Şənbə, Yanvar 17, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

“SOCAR Energy Georgia” Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi ilə memorandum imzalayıb

24/10/2018
“SOCAR Energy Georgia” Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi ilə memorandum imzalayıb
4
BAXIŞ
Share on FacebookShare on Twitter

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev şirkətin bir sıra rəhbər vəzifəli işçilərinin müşaiyəti ilə Gürcüstanda işgüzar səfərdə olub.

Şirkətdən “Report”a verilən məlumata görə, səfər çərçivəsində, Tbilisidə SOCAR rəhbərliyi və Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Kobulia arasında işgüzar görüş baş tutub. Görüş zamanı “SOCAR Energy Georgia” şirkətinin baş direktoru Mahir Məmmədov və Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Kobulia “Əməkdaşlıq haqqında memorandum” imzalayıblar. Memorandum sosial-iqtisadi inkişafın təşviqi, yüksək dağlıq rayonların həyat səviyyəsinin yaxşılaşdırılması, turizm və istirahət sahələrinin inkişafına dəstək, istilik təchizatının alternativ yollarla təmin edilməsi istiqamətlərində əməkdaşlıq imkanlarının araşdırılmasını nəzərdə tutur.

Daha əvvəl SOCAR ölkənin kurort ərazisi olan Sairmedə ekoloji cəhətdən səmərəli Virtual Boru Kəməri layihəsini həyata keçirib. Virtual qaz kəməri texnologiyası təbii qazın sıxılmış təbii qaz (STQ) şəklində ucqar məntəqələrdə yaşayan istehlakçılara nəql olunması metodudur. Dünya praktikasında təbii qaz nisbətən qısa məsafələrdə STQ şəklində nəql olunur. Sairme mövcud qaz qəbulu məntəqəsinin 52 km-liyində yerləşir. Buna görə də pilot layihədə qazın STQ şəklində nəqlindən istifadə olunması qərara alınıb. Memorandum imzalandıqdan sonra bu istiqamətdə əməkdaşlığın davamlı olması məqsədi ilə işçı qrupunun yaradılması nəzərdə tutulur.

Səfər çərçivəsində SOCAR heyəti azərbaycanlıların sıx məskunlaşdığı Marneuli rayon mərkəzində yerli icmanın nümayəndələri ilə açıq görüş keçirib, bu bölgədə yaşayan azərbaycanlıların sosial problemləri ilə maraqlanıb və onların həlli yolları barədə müzakirə aparıblar.

Qeyd edək ki, SOCAR-ın Gürcüstanda həyata keçirdiyi sosial məsuliyyət layihələrinin əsas məqsədi şirkətin bu ölkədə həyata keçirdiyi biznes fəaliyyətinin dayanıqlığını təmin etmək, orada yaşayan soydaşlarımıza sosial dəstək tədbrilərini mütəmadi olaraq həyata keçirməkdir. Bu istiqamətdə Gürcüstanın dövlət ali məktəblərində təhsil alan və Gürcüstan vətəndaşı olan soydaşlarımızın təhsil haqlarının ödənilməsi, onlara təqaüdlərin verilməsi, kənd təsərrüfatı texnikasının soydaşlarımızın sıx məskunlaşdığı regionların yerli idarəetmə orqanlarına təmənnasız verilməsi, həmçinin Azərbaycanın milli irsinin qorunması, milli mədəniyyətimizin təbliğ olunması kimi tədbirləri göstərmək olar. SOCAR Gürcüstanda biznes fəaliyyətinə 2006-cı ildə başlayıb. Elə həmin ildə də neftin Qərb bazarlarına nəql edilməsi məqsədilə Kulevi Neft Terminalı satın alınıb. “SOCAR Georgia Petroleum” MMC 115 yanacaqdoldurma məntəqəsi, 16 xidmət mərkəzi və 5 neft terminalına malik olduğu Gürcüstan bazarında Azərbaycanın və üçüncü tərəflərin neft məhsullarının topdan və pərakəndə satışını təşkil edir.“SOCAR Georgia Gas” MMC Gürcüstanın regionlarına təbii qaz tədarükü və paylanmasını həyata keçirir və 670 mindən artıq abonentə xidmət göstərməklə yerli qaz şəbəkəsini idarə edir.

Tags: Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf NazirliyiSOCAR Energy Georgia

Eyni kateqoriyadan Digər materiallar

SOCAR-ın Gürcüstanda biznes fəaliyyətinin 15 yaşı tamam oldu
Maraqlı Xəbərlər

SOCAR-ın Gürcüstanda biznes fəaliyyətinin 15 yaşı tamam oldu

23/12/2021
SOCAR Gürcüstanda növbəti ərzaq yardımı kampaniyasına başlayıb
Maraqlı Xəbərlər

SOCAR Gürcüstanda növbəti ərzaq yardımı kampaniyasına başlayıb

25/12/2020
SOCAR prezidenti Gürcüstanda səfərdə olub
Azərbaycan

SOCAR prezidenti Gürcüstanda səfərdə olub

02/04/2018
SOCAR Gürcüstana ötən il 219 min ton neft məhsulları ixrac edib
Azərbaycan

SOCAR Gürcüstana ötən il 219 min ton neft məhsulları ixrac edib

18/02/2018
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025
Maraqlı Xəbərlər

Avropa Birliyi Rusiya qazı ilə vidalaşmağa qərar verdi

19/12/2025
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Azərbaycan

Azərbaycanın Şimali Makedoniyanın qaz təchizatında iştirakı…

14/12/2025
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.