Bazar ertəsi, Avqust 10, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Tehran: Səudiyyə Ərəbistanı və Rusiya neft istehsalını artıraraq OPEC-in qərarlarını pozur

05/10/2018
Министр нефти Ирана приедет на заседание министерского комитета ОПЕК+ в сентябре
8
BAXIŞ
Share on FacebookShare on Twitter

Səudiyyə Ərəbistanı və Rusiya neft hasilatını artıraraq Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) qərarlarını pozur.

AZƏRTAC “Shana” agentliyinə istinadla xəbər verir ki, bu sözləri İranın OPEC üzrə nümayəndəsi Hüseyn Kazımi Ərdəbili deyib. O, kartelə üzv olan Səudiyyə Ərəbistanının və qeyri-OPEC ölkəsi Rusiyanın “Əməkdaşlıq Bəyannaməsi”nə zidd olaraq neft istehsalını artırmaqla günahlandırıb.

Ekspertlərin fikrincə, ABŞ-da neft ehtiyatlarının artması və Çinlə “ticari müharibə”yə baxmayaraq, gələn ay İrana qarşı tətbiq ediləcək sanksiyalar neft qiymətinin düşməsinə mane olur.

Bəzi KİV-lərə görə, Rusiya və Səudiyyə Ərəbistanı neftin qiymətindəki bahalaşmanı azaltmaq məqsədilə sentyabr ayında istehsalın artırılması üçün razılaşıblar. Tərəflər OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin Əlcəzairdə keçirilən X iclasından əvvəl bununla bağlı ABŞ-a məlumat veriblər.

Mənbələr bildirir ki, Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Al Falih rusiyalı həmkarı Aleksandr Novakla apardığı bir sıra danışıqlarından sonra sentyabr-dekabr aylarında neft hasilatının artırılması qərara alınıb. Səudiyyəli nazirin müştərilərin daha çox neft istəyəcəyi təqdirdə istehsalı artıracaqlarını ABŞ-ın enerji naziri Rick Perryə də deyib.

Ekspertlər hesab edir ki, böyük neft istehsalçıları İrana qarşı sanksiyalardan sonra bazarda yaranacaq tədarük çatışmazlığını kompensasiya etmək üçün maksimum səy göstərirlər. Elə Moskvada keçirilən “Rusiya enerji həftəsi” adlı Beynəlxalq Forumda nazir Aleksandr Novak ölkəsinin neft istehsalını daha da artıra biləcək potensiala sahib olduğunu deməsi də buna bir işarədir. Nazir deyib: “Rusiya lazım gələrsə neft hasilatını artıra bilər. Bizim neft istehsalımız maksimuma çatmayıb və lazım gələrsə artırarıq. Bu il təxminən 555 milyon ton neft çıxarmağı nəzərdə tuturuq”.

Bundan başqa, ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) isə ABŞ-ın xam neft hasilatının gündəlik 11 milyon barrelə çatdığını açıqlayıb.

Qeyd edək ki, ABŞ noyabrın 5-dən etibarən İranın milli neft-qaz şirkətlərinə beynəlxalq məhdudiyyətlər qoyacaq, neft və qaz satışına sanksiyalar tətbiq edəcək.

Tags: Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC)Rusiya neft istehsalı

Eyni kateqoriyadan Digər materiallar

Добыча нефти в мире впервые достигла 100 млн баррелей в день
Rusiya

Rusiyalı nazir: Neftin qiyməti daha da arta bilər

03/10/2018
Rusiya neft hasilatının həcmini azaldıb
Rusiya

Rusiya neft istehsalında Səudiyyə Ərəbistanını geridə qoyub

25/07/2018
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.