Bazar, Dekabr 14, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Şahbazov: 2020-ci il Azərbaycanda bərpa olunan enerji sektorunun inkişafında yeni mərhələnin başlanğıcı olacaq

13/01/2020
Şahbazov: 2020-ci il Azərbaycanda bərpa olunan enerji sektorunun inkişafında yeni mərhələnin başlanğıcı olacaq
9
BAXIŞ
Share on FacebookShare on Twitter

Azərbaycan dövlət başçısının sərəncamına uyğun olaraq ölkənin enerji sektorunda islahatların həyata keçirilməsi üçün zəruri olan tədbirlərin reallaşdırılması davam edir.

Energetika naziri Pərviz Şahbazov Trend-ə müsahibəsində enerji sahəsində reallaşdırılan vacib layihələrdən, eləcə də bu və növbəti illər üçün planlardan danışıb.

– Ötən il Azərbaycanda enerji sektorunda qarşıya qoyulan tapşırıqların reallaşdırılması necə icra olunub?

– Ötən il “Azərbaycan Respublikasının enerji sektorunun uzunmüddətli inkişaf strategiyası” layihəsinin hazırlanmasına başlanılıb. Bununla əlaqədar olaraq dövlət başçısına bu sahəyə özəl investisiyaların cəlb olunması, bərpa olunan enerji mənbələrinin istifadəsinin təşviq edilməsi, əlverişli investisiya mühitinin yaradılması və özəl sahibkarlıq fəaliyyətinin dəstəklənməsi üzrə təkliflər təqdim olunub. Ötən il həm də ölkədə istilik təchizatı sisteminin səmərəliliyinin artırılması üzrə təkliflər hazırlanaraq dövlət başçısına təqdim edilib. “Elektrik enerjisi haqqında”, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin istifadəsi haqqında”, eləcə də “Enerji və kommunal xidmətlər sahəsində tənzimləmələr haqqında” qanun layihələri hazırlanıb və təqdim olunub. Ötən il “Enerji haqqında” və “Qaz təchizatı haqqında” yeni qanun layihələrinin hazırlanması üzrə tədbirlərin reallaşdırılmasına başlanılıb. Təklif və qanun layihələrinin qəbul olunmasından sonra enerji sektorunda yeni inkişaf mərhələsi başlayacaq.

– Azərbaycanla Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi arasında əməkdaşlığın inkişaf dinamikası necədir?

– Azərbaycan bu agentliklə 2009-cu ildən əməkdaşlıq edir, 2014-cü ildən isə təşkilatın tamhüquqlu üzvüdür. Bu müddət ərzində tərəfdaşlıq münasibətləri inkişaf edib. Bu uğurlu əməkdaşlığın bariz nümunəsi kimi “Azərbaycanda bərpa olunan enerjiyə hazırlığın qiymətləndirilməsi” layihəsini göstərmək olar. Layihə üzrə bərpa olunan enerji mənbələrinin istifadəsinin dəstəklənməsi məqsədilə əlverişli investisiya mühitinin yaradılmasını təmin edən məsləhətlər təqdim olunub.

Eyni zamanda, enerji sektorunda islahatların sürətləndirilməsi çərçivəsində dövlət başçısının qarşıya qoyduğu prioritet tapşırıqlardan biri “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin istifadəsi haqqında” qanun layihəsinin hazırlanmasıdır. Elektrik enerjisi istehsalında bərpa olunan enerjinin payının artırılması, beynəlxalq təcrübə nəzərə alınmaqla bu sahənin inkişafı və özəl investisiyaların cəlb olunması dövlət başçısının xüsusi diqqət ayrılmasını tələb etdiyi prioritet sahələrdir. Ötən il bərpa olunan enerji mənbələri sahəsində iki sərəncamın imzalanması alternativ enerji mənbələri sahəsinə göstərilən xüsusi diqqətin göstəricisidir. Zəruri qanunvericilik aktlarının qəbul olunması bərpa olunan enerji mənbələri sahəsinə özəl investisiyaların cəlb olunmasını təmin edən əsas proseslərdən biridir.

– Azərbaycanla ABŞ arasında enerji sahəsində əməkdaşlığı necə qiymətləndirirsiniz?

– ABŞ hər zaman Azərbaycanın bütün təşəbbüslərində, xüsusilə də karbohidrogenlərin işlənməsi və dünya bazarlarına çıxarılması üzrə vacib tərəfdaşı olub. ABŞ şirkətləri nəinki “Əsrin müqaviləsi”nin imzalanmasında iştirak edib, həm də Azərbaycanda yeni texnologiyaların inkişafını dəstəkləyib. 2019-cu ilin dekabrında SOCAR-la ABŞ-ın “Baker Hughes” şirkəti arasında kəşfiyyat və hasilat üzrə əməliyyatlar çərçivəsində neft quyularında ehtiyatlı istehsalat konsepsiyasının hazırlanması və reallaşdırılması barədə anlaşma memorandumu imzalanıb. 2019-cu ildə ABŞ Prezidenti Donald Trampın, dövlət katibi Maykl Pompeonun məktubları, Trans-Adriatik qaz kəmərinin (TAP) dəstəklənməsi, Vaşinqtonda “Əsrin müqaviləsi”nin 25 illiyinin qeyd olunması, Energetika məsələləri üzrə yeni katib Den Bruyett və digər yüksək vəzifəli şəxslərlə əlaqələr göstərir ki, ABŞ qlobal enerji təhlükəsizliyi siyasətində Azərbaycanla əməkdaşlığa vacib əhəmiyyət verir. ABŞ administrasiyası “Cənub Qaz Dəhlizi”ni Avropanın enerji təhlükəsizliyini təmin edən və Xəzər regionunun Avropa və dünya bazarlarına daha sıx inteqrasiyasına xidmət edən bir layihə kimi qiymətləndirir, Məşvərət şurasının iclaslarında layihəyə dəstək göstərir.

– 2019-cu ildə Azərbaycanla Böyük Britaniya arasında enerji sektorunda əməkdaşlıq nə dərəcədə səmərəli olub?

– Böyük Britaniya enerji sektorunda Azərbaycanın vacib tərəfdaşı olmaqla bu günədək Azərbaycan iqtisadiyyatına 28,4 milyard dollar investisiya qoyub. Azərbaycanın BP şirkəti ilə əməkdaşlığı nəticəsində Böyük Britaniyanın Azərbaycanın neft sektorunda investisiyalarının payı təxminən 26,5 milyard dollar təşkil edib. Azərbaycanın Böyük Britaniya, xüsusən də BP şirkəti ilə əməkdaşlığı irimiqyaslı enerji layihələrinin reallaşdırılmasında vacib rol oynayıb. Hazırda icra olunan “Cənub Qaz Dəhlizi” layihəsi bu ildən başlayaraq Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verəcək. “Azəri-Çıraq-Günəşli”, “Şəfəq-Asiman”, “D-230 bloku”, eləcə də Abşeron yarımadasının dayazsulu hissəsində yataqların işlənməsi layihələri əməkdaşlığın inkişafını azı bu əsrin ortalarına qədər təmin edəcək. 2018-ci ildə Energetika Nazirliyi ilə “BP Azərbaycan” şirkəti arasında ölkədə bərpa olunan enerji mənbələrinin potensial inkişaf imkanlarının tədqiqi məqsədi ilə anlaşma memorandumu imzalanıb. Azərbaycan gələcəkdə öz ərazisində bərpa olunan enerji mənbələri vasitəsilə elektrik enerjisinin istehsalı hüququnun verilməsi üzrə hərraclarda BP-nin iştirakında maraqlıdır.

– Bu il Azərbaycanla Fransa arasında enerji sahəsində hansı birgə layihələr reallaşdırılacaq?

– Azərbaycanla Fransa arasında enerji əməkdaşlığında vacib rol oynamış “Total” şirkəti ölkədə neft-qaz sənayesinə investisiyalar qoymuş ilk xarici enerji şirkətlərindən biri olub. “Total” Bakı-Tbilisi-Ceyhan magistral ixrac boru kəmərinin səhmdarlarından biridir, hazırda “Abşeron” qaz-kondensat yatağının kəşfiyyatı və işlənməsi layihəsinin operatorudur. Artıq yataqda hasilat və qiymətləndirmə məqsədilə ikigövdəli quyunun qazılması başa çatıb. İlk məhsulun 2021-ci ildə alınması planlaşdırılır. Alternativ enerji sahəsində əməkdaşlıq məqsədilə 2019-cu ildə Fransanın “Total Eren” və “Quadran International şirkətləri ilə müvafiq sənədlər imzalanıb. Gələcəkdə Fransa şirkətlərinin ölkə ərazisində bərpa olunan enerji mənbələri vasitəsilə elektrik enerjisinin istehsalı hüququnun verilməsi üzrə hərraclarda iştirakı arzuolunandır.

– Yaxın perspektivdə parnik qazları tullantıları həcminin hansı səviyyədə azaldılması planlaşdırılır?

– 2030-cu ilədək atmosferə buraxılan parnik qazlarının həcminin 35 faiz azaldılması planlaşdırılır. Azərbaycan 2016-cı ildə Paris sazişini imzalamaqla qlobal temperatur artımının Selsi şkalası ilə iki dərəcə səviyyəsində saxlanması üzrə öhdəlik götürüb. 1990-cı ildə ölkədə atmosferə buraxılan parnik qazlarının həcmi karbon dioksid (CO2) ekvivalentində 73,3 milyon ton təşkil edib. Nəzərə alsaq ki, karbon tullantılarını yaradan əsas sahələrdən biri elektrik enerjisidir, o zaman təbii qazla işləyən elektrik stansiyalarında yeni texnologiyaların tətbiqi ilə daha yüksək nəticələrə nail olmaq, qurğuların səmərəliliyini artırmaq, yanacaq istehlakını və elektrik stansiyalarının daxili istehlakını azaltmaq, həmçinin enerji səmərəliliyinə nail olmaq lazımdır. 2018-ci ildə “Azərenerji” ASC-nin istilik elektrik stansiyasında elektrik enerjisinin istehsalı üçün şərti yanacaq sərfiyyatı 2009-cu illə müqayisədə saatda 50,2 qram/kilovatt azalaraq 279,8 qram/kilovatt təşkil edib. Bu, 1017,4 min ton şərti yanacaq deməkdir. 0,4 kilovoltluq şəbəkənin yenilənməsi, 6-10 kilovoltluq elektrik yarımstansiyalarında optimallaşdırma işləri, müasir tipli sayğacların qurulması sayəsində 2018-ci ildə elektrik enerjisi üzrə ümumi itkilər 2009-cu illə müqayisədə 41,6 faiz azalaraq 10,5 faiz təşkil edib. Daha bir irəliləyiş səmt qazının yandırılmasının məhdudlaşdırılması ilə əlaqədardır. Əgər 2012-ci ildə yandırılma 912,9 milyon kubmetr təşkil edirdisə, 2018-ci ildə bu rəqəm 218 milyon kubmetrədək azalıb. Bərpa olunan enerji mənbələrinin elektrik enerjisi istehsalında payının artırılması üzrə dövlət siyasəti də karbohidrogen tullantılarının azalmasına gətirib çıxaracaq.

Ölkədə su ehtiyatları daxil olmaqla bərpa olunan enerji mənbələrinin elektrik enerjisi istehsalında payı 17 faiz təşkil edir. Biz 2030-cu ilədək bu göstəricini 30 faizədək yüksəltməyi planlaşdırırıq. Bu, enerji təhlükəsizliyinin möhkəmlənməsi ilə yanaşı, karbohidrogen tullantılarını da əhəmiyyətli dərəcədə azaldacaq.

– 2020-ci il üçün Azərbaycanda alternativ enerji mənbələrinin istifadəsi üzrə proqnozlar necədir?

– Azərbaycanın elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payının artırılması üzrə konkret məqsədləri və strateji həlləri var. Dövlət başçısı tərəfindən 2016-cı ildə təsdiq olunmuş “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafı üzrə strateji yol xəritəsində” bərpa olunan enerji mənbələrinin hesabına 420 meqavatt gücündə istehsalat gücünün yaradılması nəzərdə tutulub. Bu məqsədlə doqquz beynəlxalq enerji şirkəti ilə əməkdaşlıq barədə sənədlər imzalanıb, külək və günəş enerjilərinin istifadəsi ilə layihələrin reallaşdırılması üzrə müzakirələr keçirilib və təkliflər alınıb. İlkin mərhələdə 440 meqavatt elektrik enerjisi istehsalı üzrə pilot layihənin reallaşdırılması planlaşdırılır. Dövlət başçısının 5 dekabr 2019-cu il tarixli “Bərpa olunan enerji mənbələrinin istifadəsi sahəsində pilot layihələrin reallaşdırılması üzrə tədbirlər haqqında” sərəncamı ilə komissiya yaradılıb, tədbirlərin icra olunması üçün isə yeddi işçi qrupu yaradılıb. Bir ay ərzində pilot layihələr üçün torpaq sahələrinin ayrılması, investorlara dövlət zəmanətinin verilməsi, layihələr üzrə elektrik stansiyalarının elektrik şəbəkələrinə qoşulması, layihələrin icrası üçün dövlət zəmanətinin verilməsi üzrə təkliflər təqdim olunacaq. Qanun qəbul olunmasından sonra pilot layihələrlə yanaşı, seçilmiş ərazilər üzrə hərrac keçirilməsi planlaşdırılır. Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyi ilə hərracların hazırlanması üzrə layihə reallaşdırılır. Bu layihə çərçivəsində hərracların keçirilməsini tənzimləyən normativ-hüquqi bazanın formalaşdırılması üzrə iş aparılır. Beləliklə, 2020-ci il Azərbaycanda bərpa olunan enerji sektorunun inkişafında yeni mərhələnin başlanğıcı olacaq.


Tags: energetika naziriPərviz Şahbazov

Eyni kateqoriyadan Digər materiallar

Nazir: Ötən il enerji resurslarımızın demək olar ki, 75%-i Avropaya tədarük edilib
Azərbaycan

Nazir: Ötən il enerji resurslarımızın demək olar ki, 75%-i Avropaya tədarük edilib

08/07/2024
Azərbaycan Çin şirkətləri ilə enerji saxlanc sistemlərinin tətbiqini müzakirə edib
Azərbaycan

Azərbaycan Çin şirkətləri ilə enerji saxlanc sistemlərinin tətbiqini müzakirə edib

27/06/2024
Pərviz Şahbazov Gürcüstana səfər edib
Azərbaycan

Pərviz Şahbazov Gürcüstana səfər edib

15/05/2024
Pərviz Şahbazov BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb
Azərbaycan

Pərviz Şahbazov BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb

17/04/2024
Energetika naziri Əbu-Dabidə Azərbaycanın “yaşıl hidrogen” kursundan danışıb
Yaşıl enerji

Energetika naziri Əbu-Dabidə Azərbaycanın “yaşıl hidrogen” kursundan danışıb

17/04/2024
Azərbaycan Əbu Dabidə Yaşıl Hidrogen Sammitində iştirak edəcək
Yaşıl enerji

Azərbaycan Əbu Dabidə Yaşıl Hidrogen Sammitində iştirak edəcək

15/04/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Azərbaycan

Azərbaycanın Şimali Makedoniyanın qaz təchizatında iştirakı…

14/12/2025
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
İran

Çinin İran neftinə qayıdışının mənası

13/12/2025
Azərbaycan

“Fitch” SGC-nin 2029-cu ilədək qaz nəqlindən gözləndiyi gəlirləri açıqlayıb

08/12/2025
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
Azərbaycan

SOCAR: Gələn il “Abşeron” yatağı ilə bağlı investisiya qərarı veriləcək

28/11/2025
İlham Şaban: Azərbaycan Türkiyəyə qaz ixracını artıra bilərmi?
Azərbaycan

Azərbaycan Türkiyəyə qaz nəqlini 4 % artırıb

28/11/2025
Azərbaycan

BP “Qarabağ” yatağının işlənilməsinə dair planlarını açıqlayıb

28/11/2025
Azərbaycan

bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”

26/11/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.