Cümə, Yanvar 16, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Energetika naziri 25-ci Yubiley Beynəlxalq “Xəzər Neft və Qaz “Sərgisi çərçivəsində bir sıra görüşlər keçirib

30/05/2018
Energetika naziri 25-ci Yubiley Beynəlxalq “Xəzər Neft və Qaz “Sərgisi çərçivəsində bir sıra görüşlər keçirib
4
BAXIŞ
Share on FacebookShare on Twitter

Energetika naziri Pərviz Şahbazov 25-ci Beynəlxalq Yubiley “Xəzər Neft və Qaz “Sərgisi çərçivəsində bir sıra görüşlər keçirib.

Rusiya Federasiyası Başqırdıstan Respublikasının Baş nazirinin müavini Fərhad Səmədovun rəhbərlik etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə enerji sahəsində əməkdaşlıq imkanları və qlobal inkişaf tendensiyalarının bu sektora təsirləri ətrafında fikir mübadiləsi aparılıb. Fərhad Səmədov Başqırdıstanda neft sənayesi, neft emalı və neft-kimya sektorunun inkişafı barədə geniş məlumat verərək, bərpa olunan enerji mənbələrindən istifadə üzrə həyata keçirilən layihələr və nəzərdə tutulan planlardan danışıb.

Energetika naziri isə ölkəmizin neft-qaz sahəsində qazandığı nailiyyətlərdən bəhs edərək builki sərgi çərçivəsində “Cənub Qaz Dəhlizi”nin açılışını bu uğurların növbəti bir nümunəsi kimi qeyd edib. Nazir ölkənin elektroenergetika sektorunun imkanları, Azərbaycanla Rusiya Gürcüstan, İran və Türkiyə enerji sistemləri arasında mövcud vəziyyət, elektrik enerjisinin ixracı və bərpa olunan enerji mənbələri üzr generasiya güclərinin yaradılması istiqamətində planlaşdırılan tədbirlərdən danışıb.

Söhbət zamanı 23-26 oktyabr 2018-ci il tarixində Ufa şəhərində keçiriləcək Rusiya Energetika Forumunun enerji əməkdaşlığının gələcək istiqamətlərinin müəyyənləşdirilməsi üçün mühüm platforma kimi əhəmiyyəti də qeyd edilib və energetika naziri bu tədbirə dəvət edilib.

Energetika naziri Pərviz Şahbazov sərgidə iştirak edən İran İslam Respublikası Prezident Aparatının yanında Elm, Təlim, Mədəniyyət və Tədqiqat məsələləri təşkilatının sədri Həmidrza Təyyibi ilə də görüşüb. Görüşdə son zamanlar iki ölkə arasında enerji sahəsində imzalanmış sənədlər, elektrik enerjisinin ixracı və birgə həyata keçirilən layihələr üzrə görülmüş işlər yüksək qiymətləndirilib. Bərpa olunan enerji mənbələri ilə bağlı İranın MAPNA şirkəti ilə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

Energetika naziri həmçinin “Tekfen İnşaat” şirkətinin prezidenti Levent Kafkaslının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Energetika Nazirliyi ilə “Tekfen İnşaat” şirkəti arasında imzalanmış alternativ və bərpa olunan enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumundan irəli gələn məsələlər müzakirə edilib. Bildirilib ki, Azərbaycanda uzun illərdir fəaliyyət göstərən “Tekfen İnşaat” şirkətinin təcrübəsi bərpa olunan enerji sahəsində də əməkdaşlığın inkişafı üçün imkanlar yaradır. Bu məqsədlə qısa müddətdə İşçi Qrupunun yaradılması, bu qrupa mütəxəssislərin cəlb edilməsi, eləcə də görüləcək təbirlər üzrə yol xəritəsinin tərtib olunmasının vacibliyi qeyd olunub.

Minenergy.gov.az

 

Tags: 25-ci Beynəlxalq Yubiley “Xəzər Neft və Qaz “SərgisCənub Qaz DəhliziPərviz ŞahbazovTekfen İnşaat

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025
SOCAR приступил к прямым поставкам газа потребителям в Болгарии
Azərbaycan

Azərbaycan Avropaya 4 milyard kubmetr qaz ixrac edib

14/05/2025
Nazir: Ötən il enerji resurslarımızın demək olar ki, 75%-i Avropaya tədarük edilib
Azərbaycan

Nazir: Ötən il enerji resurslarımızın demək olar ki, 75%-i Avropaya tədarük edilib

08/07/2024
Azərbaycan Çin şirkətləri ilə enerji saxlanc sistemlərinin tətbiqini müzakirə edib
Azərbaycan

Azərbaycan Çin şirkətləri ilə enerji saxlanc sistemlərinin tətbiqini müzakirə edib

27/06/2024
Pərviz Şahbazov Gürcüstana səfər edib
Azərbaycan

Pərviz Şahbazov Gürcüstana səfər edib

15/05/2024
Pərviz Şahbazov BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb
Azərbaycan

Pərviz Şahbazov BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb

17/04/2024
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025
Maraqlı Xəbərlər

Avropa Birliyi Rusiya qazı ilə vidalaşmağa qərar verdi

19/12/2025
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Azərbaycan

Azərbaycanın Şimali Makedoniyanın qaz təchizatında iştirakı…

14/12/2025
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.