Bazar ertəsi, Oktyabr 12, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

“SOCAR Karbamid” zavodunun inşasına €560-565 mln. xərclənib

24/04/2018
Sentyabrda karbamid istehsalı zavodunun inşası ilə bağlı təkliflərin qiymətləndirilməsi başa çatacaq
24
BAXIŞ
Share on FacebookShare on Twitter

“SOCAR Karbamid” zavodunun inşasına bu vaxtadək 560-565 milyon avro xərclənib.

AZƏRTAC SOCAR-a istinadla xəbər verir ki, bu barədə zavodun direktoru Xəyal Cəfərov deyib.

O bildirib ki, “SOCAR Karbamid” layihəsinin investisiya dəyəri təxminən 760-780 milyon avrodur. İndiyədək zavodun tikintisinə 560-565 milyon avro sərf edilib: “İkinci əsas ödəniş isə zavod SOCAR tərəfindən qəbul olunan zaman həyata keçiriləcək”.

X.Cəfərov qeyd edib ki, layihə üzrə mühəndislik və satınalma işləri artıq tamamlanıb. Tikinti işləri isə 99 faiz yerinə yetirilib. Sınaq-sazlama işləri təxminən 6 ay aparılacaq. Zavodda ilk məhsulun – amonyakın istehsalı təxminən avqustda gözlənilir. Bundan 1-1,5 ay sonra isə məhz azot gübrəsinin (karbamid) istehsalı nəzərdə tutulur. Zavod tam istismar gücündə işləməyə cari ilin dördüncü rübünün əvvəlinə hazır olacaq. SOCAR tərəfindən zavod təhvil alınan gündən etibarən maksimum səviyyədə istehsal həyata keçiriləcək. Zavodun ətraf mühitə təsiri sıfıra bərabər olacaq.

“Ölkədə azot gübrəsinə tələbat ildə təxminən 150 min tondur. Ötən il Azərbaycanda gübrənin idxalına 55 milyon dollar xərclənib. Məhsulun qalan 450-500 min tonluq həcmi isə ixrac üçün nəzərdə tutulur. Həmin məhsulun əsasən Qərb marşrutu ilə ixracı planlaşdırılır və hazırda zavodun sahəsinə dəmir yolu xəttinin çəkilişi müzakirə edilir”, – deyə zavodun direktoru əlavə edib.

Qeyd edək ki, Karbamid zavodunun inşası layihəsi “2008-2015-ci illərdə Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na əsasən hazırlanıb. Zavodun inşası zamanı 3 min nəfər, müəssisə fəaliyyətə başladıqdan sonra isə 500 nəfər işlə təmin olunacaq. Ötən ilin yanvarında SOCAR “Karbamid zavodu” layihəsinin maliyyələşdirilməsi üçün Koreya Respublikasının “İxrac-İdxal Bankı”ndan vəsait cəlb edib. Bank zavodun inşasına 500 milyon avro məbləğində kredit ayırıb.

Sumqayıtdakı Azot gübrəsi – karbamid istehsalı zavodunun layihəsi 2013-cü il martın 13-də SOCAR və Koreya Respublikasının “Samsung Engineering Co., Ltd.” şirkəti arasında imzalanan mühəndislik, satınalma və tikinti üzrə müqaviləyə əsasən həyata keçirilir. Daxili tələbatın tam ödənilməsi ilə yanaşı, gələcəkdə istehsal olunan karbamid məhsulunun müəyyən hissəsi Türkiyəyə və SOCAR-a məxsus Kulevi terminalı vasitəsilə dünya bazarlarına ixrac ediləcək. Zavod ammonyak, maye və dənəvər karbamid istehsalı bölmələrindən ibarət olacaq. Sutkada 2 min ton karbamid istehsal edən zavod kənd təsərrüfatının davamlı inkişafına böyük töhfə verəcək, işsizlik probleminin aradan qaldırılmasına müsbət təsir göstərəcək.

Finlandiyanın “Neste Jacobs Oy” şirkəti “Karbamid zavodu” layihəsi üzrə layihənin idarəedilməsi və müstəqil təftiş xidmətləri göstərir. Karbamid zavodunun illik gəlirinin 140-150 milyon dollar olması planlaşdırılır.

Tags: SOCAR KarbamidXəyal Cəfərov

Eyni kateqoriyadan Digər materiallar

SOCAR “Aqrolizinq”ə  karbamid satışına başladı
Azərbaycan

SOCAR “Aqrolizinq”ə karbamid satışına başladı

15/07/2019
Shell: World gas consumption to be reduced from 2040
Azərbaycan

Azərbaycan enerji bazarında keçidə başlayır – Araşdırma

23/04/2018
Карбамидный завод SOCAR выйдет на прибыль к 2026 году
Azərbaycan

Karbamid zavodunda sınaq-sazlama işlərinə başlanılacaq

30/03/2018
“SOCAR Karbamid” zavodunda ilk məhsulun istehsalı avqustda nəzərdə tutulur
Azərbaycan

“SOCAR Karbamid” zavodunda ilk məhsulun istehsalı avqustda nəzərdə tutulur

28/02/2018
“SOCAR Polymer” zavodunda ilk dəfə polipropilen istehsal edilib
Azərbaycan

“SOCAR Polymer” zavodunda ilk dəfə polipropilen istehsal edilib

28/02/2018
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.