Bazar, İyul 12, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR və “Goldman Sachs International” nümayəndələri görüşüb

01/06/2018
SOCAR və “Goldman Sachs International” nümayəndələri görüşüb
11
BAXIŞ
Share on FacebookShare on Twitter

SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkətin rəhbər heyəti “Goldman Sachs International” investisiya şirkətinin icraçı direktorları Sarel Eldor, Yakut Seyhanlı və Anton Sıçevlə görüşmüşdür.

Görüşdə bildirildi ki, bu il SOCAR-ın bir sıra mühüm layihələri, o cümlədən “Goldman Sachs International” şirkətinin paydaş olduğu STAR neft emalı zavodu və TANAP boru kəməri kimi layihələr tamamlanmaq üzrədir. “Goldman Sachs International” şirkəti ilə əməkdaşlıq əlaqələrinin qurulduğu dövrdə hələ ilkin layihəndirmə mərhələsində olan sənaye obyektlərinin tikintisi bu gün artıq tamamlanmaq üzrədir və yaxın zamanda həmin müəssisələr gəlir gətirməyə başlayacaq.

SOCAR-ın əldə etdiyi uğurlu nəticələr gələcək əməkdaşlığın daha da əlverişli vasitələrlə davam etdirilməsinə stimul verir. Bu baxımdan SOCAR hazırkı və gələcək layihələrdə ortaqlıq prinsiplərini daha da əlverişli əsaslarda müəyyənləşdirmək üçün Goldman Sachs ilə birgə təhlil və araşdırma aparacaq.

Görüşdə həmçinin SOCAR-ın Türkiyədə və bütün dünyada genişlənən ticarət əməliyyatlarının maliyyələşdirilməsi ilə bağlı “Goldman Sachs International” Şirkətinin mümkün rolu gündəmə gətirilmişdir. “Goldman Sachs International” SOCAR-ın dünya üzrə infrastruktur və sənaye layihələrini maliyyələşdirməkdə maraqlıdır. Bu istiqamətlərdə araşdırmaların aparılması üçün şirkətlər arasında işçi qrupunun fəaliyyəti planlaşdırılıb.

SOCAR “Goldman Sachs International” ilə əməkdaşlığı 2014-cü ilin dekabrında Petlim limançılıq şirkətinin 30 faizlik payının alınması ilə başlamışdır. 2015-ci ildə isə Goldman Sachs SOCAR-ın törəməsi olan “SOCAR Turkey Energy A.Ş.” şirkətinin 13 faizinə yiyələnmək üçün 1,3 milyard dollar vəsait sərf etmişdir. Goldman Sachs investisiya şirkətinin baş ofisi Nyu-Yorkdadır. Goldman Sachs investisiya bankçılığı, qiymətli kağızlar, investisiya menecmenti sahəsində fəaliyyət göstərir.

Socar.az

 

Tags: Goldman Sachs InternationalRövnəq AbdullayevSOCAR Turkey Energy A.ŞYakut Seyhanlı

Eyni kateqoriyadan Digər materiallar

SOCAR Plans to Increase Investment in Innovation, Venture Projects by 2036
Azərbaycan

Rövnəq Abdullayev İqtisadiyyat nazirinin müavini təyin edilib

10/02/2022
Rövnəq Abdullayev: “Azərbaycan-Türkiyə enerji qardaşlığına töhfə verməyə davam edəcəyik”
Azərbaycan

Rövnəq Abdullayev: “Azərbaycan-Türkiyə enerji qardaşlığına töhfə verməyə davam edəcəyik”

22/12/2021
Rövnəq Abdullayev: “SOCAR əməkdaşlarının maaşları artırılacaq”
Azərbaycan

Rövnəq Abdullayev: “SOCAR əməkdaşlarının maaşları artırılacaq”

20/12/2021
SOCAR prezidenti Tehranda danışıqlar aparır
İran

SOCAR prezidenti Tehranda danışıqlar aparır

09/12/2021
“SOCAR-STP”nin istehsal imkanları beynəlxalq tərəfdaşlara təqdim olunub – FOTO
Azərbaycan

“SOCAR-STP”nin istehsal imkanları beynəlxalq tərəfdaşlara təqdim olunub – FOTO

19/10/2021
SOCAR Gürcüstanda qazlaşdırılmaya 300 mln dollardan çox investisiya yatırıb
Azərbaycan

SOCAR Gürcüstanda qazlaşdırılmaya 300 mln dollardan çox investisiya yatırıb

18/09/2021
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.