Bazar ertəsi, Oktyabr 12, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Rövnəq Abdullayev:“TANAP Azərbaycan və Türkiyənin dünyaya böyük töhfəsi olacaq”

11/06/2018
Rövnəq Abdullayev:“TANAP Azərbaycan və Türkiyənin dünyaya böyük töhfəsi olacaq”
10
BAXIŞ
Share on FacebookShare on Twitter

“Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsi Azərbaycan və Türkiyənin dünyaya böyük töhfəsi olacaq”.

“Report”un Türkiyə müxbiri xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev “SOCAR Turkey Enerji A.Ş”nin yeni inzibati binasının açılışında bildirib.

R. Abdullayev qeyd edib ki, 2018-ci il Azərbaycan üçün ən önəmli tarixlərdəndir. “Belə ki, 100 il öncə Şərqdə ilk demokratik cumhuriyyət olaraq Azərbaycan Xalq Cumhuriyyəti yaranıb. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu il “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilib. Bu bizim üçün böyük bir qürur mənbəyidir. Eyni zamanda, bu il inşaatları davam edən layihələrimiz tamamlanaraq əməliyyata keçəcək. Azərbaycanın ulu öndəri, mərhum Heydər Əliyevin “bir millət, iki dövlət” şüarına uyğun olaraq Türkiyədə bütün gücümüzlə çalışırıq. 2008-ci ildən bəri Türkiyədə investisiyalarımıza davam edərək Türkiyənin ən böyük xarici investoru ünvanını qazanmışıq”.

SOCAR prezidenti bildirib ki, şirkətin həyata keçirməkdə olduğu layihələr tamamlandıqda Türkiyəyə yatırılan sərmayələrin həcmi ümumilikdə 19,5 mlrd.dollara çatacaq.

“Biz Türkiyədəki fəaliyyətimizi regional əhəmiyyətli layihələrlə başladıq. Daha sonra qlobal enerji təhlükəsizliyi üçün mühüm önəm kəsb edən layihələrə imzamızı atdıq.

Avropa İttifaqı ölkələrinin Azərbaycan təbii qazı ilə təchizatında tarixi bir rol oynayacaq TANAP layihəsinin bildiyiniz kimi, sabah Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Erdoğanın iştirakı ilə Eskişəhərdə açılışı olacaq. Bu layihə Azərbaycan və Türkiyənin dünyaya böyük töhfəsi olacaq.

“21-ci əsrin layihəsi” olaraq səciyyələndirilən bu nəhəng layihə Azərbaycan və Türkiyə dövlətlərinin birgə səylərinin nəticəsidir”,-SOCAR prezidenti vurğulayıb.

O qeyd edib ki, bu ilin son rübündə isə Əliağada (İzmir) STAR Neft Emalı Zavodu, “Petlim” Konteyner Limanı, “Petkim” Külək Elektrik Stansiyasının açılışları baş tutacaq.“Bütün qeyd etdiyim bu layihələr ölkələrimizin gələcəyi, yeni iş yerlərinin açılması və inkişaf üçün ən vacib amillərdəndir.Bu binada Türkiyədə qeyd etdiyim investisiyalarımızı və gələcək planlarımızı tək mərkəzdən idarə etmək imkanı qazanacağıq. Belə ki, İstanbulda 4 fərqli binada olan işçilərimiz artıq tək binada toplanır və bu da öz növbəsində daha sürətli və effektiv qərarvermə və daha rahat kommunikasiya imkanı yaradacaq.Burada əməkdaşlarımız üçün bütün lazımi şəraitin yaradıldığı haqqında məlumat verildi. İş otaqları, iclas zalları, texnoloji və sosyal imkanlar yaradılıb. İnanıram ki bu rahat şəraitdə, şirkətimiz və ölkələrimiz üçün daha böyük və uğurlu addımlar atacaq, Azərbaycan və Türkiyə üçün daim çalışacaqsınız.

Ölkələrimizə və onların ortaq gələcəyinə inamımız sarsılmazdır. Tarix üçün qısa bir zaman dilimində qardaş Türkiyədə gördüyümüz bu işlər parlaq gələcəyə böyük inamımızın bariz ifadəsidir”,-SOCAR prezidenti vurğulayıb.

R. Abdullayev qeyd edib ki, Türkiyədəki bütün layihələr şirkət üçün xüsusi önəm daşıyır: “SOCAR-ın hələ uzun illər boyunca Azərbaycan və Türkiyə iqtisadiyyatlarına xidmət etməsini arzulayırıq və bu istiqamətdə məqsədyönlü tədbirlər görməyə davam edəcəyik.Bu gözəl binanın ərsəyə gəlməsində əməyi keçən, zəhməti olan hərkəsə təşəkkür edir, açılış münasibətilə təbrik edirəm. İnanıram ki, bu bina Azərbaycan investisyalarının mərkəzi olmaqla yanaşı, iki qardaş ölkə arasında daima artan iqtisadi və mədəni işbirliyinin də mərkəzi olacaq”.

Tags: PetkimRövnəq AbdullayevSOCARSTARTANAPTAP

Eyni kateqoriyadan Digər materiallar

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Yunanıstan-Bolqarıstan qaz kəmərinin genişləndirilməsi prosesi başlayır
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.