SOCAR 2018-ci ilin yanvar-avqust aylarında Bakı-Novorossiysk neft kəməri ilə 798,5 min ton neft ixrac edib.
Bu barədə Rusiya Energetika Nazirliyinin Yanacaq-Energetika Kompleksinin Mərkəzi Dispetçer İdarəsi məlumat verib.
““Transneft” şirkətinin sistemi üzrə cari ilin yanvar-avqust aylarında Azərbaycandan Novorossiysk limanına 798,5 min ton, o cümlədən avqustda 80 min ton neft nəql olunub”, – deyə məlumatda bildirilir.
2017-ci ilin yanvar-avqust aylarında Bakı-Novorossiysk kəməri ilə 988 min ton Azərbaycan nefti nəql olunub. Beləliklə, 2018-ci ilin yanvar-avqust aylarında “şimal” kəməri ilə Azərbaycan neftinin ixracı 19,2% azalıb.
SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi Adnan Əhmədzadəyə istinadən verilən məlumata görə, SOCAR və “Transneft” 2018-ci ildə Bakı-Novorossiysk kəməri ilə Azərbaycan neftinin ixracına dair müqavilə imzalayıb. Cari ildə bu marşrutla 1,3-1,5 mln. ton neftin ixrac olunması planlaşdırılır.