Çərşənbə axşamı, Noyabr 17, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR 2018-ci ilin III rübü üzrə qazma, hasilat və ixrac göstəricilərini açıqladı

16/10/2018
14
BAXIŞ
Share on FacebookShare on Twitter

SOCAR 2018-ci ilin üçüncü rübündə qazma işlərin həcmini artırmaqla, neft hasilatını sabitləşdirməyə, təbii qaz hasilatını isə önəmli dərəcədə artırmağa nail olmuşdur.

Rüb ərzində SOCAR üzrə hasilat 1,9 milyon ton neft1 və 1,67 milyard kubmetr qaz2 təşkil edərək, əvvəlki ilin analoji göstəriciləri ilə müqayisədə, müvafiq olaraq, 1,5% və 11% nisbətində çox olmuşdur. Ümumiyyətlə, 2018-ci ilin doqquz ayında respublika üzrə 29 milyon ton neft3 və 22 milyard kubmetr təbii qaz4 hasil olunmuşdur. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkə üzrə neft hasilatında təqribən 0,8%, qaz hasilatında isə 4,5% artıma nail olunduğunu göstərir.

Rüb ərzində SOCAR tərəfindən 42 min metrdən artıq5 qazma işi həyata keçirilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrün göstəricisi ilə müqayisədə 43% çoxdur. SOCAR üzrə hasilatın sabitləşməsi üçün qazma həcminin artırılması ilə yanaşı köhnə quyular da bərpa olunur, daha əvvəl istismardan çıxarılmış quyularda əsaslı təmir, geoloji-texniki tədbirlər aparılmaqla həmin quyularda hasilat bərpa olunur.

Bu ilin 9 ayı ərzində Azərbaycana 1,59 milyard m3 qaz idxal olunub6 və 6,48 milyard m3 qaz7 ölkədən ixrac edilmişdir. Ölkəyə idxal olunan və ölkədən ixrac edilən qaz həcmləri üzrə ötən ilin müvafiq dövrü ilə müqayisədə, müvafiq olaraq, 22,6% və 5,8% artım qeydə alınmışdır. Cari ilin ilk 9 ayı ərzində SOCAR 871,8 milyon m3 qaz8 ixrac etmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,5% çoxdur. Xatırladaq ki, SOCAR Azərbaycanda öz imkanları ilə hasil etdiyi bütün təbii qaz həcmini Azərbaycan bazarına yönləndirir. Üçüncü tərəflərdən alınan qaz həcmləri isə əsasən ixrac üçün istifadə olunur və Azərbaycana əlavə gəlir qazandırır. Hazırda SOCAR-ın Azərbaycandakı qaz anbarlarında qış ayları üçün 3 milyard kubmetrdən çox qaz tədarük edilmişdir.

SOCAR üzrə üçüncü rübdə xam neftin ixracı 6 milyon ton9 təşkil etmişdir. Beləliklə SOCAR-ın xam neft ixracı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,3% artmışdır. Rüb ərzində SOCAR üzrə Azərbaycandan 465,8 min ton neft emalı və neft-kimya məhsulu10 ixrac edilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 43% çoxdur.

Tags: hasilat və ixrac göstəricilərineft hasilatıqazmaSOCARtəbii qaz hasilatı

Eyni kateqoriyadan Digər materiallar

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb
Azərbaycan

SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb

24/11/2025
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.