Rusiyanın dünyaca ünlü boru metallurgiya şirkəti TMK-nın Azərbaycandakı nümayəndəsi Avtandil Məmmədovla eksklüziv müsahibə
– Avtandil müəllim, təmsil etdiyiniz Boru Metallurgiya Şirkətinin (TMK) məhsulları dünya bazarındakı analoji məhsullardan nə ilə fərqlənir?
– TMK bu gün dünya neft sektoru üçün boru məhsulları hazırlayan 5 ən böyük şirkətindən biridir. 2018-ci ildə şirkət bütünlükdə 3.989.000 ton boru istehsal edib, onlardan 2.743.000 tonu şovsuz borulardır. Bundan başqa, ümumi realizə həcmində OCTG (neft sektoru üçün boru məhsulları) sinfinə aid boru məhsilları 48 faiz, yəni 1.914.720 ton olub.
TMK bu gün 20-dən çox istehsalar sahəsiu və 38.000-dən çox işçisi olan bir qrumdurki, dünyada yüksək texnologiyalı boru sənayesini TMK-sız düşünmək mümkün deyil.
– Dünya sənayesində texnoloji yeniliklər sürətlə tətbiq olunur. TMK öz alıcılarına, o sıradan Azərbaycandakı tərəfdaşlarına hansı innovasiyaları təklif edir?
– Bu gün TMK ildə 45 mindən çox çeşitdə 4.000.000 ton boru məhsulları istehsal edir. Bizim Azərbaycandakı əsas tərəfdaşlarımız neft-qaz sənayesində servis, qazma, hasilat xidmətləri göstərən şirkətlərdir.
Biz qazma və hasilat şirkətlərinə, müxtəlif kəmər və maşınqayırma boruları ilə yanaşı nasos-kompressor və qoruyucu borular, o cmlədən 20 adda Premium sinifli birləmə əsasında nasos compressor və qorucucu borular təklif edirik. Bunlar neft-qaz sənayesinin xüsusən çətin hasilatlı yataqlarda daha çox nəticə əldə edilməsinin, ümümiyyətlə neft və qaz hasilatının gələcəyini müəyyən edən innovasiyalardır.
– Azərbaycandan olan müştəriləriniz, özəlliklə Azərbaycanın Respublikası Dövlət Neft Şirkəti (SOCAR) bu innovasiyalara nə qədər maraq göstərir?
– Bu gün TMK-nin tərkibində olan zavodların istehsalat tarixi 1739-cu ilə uzanır və bu zavodlar Azərbaycana artıq 60 ildən çoxdur neft sektorunda istifadə olunan standart boru məhsulları satır.
Azərbaycanda lisenziyalı müqavilə üzrə yataqların işlənməsi qazma şirkətləri və pay bölgüsü müqavilələri əsasında hasilatla məşğul olan digər şirkətlər uzun illərdir bizdən borular, eləcə də Premium sinifli birləməli borular alırlar alırlar.
2018-ci ildə biz “Azneft” İstehsalat Birliyinə TMK-nin Premium sinifli birləməsi olan “TMK UP PF” adlı birləşməli Q125 möhkəmlik hədli polad nasos-kompressor borularının satışın başlamışıq. 2019-cu il iyulun 3-də ‘’Azneft’’ İB-nin “28 May” Hasilat İdrarəsi dərin dəniz özülündəki 13-cü blokunda 250 saylı quyuda həmin boruların istifadəsinə başlayıb. Bu, SOCAR-a bilavasitə tərkibində olan qurumlarda TMK-nın Premium sinifli birləşməli boruların ilk istifadəsi idi. Nəticə “Azneft” IB-nin gözləntilərini tam doğruldub – heç bir narazılıq yoxdur. Boru buraxılması əməliyyatı heç bir texniki və texnoloji kənarlaşma olmadan başa çatıb, quyu debit rejimində işləyir.
Premium sinifli birləmələrdən harada istifadə olunur? Bu məhsul Azərbaycan Dövlət Neft Şirkəti, bütünlükdə Azərbaycan neft-qaz sektoru üçün hansı texniki problemlərin həllini təmin edəcək?
– Borular üçün Premium sinifli birləmə və ya PREMİUM CONNECTİON termini işlətdikdə biz həmin məhsulların özəlliklərinə görə neft-qaz sənayesi üçün hazırlanan API 5CT, ГОСТ 632-80, ГОСТ 633-80 standartlarından daha üstün olduğunu nəzərdə tutur. Yəni “Premial” birləşmə birləşmənin standatların tələblərindən daha da üstdə olduğuna işarət edir. Premial birləşmələr də daxil olmaqla TMK-nin boru məhsullarının istifadəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üçün hər şeydən öncə istehsalat xərclərinin azaldılması, bununla da xammalın müqavilə üzrə müəyən olunan satış qiymətinə əlavə dəyərin daha da artırılmasını təmin edəcək.
– Bəllidir ki, borular bu və ya digər şəkildə neft quyularında 1857-ci ildən istifadə edilir. O zaman Pensilvaniyadan olan Edvin Dreyk neft quyusu qazaraq içərisinə pivə çəlləklərini qoruyucu boru kimi yerləşdirdi və bununla quyunun divarının uçub tökülməsinin qarşısını almış oldu. Bu çox bəsit yöntəm idi. Kənardan baxdıqda, TMK-nın məhsulları da sadə görünür…
– Məsələ göründüyü qədər sadə deyil. Dəqiq deyə bilərəm ki, qazma işlərinin dərinliyi 6000 metri keçəndən sonra artıq “pivə çəlləkləri” işə yaramaz. Edvin Dreykin quyusu 25 metr idi. Bunun üçün PREMİUM CONNECTİON-lar gərəkdir. Yəni borular bir-birinə hər hansı kipləşdirici, qaynaq işləri olmadan bağlanmalı, axıcılıq həddinin 95-nin təşkil edən daxili təzyiqdə, 30 metrdə 19,7° əyilmədə, ox boyu güclərin borunun materialının axıcılıq həddinin 0-95-ə faizi intervalında dəyişdiyi, xarici mühitin temperaturunun otaq temperaturundan 180 dərəcə istiliyə qədər dəyişdiyi bir sınaq şəraitində bu birləşmələrin germetikliyi sınaqdan keçməlidir. Bundan başqa, əgər söhbət nasos-kompressor borularından gedirsə, termodövriyyə sınaqları 15 dəqiqədən 60 dəqiqəyə olmaq şərtilə 50 dəfə, təkrarlanmalıdır. Qoruyucu borularda borularda bu, sınaq 5 dəfə təkrarlanmaqla keçirilməlidir. Əgər itki saatda 3,6см³-dən çox olarsa və artım tendensiyası müşahidə olunarsa germetiklik qənaətbəxş sayılmır. Yalnız bu sınaqdan keçmiş birləşdiriciləri istifadəyə yararlı saymaq olar. Premial birləşmələrin əsas özəlliyi bundan ibarətdir.
– Dünyada daha 4 şirkət neft sənayesi üçün geniş çeşidli premiuim sinifli birləşməli borular istehsal edir. Söylədiniz ki, Azərbaycan neft sənayesinin məhz sizin təmsil etdiyiniz şirkətlə işbirliyi qurması ölkə iqtisadiyyatı üçün daha sərfəlidir. Bu fikri necə əsaslandıra bilərsiniz?
– PREMİUM CONNECTİON boruları neft-qaz sahəsi avadanlıqlarının istehsalı sahəsində öz sözünü demiş digər şirkətlər də istehsal edir. Ancaq cəmi 4 şirkət Azərbaycanı ölkənin neft sektorunun bütün tələblərinə cavab verən boru ilə təmin edə bilər və bu dördlükdə TMK da var. Bizim məhsulların Azərbaycan üçün daha optimal olması məsələsinə gəlincə, bildirmək istəyirəm ki, texniki cəhətdən çətin qərarlar zamanı məntiqi seçim “arzu edilən” və “arzuolunmayan” arasındakı balans əsasında verilir. Riyazi mənada isə bu, məchulla bərabərliklər arasında tənliklər sistemi kimidir. Əgər bu tənliklər sistemini quran zaman tənliklərə döğru əmsallarla texniki etibarlılıq, texnoloji əlverişlilik, texniki köməyin mümkünlüyü və asanlığı, digər avadanlıqlarla inteqrasiya, ən əsası da qazılan quyulardan çıxarılan məhsulun normalaşdırılmış qiyməti (quyunun təmirlərarası periodda fəaliyyət dönəmində hasilatının maya dəyəri) əsas arqument kimi götürülsə, o zaman tənliyin həlli birmənalı olaraq TMK-nin premial borularıdır. Tənliyin həlli üçün başqa yol seçilsə, kompromisə gedilməlidir – ya, texniki-texnoloji göstəricilərdə kompromisə gedərək riski göz önünə alacaqsınız, ya da sistemdən iqtisadi bərabərliklər çıxarılmalı, yəni xərclərin hansı səviyyəyə qalxdığını və nəzərə alınmamalıdır. Bu gün neft qaz sənayesinin heç bir subyekti için iqtisadi tərəfini gözardı edə bilməz. Ona görə biz -deyirik: TMK-nin premial boruları optimal seçimdir, qalanı texniki vərdiş və ya kompromisdir.
– Bir məqama da toxunmaq istəyirəm. Bütün hallarda Azərbaycan üçün TMK ilə işbirliyi idxal mənasına gəlir, statistika isə göstərir ki, bu, mənfi ticarət balansıdır. Bu reallığı hansı formadasa dəyişmək mümkündür?
– Statistika yol üstündəki fənər kimidir – bəzən ona söykənmək olar, ancaq o hər tərəfi yetərincə aydınlatmır. Ona görə, statistikadan kənarda qalan məqamlara da diqqət etmək gərəkdir. BMT Ticarət Komissiyasının hesablamalarına görə, 2018-ci ildə Rusiya ilə Azəraycan arasında 2.549.958.000 ABŞ dolları həcmində ticarət dövriyyəsi olub. Azərbaycandan Rusiyaya ixrac edilən məhsulların həcmi 2018-ci ilin hesablamalarında 665.741.000 ABŞ dollarıdır. I rübün hesablamarı göstərir ki, Rusiya ilə Azərbaycan arasında ticarət həcmi 13,08 faiz artıb. Nəzərdən qaçırmaq olmaz ki, Azərbaycandan Rusiyaya göndərilən məhsulların içərisində HS kodu 27-ci qrupa daxil olan məhsulladır 0 faizdir, yəni bu ixrac məhsulları içərisində mineral yanacaq, neft, neft məhsulları yoxdur. Bu isə o deməkdir ki, söhbət Azərbaycan iqtisadiyyatının diversifikasiyasından, yəni şaxələnməsindən, onun kardohidrogen təbii sərvətlərindən asılılığının azaldılmasından, sənayenin və məşğulluğun yüksəlişindən gedirsə, Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi məhz buna xidmət edir. Azərbaycanın ticarət dövriyyəsinə görə ilk onluğunda olan istənilən ölkəyə Azərbaycandan ixracın 90-95 faizini HS kodu 27 qrupda olan məhsullar – karbohidrogen əsaslı xammallar təşkil edir. Rusiya istisna olmaqla! Yəni xarici faktorlardan heç biri Azərbaycan iqtisadiyyatının şaxələnməsinə Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi qədər xidmət etmir.
Bunun üzərinə Rusiyadan idxal edilən neft və qaz sənayesi təyinatlı avadanlıqların və materiallarının, o cümlədən TMK-nın istehsalı olam məhsulların, digər inkşaf etmiş ölkələrdən idxal edilən eyni sinifli məhsullarla müqayisədə, nisbətən aşağı qiymətinin Azərbaycan neft-qaz sektorunda yaradığı əlavə dəyəri də gəlsək, o zaman mənfəətin iki, hətta üç qat olduğunu görə bilərik. Bu səbəbdən mən Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsini Azərbaycan itqisadiyyatının müsbət mənada şəkilləndirdiyini söyləməyə çəkinmirəm.
– Təmsil etdiyiniz şirkətin son dönəmlə əldə etdiyi, ancaq hələlik Azərbaycanda işlədilməyən texniki yeniliklər haqqında nə deyə bilərsiniz? Sizcə, həmin yeniliklər Azərbaycan neft-qaz sənayesi üçün hansı perspektivlər aça bilər?
– Sözsüz ki, yeniliklər var. TMK 2018-ci ildə UP KATRAN HD adlı birləşməni 2018-ci ildə gəmiqayırma, dəniz və sualtı texnikaların layihələndirilməsi sahəsində dünyanın aparıcı tədqiqat mərkəzlərindən olan Krılov Dövlət Elmi Mərkəzində sınaqdan çıxarıb.
TMK-nın UP KATRAN HD adlı sürətli quraşdırılma özəlliyi olan qoruyucu boru birləşməsi 508-914 mm diametrli konduktor borularının yığılması üçün nəzərdə tutulub. Problemlərin bu cür texniki həllini dünyada 3-4 şirkət təklif edə bilir. TMK-nın məhsullarının özəlliyi həm də ondadır ki, onlar daha universaldırlar, ən sərt şəraitlərdə, dənizin ən dərin noqtələrində, dalğaların yaratdığı ən güclü perpedikulyar təzyiqlər altında istifadə edilə bilir. Düşünürəm ki, bu məhsulla tanışlıq azərbaycan iqtisadiyatının mühərriki olan Azərbaycanda neft-qaz sənayesinin inkişafı üçün müsbət yenilik ola bilər.
Aygün Muradxanlı