Şənbə, İyul 18, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Türkmənistan səfiri Xəzər Dəniz Gəmiçiliyində görüşdə

07/04/2018
Türkmənistan səfiri Xəzər Dəniz Gəmiçiliyində görüşdə
11
BAXIŞ
Share on FacebookShare on Twitter

Aprelin 6-da Türkmənistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mekan İşanquliyevlə  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də görüş keçirilib.

QSC-in mətbuat xidmətindən Caspian Barrel-ə verilən məlumata görə, görüşdə iki ölkə arasında əməkdaşlığın bütün sahələrdə, o cümlədən dənizçilik sahəsində artan dinamika üzrə inkişaf etdiyi  qeyd edilib.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev hazırda  Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda təmirə dayanan   Türkmənistana   məxsus  “Berkarar” gəmisində işin gedişi haqqında səfirə ətraflı məlumat verib. Qeyd edib ki, gəmiyə lazımi texniki dəstək göstərilir və təmir yaxın vaxtlarda uğurla başa çatacaq.

Görüşdə tranzit yükdaşımalar sahəsində mümkün əməkdaşlıq imkanları ətrafında da geniş fikir mübadiləsi aparılıb.

Bundan başqa, “AXDG” QSC-nin sədri Rauf Vəliyev Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun uğurlu fəaliyyəti və əhəmiyyəti haqqında da qonağa məlumat verib. Bildirib ki, “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinə daxil olan tərəflərin vahid komanda kimi fəaliyyəti artıq bəhrəsini verir.

“Berkarar” gəmisinin təmirində göstərdiyi köməkliyə görə “AXDG” QSC-nin rəhbərliyinə minnətdarlıq edən səfir Mekan İşanquliyev ölkəsinin Azərbaycanla gəmiçilik sahəsində   əməkdaşlıqda hər zaman maraqlı olduğunu diqqətə çatdırıb.

Bununla belə, görüşdə Gəmiçiliyin Xəzər Dəniz Neft Donanmasına aid gəmilərinin xidmətlərindən istifadə, Azərbaycan Dövlət Dəniz Akademiyasında və onun nəzdində fəaliyyət göstərən dənizçilik sahəsində  regionun ən güclü Təlim Tədris Mərkəzində Türkmənistan vətəndaşlarının təhsil və təlim keçməsi məsələləri də müzakirə olunub.

Səmimi mühitdə davam edən görüşdə xüsusilə vurğulanıb ki, iki ölkəni təkcə Xəzər dənizi deyil,  eyni zamanda xalqlarının eyni köklərə bağlılığı birləşdirir.

Tags: Azərbaycan Xəzər Dəniz GəmiçiliyiTürkmənistanın səfiri

Eyni kateqoriyadan Digər materiallar

2021-ci ildə “Akademik Xoşbəxt Yusifzadə” tankeri istismara veriləcək
Azərbaycan

2021-ci ildə “Akademik Xoşbəxt Yusifzadə” tankeri istismara veriləcək

18/01/2020
Türkmənistan gəmisi təmir üçün Bakıya gəldi
Türkmənistan

Türkmənistan gəmisi təmir üçün Bakıya gəldi

23/01/2018
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.