Bazar ertəsi, Avqust 10, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Rusiya qazı CQD üçün qaz mənbələrindən biri ola bilər

09/07/2018
TANAP способствует выводу газовых ресурсов Азербайджана на европейский рынок
14
BAXIŞ
Share on FacebookShare on Twitter

SOCAR şirkətinin marketinq ve iqtisadi əməliyyatlar uzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov Rusiya qazının gələcəkdə “Cənub Qaz Dəhlizi” sisteminə vurulması məqsədilə mənbələrdən birinə çevrilməsi ehtimalını istisna etmir.

“Biz dəfələrlə bu barədə söz açmışıq, “Cənub Qaz Dəhlizi” sisteminə Azərbaycandan başqa və ya onunla bərabər yeni mənbələrdən qaz cəlb etməyə dair marağın olduğunu təsdiq edirəm. Yeni potensial mənbələrdən CQD-yə qazın vurulması imkanları mövcuddur. Bu, Yaxın Şərq, Mərkəzi Asiya və ya Şərqi Aralıq dəniz regionları ola bilər. Bu, Rusiya qazı da ola bilər. Bu mənada heç bir istisna və ya ayrı-seçkilik etmirik, bütün qaz istehsalçıları və sahibləri ilə işləməyə hazırıq”, – V.Bəylərbəyov “Moskva-Baku” internet portalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu cür əməkdaşlığın inkişafı üçün tədarükçü “qanuni və bu sistemin istifadəsində maraqlı olmalıdır”.

O cümlədən, V.Bəylərbəyov məlumat verib ki, ilk növbədə CQD üçün yeni qaz mənbələri qismində “Şahdəniz” yatağından əlavə Azərbaycanın özünün imkanlarına baxılır. “Hasilata hazırlıq mərhələsində olan “Abşeron” yatağı, “Ümid” yatağının işlənməsinin gələcəkdə genişləndirilməsi və hələlik iri işlərin aparılmadığı “Babək” yatağının onunla birləşdirilməsi layihəsinə dair ideyalar var. Onların hər biri, çox güman ki, CQD üçün nəzərdə tutulan Azərbaycandan gələcək qaz mənbələrinə çevriləcək”, – V.Bəylərbəyov vurğulayıb.

O həmçinin bidlirib ki, TANAP qaz kəmərinin ilk mərhələsinin vaxtında istifadəyə verilməsi və bu boru kəməri ilə kommersiya qazının tədarükünə başlanması CQD-nin qalan komponentlərinin vaxtında hazır olacağına şübhə yaratmır. “Layihə mliyyələşdirilir və CQD-nin hər konkret elementinə dair səhmdarlar tərəfindən üzərlərinə götürülən öhdəliklərə uyğun olaraq maliyyələşdiriləcək. Heç şübhəmiz yoxdur ki, bütün xarici borclar banklar və maliyyə institutları ilə razılıqlara əsasən tam həcmdə və vaxtında ayrılacaq. Planlaşdırdığımız kimi, 2020-ci ildə Yunanıstan, Bolqarıstan və İtaliyada bizim qazın istehlakçıları onu müəyyən olunan zaman və tam həcmdə alacaqlar”, – V.Bəylərbəyov qeyd edib.

29 may 2018-ci il tarixində Azərbaycan prezidenti İlham Əliyev “Cənub Qaz Dəhlizi”ni istifadəyə verib. CQD Azərbaycan qazının Avropaya tədarükü üçün infrastrukturun yaradılmasını nəzərdə tutur.

Layihə $40 mlrd.-dan artıq məbləğdə qiymətləndirilir.

Interfax.az

 

Tags: Cənub Qaz DəhliziŞahdənizSOCAR şirkətinin marketinq ve iqtisadi əməliyyatlar uzrə vitse-prezidentinin müavini Vitali BəylərbəyovTANAPTAP

Eyni kateqoriyadan Digər materiallar

Yunanıstan-Bolqarıstan qaz kəmərinin genişləndirilməsi prosesi başlayır
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025
Цена газа в Европе превысила $1900/тыс. куб. м
Azərbaycan

I yarımildə “Şahdəniz”in işlənməsindən dövlət nə qazanıb?

23/07/2025
2026-cı ilə qədər TAP qaz kəmərinin emissiyaları 5% azaldılacaq
Azərbaycan

2026-cı ilə qədər TAP qaz kəmərinin emissiyaları 5% azaldılacaq

21/05/2025
SOCAR приступил к прямым поставкам газа потребителям в Болгарии
Azərbaycan

Azərbaycan Avropaya 4 milyard kubmetr qaz ixrac edib

14/05/2025
In 2023, condensate production at “Shah Deniz” field decreased by 2.8%
Azərbaycan

ARDNF I rübdə “Şahdəniz”in işlənməsindən gəlirlərini 36 %-dən çox artırıb

27/04/2025
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.