Bazar ertəsi, Fevral 9, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR: Soçidə imzalanan sənədlər Rusiya şirkətləri ilə birgə fəaliyyəti üçün yeni qapılar açır

04/09/2018
SOCAR: Soçidə imzalanan sənədlər Rusiya şirkətləri ilə birgə fəaliyyəti üçün yeni qapılar açır
3
BAXIŞ
Share on FacebookShare on Twitter

Ölkə başçısının Rusiyaya rəsmi səfəri zamanı sentyabrın 1-də Soçidə Azərbaycan və Rusiya prezidentlərinin iştirakı ilə iki ölkə arasında həm siyasi, həm də iqtisadi əlaqələrin gələcək inkişafı üçün müxtəlif sənədlər imzalandı.

Həmin sənədlər arasında yer alan SOCAR ilə “Rosneft” arasında “Qoşadaş” blokunun və Xəzər dənizi təkinin Azərbaycan hissəsində yerləşən Abşeron yarımadasının dayazsulu şimal hissəsinin neft və qaz potensialının birgə öyrənilməsi haqqında Saziş, Dövlət Neft Şirkəti və “Rosneft” arasında Kontrakt, eləcə də SOCAR, “Qazprombank” və “Rusiya İxrac Mərkəzi” arasında Rusiyadan ixracın dəstəklənməsi sahəsində layihələrin birgə reallaşdırılması çərçivəsində strateji əməkdaşlıq haqqında Saziş SOCAR-ın Rusiya enerji şirkətləri və kommersiya təşkilatları ilə birgə fəaliyyəti üçün yeni qapılar açır.

Bu sözləri AZƏRTAC-a SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

SOCAR rəsmisi qeyd edib ki, Dövlət Neft Şirkətinin “Rosneft”lə imzaladığı “Qoşadaş” blokunun və Abşeron yarımadasının dayazsulu şimal hissəsinin neft və qaz potensialının birgə öyrənilməsinə dair Sazişlə tərəflərin karbohidrogenlərin geoloji kəşfiyyatı, işlənməsi, hasilatı və satışı sahəsində əməkdaşlıq imkanlarını öyrənmək niyyəti təsbit olundu.

“SOCAR-la “Rosneft”in imzaladığı Kontrakt isə Dövlət Neft Şirkətinin Türkiyədəki “Star” neft emalı zavoduna (NEZ) Rusiya neftinin təchizatını nəzərdə tutur. Bildiyiniz kimi, Azərbaycan öz nefti ilə yanaşı, üçüncü tərəflərin neftini də alır və ya satır. Ötən ayın əvvəlindən “Star” neft emalı zavodunda sınaq məqsədilə xam neft emalına başlanılıb və NEZ-ə ilk xam neft yükü məhz Azərbaycandan olmaqla 80 min ton “Azeri Light” markalı xam neft çatdırılıb. Lakin hamıya məlumdur ki, “Azeri Light” markalı neft hazırda ən baha neft növlərindəndir. Rusiya xam nefti isə ağır neft olmaqla nisbətən daha ucuzdur. Buna görə də Rusiya mənşəli neft “Star”da emal üçün məqbuldur və daha ucuz olduğuna görə əlavə mənfəət yaradır. Kontraktın şərtlərinə görə, bu ilin dekabr ayından etibarən bir il ərzində zavodun 1 milyon ton Rusiya xam nefti ilə təchiz olunması planlaşdırılır”, – deyə İ.Əhmədov əlavə edib.

O qeyd edib ki, SOCAR-ın “Qazprombank” və “Rusiya İxrac Mərkəzi” ilə imzaladığı Rusiyadan ixracın dəstəklənməsi sahəsində layihələrin birgə reallaşdırılması çərçivəsində strateji əməkdaşlıq haqqında Sazişin məqsədi Dövlət Neft Şirkətinin həyata keçirdiyi layihələrin ehtiyaclarını qarşılamaq üçün Rusiya istehsalı olan avadanlıqların, habelə iş və xidmətlərin ixracına dəstək göstərilməsi sahəsində uzunmüddətli, səmərəli və əlverişli əməkdaşlığın inkişaf etdirilməsindən ibarətdir. Sazişə görə, “Qazprombank” tərəfindən bank xidmətlərinin göstərilməsi, habelə istehsalat obyektlərinin modernləşdirilməsi və sənaye avadanlığının satın alınması istiqamətində SOCAR-ın həyata keçirdiyi cari və investisiya fəaliyyətinin potensial maliyyələşdirilməsi də nəzərdə tutulur. Bundan əlavə, Rusiya İxrac Mərkəzi sənəd çərçivəsində Rusiya istehsalı olan avadanlığın təchizatını, habelə rusiyalı podratçıların iş və xidmətlərini maliyyələşdirən Rusiyanın kommersiya banklarına sığorta təminatının təqdim edilməsini planlaşdırır, eləcə də bu ölkənin kommersiya bankları tərəfindən verilən kreditlərin faiz dərəcəsinin subsidiya edilməsi məsələsini araşdırmağa hazır olduğunu təsdiqləyir.

“Qazprombank” və SOCAR uzunmüddətli və strateji əməkdaşlıq qurub. Bu Saziş isə tərəflərin birgə maraqlarına əsaslanır. Bildiyiniz kimi, 2015-ci ildə “Qazprombank” “SOCAR Polymer” layihəsi üçün 10 illik müddətə təxminən 500 milyon ABŞ dolları həcmində kredit ayırıb. İki il öncə isə “Qazprombank” ilə “SOCAR Polymer” arasında əməkdaşlıq haqqında saziş də imzalanıb. Yüksək Sıxlıqlı Polietilen zavodu layihəsinin maliyyələşdirilməsini məhz “Qazprombank” həyata keçirib. Hazırda “Qazprombank” Rusiya İxrac Mərkəzinə dövlət dəstəyi proqramları çərçivəsində SOCAR GPC qaz-kimya kompleksi üçün Rusiya istehsalı olan məhsul təchizatını 700 milyon dollar həcmində maliyyələşdirilməsi imkanlarını araşdırır”,- deyə SOCAR rəsmisi qeyd edib.

Tags: OCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim ƏhmədovSOCARРоснефть

Eyni kateqoriyadan Digər materiallar

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb
Azərbaycan

SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb

24/11/2025
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025
Maraqlı Xəbərlər

Avropa Birliyi Rusiya qazı ilə vidalaşmağa qərar verdi

19/12/2025
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.