Cümə, İyul 17, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

OPEC və bəzi qeyri-OPEC ölkələri Vyana sazişini ilin sonunadək tətbiq etməkdə qərarlıdır

05/06/2018
ОПЕК ждет, что в будущем году спрос на нефть снова начнет расти
6
BAXIŞ
Share on FacebookShare on Twitter

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və bəzi qeyri-OPEC ölkələri neft istehsalının azaldılmasına dair razılaşmanı bu ilin sonuna qədər tətbiq etməkdə qərarlıdır.

AZƏRTAC Əlcəzairin APS agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin energetika naziri Mustapha Guitouni deyib.

M.Guitouni iyunun sonunda Avstriyanın paytaxtı Vyanada keçiriləcək OPEC-in iclaslarına Səudiyyə Ərəbistanı və Rusiyanın saziş üzrə istehsal kvotalarını artırmaq barədə təklifi ilə bağlı narahatlıqların azaldığını qeyd edib.

Liviya, Venesuela və Səudiyyə Ərəbistanı ilə İran arasındakı gərginliyə işarə edən nazir neft istehsal edilən bölgələrdəki geosiyasi problemlərin barreli 75-80 dollar arasında dəyişən neftin qiymətinə təsir etməyəcəyini vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Rusiyanın Energetika Nazirliyi OPEC və digər neft istehsalçısı ölkələrlə əldə edilən hasilatın azaldılması üzrə müqavilədə kvotaları artırmaq barədə qərar veriləcəyi təqdirdə bu ölkənin neft istehsalını qarşıdakı aylarda əvvəlki səviyyəyə çatdıra biləcəyini bildirmişdi.

Mütəxəssislər neft bazarının iyunun 22-23-də Vyanada keçiriləcək OPEC Nazirlər Şurasının 174-cü iclası, eləcə də OPEC və OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) IX iclasından çıxacaq qərarlara fokuslandığını qeyd edirlər. Həmin iclaslarda Azərbaycanın da təmsil olunması nəzərdə tutulur.

Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. 2017-ci il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində Neft İxrac edən Ölkələr Təşkilatına üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub. Ötən il noyabrın 30-da isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində Neft İxrac edən Ölkələr Təşkilatına üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasına Azərbaycan da qoşulub.

Tags: OPECVyana sazişi

Eyni kateqoriyadan Digər materiallar

“OPEC+” neft hasilatı planına düzəliş edəcək
Maraqlı Xəbərlər

“OPEC+” neft hasilatı planına düzəliş edəcək

27/04/2025
OPEC: Azərbaycan enerji üzrə konstruktiv dialoqun qlobal mərkəzinə çevrilib
Azərbaycan

OPEC: Azərbaycan enerji üzrə konstruktiv dialoqun qlobal mərkəzinə çevrilib

10/03/2025
OPEC Baş katibi: “Azərbaycanla münasibətlər qızıl dövrünü yaşayır”
Azərbaycan

OPEC Baş katibi: “Azərbaycanla münasibətlər qızıl dövrünü yaşayır”

22/05/2024
OPEC+ çərçivəsində razılaşma 2024-cü ilə qədər uzadılıb
Maraqlı Xəbərlər

OPEC+ çərçivəsində razılaşma 2024-cü ilə qədər uzadılıb

06/10/2022
OPEC+ ölkələrində hasilatın real azalması nə qədər olacaq?
Maraqlı Xəbərlər

OPEC+ ölkələrində hasilatın real azalması nə qədər olacaq?

06/10/2022
Maraqlı Xəbərlər

OPEC+ alyansının iclası öncəsi neft bahalaşıb

03/10/2022
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.