Cümə axşamı, Avqust 13, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

BANM-də “Qadınlar və mühəndislik” mövzusu müzakirə olunub

20/02/2020
BANM-də “Qadınlar və mühəndislik” mövzusu müzakirə olunub
9
BAXIŞ
Share on FacebookShare on Twitter

Bakı Ali Neft Məktəbində (BANM) “Wing” – Qadınlar Mühəndislikdə Hərəkatı və BANM-in birgə təşkilatçılığı ilə “İnteqrasiya Olunmuş Mentorluq” proqramının təqdimat mərasimi keçirilib.

“Qafqazinfo”nun məlumatına görə, mərasimdə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və “Wing”-in rəhbəri Vüsalə Kazımova çıxış ediblər.

Tədbirdə həmçinin “Qadınlar və mühəndislik” mövzusunda mütəxəssislərlə panel müzakirələri aparılıb.

Tədbiri giriş sözü ilə açan Vüsalə Kazımova STEM və kompüter elmləri peşələri üzrə qızların az bir qisminin karyera qurmaq arzusunda olduqlarını bildirib. O, “Wing” – Qadınlar Mühəndislikdə Hərəkatının ilk layihələrindən olan “İnteqrasiya Olunmuş Mentorluq” proqramı çərçivəsində məktəbli və tələbə qızların mühəndislik sahələrində fəaliyyət göstərən nüfüzlü şirkətlərin mühəndisləri ilə zəncirvari “öyrən-öyrət” prinsipi əsasında yeni formatda əməkdaşlıq əlaqələrinin qurulacağını qeyd edib. 

V.Kazımova qadın kadr potensialının hazırlanması işində ölkəmizdə həyata keçirilən mühüm səylərə öz tövhələrini verəcəklərini vurğulayıb.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov tədbirin faydalı təcrübə mübadiləsi və qadınların mühəndislik peşələrinə həvəsləndirilməsi baxımından əhəmiyyətindən söz açıb. O, qızların bu sahəyə ildən-ilə marağının artdığını, BANM-də ən yüksək bal toplayan və Prezident təqaüdünə layiq görülən tələbələr arasında qızların xüsusi çəkiyə malik olduğunu qeyd edib. 

“STEM Education Azerbaijan”-nın təsisçisi Ceyhun Cabbarov, Təhsil İnstitutunun əməkdaşı, “STEAM Azərbaycan”-ın layihə rəhbəri İqrar Nəzərov, BP-nin Qrup rəhbəri Nigar Cəlilova, “Engineering For Kids Azerbaijan”-nın Texniki direktoru Mario Caicedo , BMT-nin İnkişaf Proqramının Araşdırmalar üzrə müdiri Leyla Seyidzadə, İnnovasiya texnologiyaları və prosesləri üzrə ekspert Şəbnəm Məmmədova panel sessiyalarında çıxış ediblər. Panel müzakirələrdə qızlar və oğlanların fərqli fənn sahələrinə marağının təşviq edilməsi və seçimlərin formalaşmasında sosial amillərin böyük rol oynadığı qeyd olunub. Təhsil siyasətinin qızların özünə inamının gücləndirməsi və mühəndis olmaq üçün zəruri bacarıqlarının inkişaf etdirməsinə yönəlməsinin vacibliyinə toxunulub.

Tags: Bakı Ali Neft Məktəbi

Eyni kateqoriyadan Digər materiallar

Elmar Qasımov “Petkim” nümayəndə heyəti ilə onlayn görüşdə
Azərbaycan

Elmar Qasımov “Petkim” nümayəndə heyəti ilə onlayn görüşdə

18/06/2020
Bakı Ali Neft Məktəbində “Mühəndislər üçün biznes təhsili” başa çatdı
Azərbaycan

Bakı Ali Neft Məktəbində “Mühəndislər üçün biznes təhsili” başa çatdı

19/11/2019
SOCAR rəhbərliyi STAR-da çalışan gənc azərbaycanlılarla görüşüb
Azərbaycan

SOCAR rəhbərliyi STAR-da çalışan gənc azərbaycanlılarla görüşüb

19/10/2018
Bakıda “Xəzər və Mərkəzi Asiya” forumu öz işinə başlayıb
Azərbaycan

Bakıda “Xəzər və Mərkəzi Asiya” forumu öz işinə başlayıb

23/04/2018
BP və tərəfdaşları Layihə İdarəetmə Məktəbinin beşinci məzun buraxılışını qeyd edib
Azərbaycan

BP və tərəfdaşları Layihə İdarəetmə Məktəbinin beşinci məzun buraxılışını qeyd edib

06/04/2018
IADC Bakı Ali Neft Məktəbində seminar keçdi
Azərbaycan

IADC Bakı Ali Neft Məktəbində seminar keçdi

04/04/2018
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.