, “AzAÇG” (SOCAR) – 25 faiz, “Chevron”- 9,57 faiz, “Inpex” – 9,31 faiz, “Equinor” – 7,27 faiz, “ExxonMobil” – 6,79 faiz, “TPAO” – 5,73 faiz, “Itochu” – 3,65 faiz və “ONGC Videsh Limited” (OVL) – 2,31 faiz. AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.

Tags: AÇGSOCAR“Mərkəzi Azəri” platforması

Eyni kateqoriyadan Digər materiallar

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.