Çərşənbə, Avqust 19, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Norveç Mərkəzi Bankının rəhbəri neftin qiymətinin daha da artacağından ehtiyat edir

28/09/2018
Norveç Mərkəzi Bankının rəhbəri neftin qiymətinin daha da artacağından ehtiyat edir
6
BAXIŞ
Share on FacebookShare on Twitter

Norveç Mərkəzi Bankının rəhbəri neftin qiymətinin bir barrel üçün 100 dollar səviyyəsinə qayıdacağından ehtiyat edir.

Neftin qiymətinin bir barrel üçün 80 dollara qədər çatması Norveç iqtisadiyyatının xeyrinə olub. Bu, dövlət büdcəsində kəsiri azaltmağa və iqtisadi fəaliyyəti gücləndirməyə kömək edib. Üstəlik, bu ay neftin qiyməti son yeddi ildə ilk dəfə Norveç kronunun məzənnəsinin artmasına səbəb olub. Lakin ölkənin Mərkəzi Bankının rəhbəri Oysteyn Olsen xəbərdarlıq edir ki, neftin qiymətinin hədsiz artması neft sənayesində yenidən lüzumsuz eyforiyaya səbəb ola bilər.

AZƏRTAC xəbər verir ki, Oysteyn Olsen “Blumberq” nəşrinə müsahibəsində deyib: “Neftin qiyməti hədsiz artarsa, biz bu sahədə xərclər barədə məlumatın çox cüzi olduğu vəziyyətə qayıda bilərik. Zaman keçdikcə volatilliyin azalması Norveçin neft sektorunun xeyrinə olacaq”.

2014-cü ildə neftin qiymətinin azalması nəticəsində Norveç çox ziyana düşmüşdü. Qısa müddətdə işsizlərin sayı artmış, dövlət xəzinəsinin gəlirləri azalmışdı. O vaxt kütləvi fiskal və monetar stimullar tətbiq olunması ölkə iqtisadiyyatını birbaşa resessiyadan xilas etdi, Mərkəzi Bank isə faiz dərəcələrini rekord minimuma endirdi. Bundan əlavə, həmin dövrdə krallığın hökuməti ilk dəfə olaraq Norveç Dövlət Pensiya Fondunun (Neft Fondu) aktivlərindəki 1 trilyon dollar vəsaitdən istifadə etdi.

İndi neftin qiymətinin yenidən artması ilə əlaqədar Norveç Dövlət Pensiya Fondunun mədaxili artır, işsizlik göstəricisi 4 faizdən aşağıdır, inflyasiya isə yenidən hökumətin nəzərdə tutduğu səviyyəyə yaxınlaşır. Lakin Mərkəzi Bank neft sektorunda xərclərin artdığı dövrə qayıtmaqda o qədər də maraqlı deyil. Bu, kronun məzənnəsini nəzarətdə saxlamaq strategiyasına mane olardı, çünki Norveç Mərkəzi Bankı pul-kredit siyasətinin sərtləşdirilməsi planını həyata keçirir.

 

Tags: Norveç Dövlət Pensiya Fondunun (Neft Fondu)Norveç Mərkəzi Bankı

Eyni kateqoriyadan Digər materiallar

No Content Available
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.