Cümə, İyul 17, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Şahdəniz-2 layihəsi çərçivəsində Türkiyəyə qazın nəqli başlandı

02/07/2018
Şahdəniz-2 layihəsi çərçivəsində Türkiyəyə qazın nəqli başlandı
5
BAXIŞ
Share on FacebookShare on Twitter

Şahdəniz konsorsiumu – BP (operator), SOCAR, TPAO, PETRONAS, LUKOYL, NİCO və SGC, bu gün Şahdəniz-2 layihəsi çərçivəsində Türkiyəyə kommersiya qaz həcmlərinin nəqlinin başlandığını elan edir.

Şahdəniz-2 layihəsi təhlükəsiz qaydada, qrafikə uyğun və büdcə daxilində həyata keçirilir və Türkiyəyə qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi 30 iyun 2018-ci ildə başladı.

Şahdəniz-2 ilk dəfə olaraq Xəzər qazını Avropa bazarına çıxaracaq yeni Cənub Qaz Dəhlizinin başlanğıc nöqtəsidir. Sabit ən yüksək hasilat zamanı bu layihənin mövcud hasilat həcmlərinə ildə 16 milyard kubmetr (mlrd.kubmetr/il) qaz əlavə edəcəyi gözlənilir. Şahdənizin ümumi hasilatının isə birinci mərhələ də daxil olmaqla ildə 26 milyard kubmetr qaz və gündəlik 120 000 barel kondensat həcminə çatdırılacağı gözlənilir.

Azərbaycanın Şahdəniz-2 layihəsi çərçivəsində ilk dəfə olaraq  Xəzər dənizində yatağın sualtı işlənməsi texnologiyasını tətbiq olunur və bu da BP şirkətinin bu vaxtadək operatoru olduğu ən iri sualtı infrasrukturdur.

Təxminən 28 milyard ABŞ dolları həcmində investisiya qoyulmuş bu layihə ümumilikdə planlaşdırılmış ən azı 26 sualtı quyudan, bir-birinə körpü ilə birləşdirilmiş iki platformadan, 500km uzunluğunda sualtı boru kəmərləri və axın xətlərindən, Bakı yaxınlığında yerləşən Səngəçal terminalındakı əsaslı genişləndirmə işlərindən və Azərbaycan ərazisində 428km uzunluğunda yeni boru kəmərini, Gürcüstan ərazisində 59km uzunluğunda yeni boru kəmərini və iki yeni kompressor stansiyasını əhatə edən Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsindən ibarətdir.

SOCAR prezidenti Rövnəq Abdullayev demişdir: “TANAP vasitəsilə kommersiya məqsədli qazın nəqli Cənub Qaz Dəhlizinin reallaşmasında mühüm tarixi hadisədir. Bu meqalayihənin mürəkkəbliyinə baxmayaraq, biz eyni vaxtda Azərbaycanda, Gürcüstanda və Türkiyədə Cənub Qaz Dəhlizinin seqmentlərinin əlaqələndirilməsinə və istismara verilməsinə nail olduq. Bu işləri qrafikə uyğun və əvvəl gözlədiyimizdən daha aşağı xərclə reallaşdıra bildik. Şahdəniz-2 üçün platformalar və strukturlar SOCAR-ın törəmə şirkətləri tərəfindən tikilib və bütün tikinti işləri Azərbaycanda aparılıb ki, bu da Azərbaycan və region üçün böyük bir nailiyyətdir”.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz demişdir: “Türkiyəyə ilk kommersiya qazının 2018-ci ildə nəql edilməsi bu iri layihənin başlanğıcında vəd etdiyimiz mühüm hədəfdir. Regionun hökumətləri və Şahdəniz konsorsiumundakı tərəfdaşlarımızla birlikdə işləyərək biz bu hədəfi təhlükəsiz şəkildə, qrafikə uyğun və büdcə daxilində gerçəkləşdirdik. Bu, bizim yüksək keyfiyyətli layihələri birgə uğurla həyata keçirmək qabiliyyətimizi  nümayiş etdirir. Operator olaraq, BP çox məmnundur ki, Azərbaycanda və bütün regionda uzunmüddətli tərəfdaşlığımız bu dünya miqyaslı layihəni uğurla həyata keçirmək və Türkiyədəki istehlakçılar qarşısında öhdəliklərimizi yerinə yetirmək üçün imkan yaradıb. Ümid edirik ki, biz bu müstəsna nailiyyətimizin davamı olaraq növbəti hədəfimizə – 2020-ci ildə Avropaya qaz nəqlinə nail olmaq üçün Azərbaycan hökuməti, SOCAR və digər tərəfdaşlarımızla sıx işləyəcəyik.”

Bp.com

 

Tags: BPRövnəq AbdullayevŞahdəniz konsorsiumSOCARTANAPTAP

Eyni kateqoriyadan Digər materiallar

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Yunanıstan-Bolqarıstan qaz kəmərinin genişləndirilməsi prosesi başlayır
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.