Cümə axşamı, Avqust 20, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

BP və tərəfdaşlarından Azərbaycanın kənd təsərrüfatına dəstək davam edir

12/09/2018
BP və tərəfdaşlarından Azərbaycanın kənd təsərrüfatına dəstək davam edir
7
BAXIŞ
Share on FacebookShare on Twitter

BP və onun Azəri-Çıraq-Günəşli (AÇG), Bakı-Tbilisi-Ceyhan (BTC), Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrindəki tərəfdaşları – SOCAR, TPAO, PETRONAS, Chevron, LUKOİL, NİCO, Equinor, INPEX, ExxonMobil, SGC, ITOCHU, ONGC, TOTAL, Eni –  Azərbaycanda kənd təsərrüfatı üzrə peşə təhsilinin inkişafına dəstək olaraq hazırlanmış və çap olunmuş 19 yeni dərsliyi və əlaqədar tədris materiallarını təqdim etdi.

Bu layihə ölkənin kənd təsərrüfatı üzrə peşə təhsilinin bazasını gücləndirmək və kənd təsərrüfatı sektorunun səmərəliliyini artırmaq istiqamətindəki səylərinə BP və tərəfdaşlarının verdiyi töhfənin bir hissəsidir. Layihə Təhsil Nazirliyi ilə əməkdaşlıqda yerinə yetirilib və ölkədə kənd təsərrüfatı üzrə peşə təliminin keyfiyyətini artırmaq məqsədi daşıyır.

Bu layihə dörd kənd təsərrüfatı ixtisası (bitkiçilik, kənd təsərrüfatı texnikası, meyvəçilik və tərəvəzçilik mütəxəssisi) üzrə yeni tədris metodologiyasının və müasir dərsliklərin hazırlanmasını əhatə edir.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz: “Ümid edirik ki, yeni dərsliklər və tədris materialları yeni nəsil fermerlərin yetişməsi üçün çox faydalı olacaq, çünki yeni ixtisasların tədris olunmasında istifadə olunacaq bu vəsaitlər yerli kənd təsərrüfatının vəziyyətini və mühitini yaxşı bilən  yerli ekspertlər və mütəxəssislər tərəfindən yazılıb. Biz öz səylərimizi Təhsil Nazirliyinin səyləri ilə birləşdirərək kənd yerlərindəki icmalara və nəticədə ölkənin kənd təsərrüfatı sektoruna töhfə verməkdən böyük məmnunluq duyuruq. Yeni ixtisaslar üzrə təlimlərin yeni modul üsulu və metodologiyası ilə keçirilməsi şübhəsiz ki, ölkənin kənd təsərrüfatı üzrə peşə təhsilinin təkmilləşdirilməsində önəmli bir nailiyyət olacaq.”

19 yeni modul və tədris materiallarına aşağıdakılar daxildir:

  • Tərəvəzçilik mütəxəssisi ixtisası üzrə 3 modul – meyvəli tərəvəzlər; yarpaqlı və kökümeyvəli tərəvəzlər; ədviyyat, bitki çayları və dərman bitkiləri;
  • Meyvəçilik ixtisası üzrə 4 modul – tumlu meyvə bitkiləri; çəyirdəkli meyvə bitkiləri; giləmeyvə bitkiləri; qərzəkli meyvə bitkiləri;
  • Kənd təsərrüfatı texnikası ixtisası üzrə 4 modul – kənd təsərrüfatı maşınlarına texniki xidmət; kənd təsərrüfatı maşınlarının təmiri; kənd təsərrüfatı maşınlarından istifadə; kənd təsərrüfatı maşınları ilə işlərin yerinə yetirilməsi;
  • Bitkiçilik ixtisası üzrə 5 modul – taxılçılıq; yağlı bitkilərin əkini; qarğıdalı əkini; cərgəarası bitkilərin əkini; pambıqçılıq
  • Bundan əlavə, həm meyvəçilik, həm də tərəvəzçilik mütəxəssisi ixtisaslarını əhatə edən bağçılıq üzrə 3 modul hazırlanmışdır – bitkilər və onlardan istifadə; bitkilərin əkini və qulluq tədbirləri; torpaq və substratlar.

Layihə çərçivəsində həmçinin Qəbələ, İsmayıllı və Qaxda yerləşən peşə məktəblərinin tələbələri, müəllimləri və təlimçiləri üçün dərsliklərin müəllifləri tərəfindən doqquz master-klas, habelə bir qrup kənd təsərrüfatı mütəxəssisinə və peşə məktəbi müəlliminə potensialın yaradılması və yeni modul üsuluna əsaslanan metodologiya barədə dərslər keçirilmişdir.

Layihə “British Council” təşkilatı tərəfindən iki mərhələdə həyata keçirilmişdir – 1-ci mərhələ (sentyabr 2016 – sentyabr 2017) və 2-ci mərhələ (sentyabr 2017 – sentyabr 2018). Ümumilikdə təxminən 9000 nüsxə yeni dərslik və tədris materialı çap olunmuşdur.

Layihənin iki fazasının birlikdə ümumi dəyəri 463 000 AZN-dən çoxdur.

 

Tags: BP və tərəfdaşlarıənd təsərrüfatı üzrə peşə təhsili

Eyni kateqoriyadan Digər materiallar

No Content Available
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.