Cümə axşamı, Avqust 20, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR prezidenti neftçilərə yeni mənzillərin orderlərini təqdim edib

18/09/2018
SOCAR prezidenti neftçilərə yeni mənzillərin orderlərini təqdim edib
9
BAXIŞ
Share on FacebookShare on Twitter

Sentyabrın 18-də, Neftçilərin peşə bayramı ərəfəsində neftçilər üçün Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki 28 May küçəsində 5c və 18c ünvanında inşa edilmiş 7 ədəd 9 mərtəbəli yeni yaşayış kompleksinin istifadəyə verilməsinə həsr olunmuş təntənəli mərasim keçirilib.

Tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri iştirak etmişlər.

Məlumat verilmişdir ki, “Neftçi” mənzil-tikinti kooperativi binaların tikintisinə 2016-cı ilin yanvarından başlamışdır. 28 may küçəsində istifadəyə verilən yeni binalarda 452 mənzil var.

Binalarda ümumilikdə 27 ədəd dörd otaqlı, 199 ədəd üç otaqlı, 199 ədədi iki otaqlı və 27 ədədi isə bir otaqlı mənzillər vardır. Binalar su, elektrik xətti və təbii qazla təchiz edilmişdir.

Tam təmirli mənzillər mətbəx mebeli, giriş mebeli və qaz plitələri ilə təmin olunmuş, binaların həyətində istirahət guşəsi yaradılmış, ətrafı abadlaşdırılmışdır.

Yeni mənzil alan neftçiləri təbrik edən SOCAR prezidenti Rövnəq Abdullayev demişdir: “Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənabları neftçilərin sosial şəraitinin yaxşılaşdırılmasını daim diqqətində saxlayır.

Bu istiqamətdə həyata keçirilən tədbirlərimizdən biri də əməkdaşlarımızın növbəlilik əsasında mənzillərlə təmin edilməsidir. Biz bundan sonra da bu işlərimizi davam etdirəcəyik.”

Daha sonra Rövnəq Abdullayev binaların açılışını bildirən rəmzi qırmızı lenti kəsərək, burada mənzil alan neftçilərə order və açarları təqdim etmişdir.

Xatırladaq ki, mənzil uçotunda olan neftçilərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə 2010-cu ildən “Neftçi” mənzil-tikinti kooperativi yaradılmışdır. Kooperativ yeni yaşayış binalarının tikintisi ilə məşğuldur. Hazırda Qaraçuxur qəsəbəsində coxmənzilli binanın tikintisini həyata keçirir. 

Tags: Neftçilər günüNeftçilərə mənzilQaradağ rayonu

Eyni kateqoriyadan Digər materiallar

SOCAR prezidenti: “Çoxşaxəli ixrac-nəql sistemi Azərbaycanın rəqabət qabiliyyətinin artmasına zəmin yaradıb”
Azərbaycan

SOCAR prezidenti: “Çoxşaxəli ixrac-nəql sistemi Azərbaycanın rəqabət qabiliyyətinin artmasına zəmin yaradıb”

21/09/2022
Pərviz Şahbazov neftçiləri təbrik edib
Azərbaycan

Pərviz Şahbazov neftçiləri təbrik edib

20/09/2022
“Azəriqaz” əməkdaşları “Neftçilər günü”ndə mükafatlandırılıb
Azərbaycan

“Azəriqaz” əməkdaşları “Neftçilər günü”ndə mükafatlandırılıb

20/09/2021
SOCAR-da “Neftçilər Günü”nə həsr olunmuş təntənəli yığıncaq keçirilib – FOTO
Azərbaycan

SOCAR-da “Neftçilər Günü”nə həsr olunmuş təntənəli yığıncaq keçirilib – FOTO

20/09/2021
“İki sahil” qəzeti “Neftçilər Günü”nə həsr olunmuş xüsusi buraxılış hazırlayıb
Azərbaycan

“İki sahil” qəzeti “Neftçilər Günü”nə həsr olunmuş xüsusi buraxılış hazırlayıb

21/09/2020
Neftçilərə yeni mənzillər verilib
Azərbaycan

Neftçilərə yeni mənzillər verilib

20/09/2020
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.