Cümə axşamı, Yanvar 15, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Təbii qaz (CNG) nəqliyyat sektorunun alternativ yanacağı rolunda

25/04/2019
Təbii qaz (CNG) nəqliyyat sektorunun alternativ yanacağı rolunda
72
BAXIŞ
Share on FacebookShare on Twitter

Hazırda dünyada 1 milyaddan bir qədər çox avtomobil var. Dünya Bankı ekspertlərinin proqnozlarına görə, 2050-ci ildə dünyada avtomobillərin sayı daha 1,2 milyard ədəd artacaq. Elektrik avtomobillərinə dünya səviyyəsində böyük maraq var. Ancaq onların sayı hələ həddən ziyadə azdır – 2019-ci ilin əvvəlinə 5 milyon. Qazdan yanacaq kimi işləyən avtomobillərin sayı isə dünyada 2018-ci ildə 27 milyon olub. Beynəlxalq Qaz İttifaqının proqnozlarına görə, 2020-ci ilin sonuna bu göstərici 50 milyona çatacaq, 2030-cu ildə isə 100 milyonu keçəcək.

Təbii qaz XXİ əsrin yanacağı kimi gündəmə daxil olub. Hazırda o, dünya enerji balansında daş kömürdən sonra üçüncü yerdə qərarlaşıb. Ancaq 2025-ci ilə təbii qazın ikinciliyi ələ keçirmək imkanları var. Proqnoz edilir ki, daha 10 il keçəcək və mavi yanacaq enerji balansında neftin də liderliyini əlindən alacaq. Və bundan sonra dünyada qaz erası bərqərar olacaq.

Hazırda isə biz qaz erasına keçid edirik. Təbii qaz bu gün elektroenergetikanın əsas xammal bazasıdır və bazardan sürətlə kömürü çıxartmaqdadır. Sənaye faktiki olaraq təbii qazın hesabına inkişaf edir. Və  qazın  yeni inkişaf perspektivi olan sahə yaranıb- nəqliyyat sektoru.

Qazın nəqliyyat sektorunda tətbiqi tarixi isə XİX əsrə gedib çıxır. Belə ki, 1872-ci ildə nəqliyyatda ilk fədə daxiliyanma mühərrikində küçə fənərlərinin işıqlandırılmasında istifadə edilən qazı tətbiq ediblər. 1915-1916-cı illərdə isə praktikada ilk dəfə olaraq daxiliyanma mühərriklərində təbii qazan istifadə edilib. Hələ o zamanlar eyni həcmli qaz mühərrikləri benzin mühərriklərindən daha çox güc yarada bilirdilər və qaz stansiyalarında kompressorla təbii qazı 20 atmosfer təzyiqlə avtomobildə quraşdırılmış balonlara vuraraq mayeləşdirirdilər. 1940-1950-ci illərdə Almaniya, danimarka, Norveç, Rumıniya, Finlandiya, Fransa və İtaliyada nəqliyyatda qazdan istifadə xüsusilə populyar idi. Ancaq sonrakı dövrdə Yaxın Şərqdə iri neft yataqlarının açılması ilə Qərb ölkələri ucuz xammal əldə etməyə və neftayırma zavodlarında daha ucuz maye yanacaq – benzin və dizl yanacağı istehsal etməyə başladılar. Bununla da nəqliyyatda qazdan istifadənin populyarlığı minimuma endi. 1973-cü ildəki Ərəb-İsrail münaqişəsi zamanı isə qaza olan maraq Qərbdə yenidən oyanmağa başladı.

Son statistik məlumatlara görə, dünyada hazırda 26 milyondan çox təbii qazla işləyən avtomobil var. Bu sahədə liderlik Çinin payına düşür – 5 milyondan artıq, sonrakı yerləri İran və Pakistan bölüşürlər, müvafiq olaraq 4 və 3 milyon ədəd. Top-10-u Özbəkistan bağlayır – burada 500 minə qədər qazla işləyən maşın fəaliyyət göstərir. İtaliyada isə CNG ilə (əsasən Fiat avtomobilləri) hərəkət edən 1 milyondan artıq avtomobil var.

Qeyd etmək lazımdır ki, təbii qazla işləyən avtomobillərin coğrafiyası getdikcə genişlənir. Burada əsasən iki faktor böyük rol oynayır:

Birincisi: təbii qazın ənənəvi maye yanacaqla müqayisədə iqtisadi baxımdan istehlakçılar üçün daha cəlbedici olması.

İkincisi, inkişaf etmiş ölkələrin ekoloji məsələlərə daha həssas yanaşaraq havanı çirkləndirən  bir sıra nəqliyyat vasitələrinin qanuni yolla qaz yanacağına keçirmək istəyi. Məsələn, ABŞ-da hazırda təxminən bir beş avtobusdan biri sıxılmış qazla işləyir. IHS CERA analitiklərinin fikrincə, 2030-cu ildə ABŞ-da kommersiya nəqliyyat vasitələrinin artıq üçdə biri CNG-yə keçəcək. O cümlədən Fransada ictimai nəqliyyatın hamısı CNG-yə keçib artıq. Avropanın ilk liman şəhəri kimi isə Rotterdam sahilə ancaq (ekoloji amillərlə əlaqədar) qazla işləyən gəmilərin yana almasını icazə verir.  

CNG – alternativ yanacaq

Hazırda bütün mövcud yanacaqların ən etibarlı, ekoloji cəhətdən səmərəli və iqtisadi növü sıxılmış təbii qaz – CNG (Compressed natural gas) hesab olunur. Bu təmiz metan (CH4) – dır.

Qeyd edək ki, CNG kompressor stansiyasında boru nəqli ilə gələn qazın sıxılılması hesabına əldə edilir, daxili yanma mühərriklərində yanacaq olaraq istifadə üçün 200-250 bar (196-245 kq / sm2) təzyiqə bərabərdir.

Картинки по запросу автомобили на газомоторном топливе

CNG avtonəqliyyatda çoxdan tətbiq edilir, ancaq XXİ əsrin II onilliyindən dünyanın bir çox ölkələrində böyük sürətlə yayılmağa başlayıb. Buna bir tərəfdən dünyada yanacağın bahalı qiyməti təkan vermişdisə, ona artan marağın digər səbəbi ekoloji amillərlə bağlı idi. Yanarkən ətraf mühitə tullantıların iki dəfədə azalması səbəbindən CNG alternativ yanacaq hesab edilir.  Hazırda yeganə yanacaqdır ki, emal edilməmiş halda havaya buraxılarkən Avro 5 ekoloji standarlarının tələblərinə cavab verir. Buna görə də CNG artıq alernativ yanacaq kimi bazarlara daxil olub və dünya bazarında yerini bərkitməkdə davam edir.

CNG FAYDALARI

• CNG benzinlə işləyən nəqliyyat vasitələri ilə müqayisədə 2 dəfə ucuzdur.

• Mühərrikə zərər verməyən CNG istifadə edərkən yağın dəyişdirilmə müddəti uzanır.

• Təbii qazda işləyən mühərriklər digər yanacaqlarda çalışan mühərriklərə nisbətən daha uzun ömürlüdür. Təbii qaz təmiz bir yanacaq olduğundan mühərrikin və yanacaq sisteminin təmir tezliyi də azalır.

• Təbii qazın maye yanacaqlardan struktur baxımından fərqləndiyini nəzərə alaraq, oğurluq riski yoxdur. Bu, xüsusilə böyük avtomobil parklarında yanacaq oğurluğu riskinin qarşısını alır.

• Təbii qazın boru kəməri ilə nəqli maye yanacağın və LPG-nin avtonəqliyyat vasitələri ilə daşınarkən qəza nəticəsində ətraf mühitin çirklənməsinə səbəb olan əlavə xərclər yaratmır.

Картинки по запросу автомобили на газомоторном топливе

• Benzinin yanma temperaturu 300 dərəcədə, LPG-nin yanması 400 dərəcə temperaturda baş verirsə, CNG-nin yanma temperaturu 650 dərəcədə mümükündür. Fiziki xüsusiyyətlərə görə, CNG praktikada daha mürəkkəb şəraitdə yanğına səbəb ola bilər. Bu yanacaq növündə yanğın riski minimumdur. Həcm baxımından qaz/hava nisbəti 5 ~ 15% olduqda yanğın mümkündür.

  • CNG partlayış həssaslığına görə, hidrogen, LPG, benzindən sonra gələrək dizellə dördüncü yeri bölüşür.

• Bu gün bir çox ölkələrdə ətraf mühitə çirkləndirməyə həssas olan taksi, kommersiya və ictimai nəqliyyat təbii qazdan istifadə edir. Onlar CNG-yə məhz təhlükəsizlik, səmərəlilik və ətraf mühitlə bağlı vaxtaşırı mürəkkəbləşdirilən ekoloji standartlar kimi amilləra görə üz tuturlar.

• Təbii qazda alternativ yanacaq kimi aldehid və digər hava toksinləri yoxdur.

• Tədqiqatlar göstərib ki, CNG ilə işləyən mühərriklərin səsi digər yanacaqla işləyən mühərriklərdən 30%  azdır.

• Təbii qaz çox az istixana təsirini yaradır.

Nəticə

Beləliklə, təbii qazın qısa bir zamanda iqtisaiyyatın bütün sahələrində geniş tətbiq edilməsinin şahidi oluruq. Buna da təkan verən  başlıca səbəb kommersiya maraqlarıdırsa (eyni ekvivalentdə qaz neftlə müqayisədə bazarda daha ucuzdur, o cümlədən qazdan alınan məhsullar da), digər amil isə qazın YAŞIL ENERJİ növlərindən biri kimi çıxış etməsidir. Belə ki, təbii qaz atmosferin çirkləndirilməsində minimum xüsusi çəkiyə malikdir. Bu baxımdan onun istifadəsi insan sağlamlığı və ətraf mühit məsələləri ilə sığ bağlıdır.

Ona görə də dünya miqyasında yaxın on il ərzində CNG-nin nəqliyyat vasitələrində işlədilməsi həm inkişaf edən ölkələrdə, həm də inkişaf eytmiş ölkələrdə davamlı olaraq artacaq. Çünki daxili yanma mühərriklərində təbii qazın istifadəsi hesabına həm istehlakçılar tərəfindən qənaətin əldə edilməsi, həm də cəmiyyət olarq ətraf mühit məsələlərinin həlinə nail olunması ƏLÇATAN olur. Belə ki, bu qlobal məsələnin ekoloji daha təmiz hesab edilən ELEKTRİK avromobilləri hesabına əldə edilməsi daha uzun, və daha kapitalyönümlü məsələdir. Məhz kommersiya baxımından elektrik avtomobilləri hələ bir neçə onillik olaraq dünyanın əksər ölkələri üçün əlçatmaz olaraq qalacaq. Onların yerini isə təbii qazla işləyən avtomobillər tuta bilər.

İlham Şaban

Neft Araşdırmaları Mərkəzinin rəhbəri

Tags: alternativ yanacaqCNG

Eyni kateqoriyadan Digər materiallar

Bakıda dizel yanacağı ilə işləyən sərnişin avtobusları istismardan çıxarılacaq
Azərbaycan

Bakıda dizel yanacağı ilə işləyən sərnişin avtobusları istismardan çıxarılacaq

26/11/2020
Azərbaycanda əhali avtomobillərdən az istifadə etməyə başlayıb – Araşdırma
Azərbaycan

Azərbaycanda əhali avtomobillərdən az istifadə etməyə başlayıb – Araşdırma

07/06/2020
CNG yanacağından istifadə ilə qənaət hesablanıb – VİDEO
Azərbaycan

CNG yanacağından istifadə ilə qənaət hesablanıb – VİDEO

23/05/2020
“Alana da, satana da sərfəlidir, həm də havanı təmizləyir” – MÜSAHİBƏ
Azərbaycan

“Alana da, satana da sərfəlidir, həm də havanı təmizləyir” – MÜSAHİBƏ

04/05/2020
“SOCAR Petroleum”un özəl nəqliyyat şirkəti ilə anlaşması
Azərbaycan

“SOCAR Petroleum”un özəl nəqliyyat şirkəti ilə anlaşması

28/11/2019
Azərbaycanda avtomobillərdə qazın istehlakı 30 dəfə artıb
Maraqlı Xəbərlər

Yanacaqlar üzrə AVRO standartları və ekologiya

13/11/2019
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025
Maraqlı Xəbərlər

Avropa Birliyi Rusiya qazı ilə vidalaşmağa qərar verdi

19/12/2025
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Azərbaycan

Azərbaycanın Şimali Makedoniyanın qaz təchizatında iştirakı…

14/12/2025
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.