Bazar, Fevral 15, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Ölkə üzrə 1-ci rübdə qaz hasilatı 5,2% artıb

16/04/2018
5
BAXIŞ
Share on FacebookShare on Twitter

2018-ci ilin yanvar-mart aylarında ölkə üzrə neft hasilatı 2,4%, qaz hasilatı isə 5,2% artmışdır.

SOCAR üzrə hasilatda müsbət dinamikanın əldə olunması qazma işlərinin artırılması ilə yanaşı, mövcud quyuların effektli istismar edilməsi və fəaliyyətsiz quyuların bərpası ilə bağlıdır.2018-ci ilin yanvar-mart aylarında SOCAR neft və qaz hasilatının sabit saxlanılması üzrə kompleks tədbirlərin icrasını davam etdirmişdir.

SOCAR üzrə aparılan qazma işlərinin həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 14% (planda nəzərdə tutulan hədəf göstərici ilə müqayisədə 13%) artmışdır. Nəticədə SOCAR tərəfindən qazılan 15 quyu üzrə qazmanın həcmi təqribən 40,5 min metr təşkil etmişdir. Bundan əlavə SOCAR-ın birgə müəssisələri tərəfindən 13 quyu qazılmışdır. İstismar edilən quyularda geoloji – texniki tədbirlər aparılmış, 66 fəaliyyətsiz quyu istismara qaytarılmışdır. Bu tədbirlərin nəticəsində, 2018-ci ilin I rübü üzrə SOCAR-ın neft hasilatı sabit qalaraq, 1,8 milyon ton təşkil etmişdir. SOCAR-ın qaz hasilatı isə I rüb üzrə təqribən 1,6 milyard m3 təşkil etmiş və əvvəlki ilin müvafiq göstəricisinə nisbətən 8% artmışdır. 

Yanvar-mart aylarında ölkə üzrə neft hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4% artaraq, 9,7 milyon ton, qaz hasilatı isə ötən ilin analoji dövrünə nisbətən 5,2% artaraq, 7,3 milyard m3 təşkil etmişdir. Qeyd edək ki, hasilat artan xətt üzrə inkişaf etmiş, artımının böyük hissəsi mart ayına təsadüf etmişdir. Belə ki, mart ayında respublikada neft hasilatı üzrə 5,8%, qaz hasilatı üzrə isə 12% artım qeydə alınmışdır. 

SOCAR-ın Yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov demişdir: “Uğurlarımızın davamlı olması üçün SOCAR strateji əhəmiyyətli yataqlarda kompleks tədbirlər planını həyata keçirir. Aparılan tədbirlər sırasında qazma proqramının intensivləşməsi, idarəetmə sisteminin təkmilləşməsi, o cümlədən qərarvermə və risklərin idarəedilməsinin daha da optimallaşması kimi məsələlər mühüm yer tutur. Azərbaycan neftçilərinin tarixi təcrübəsi və yüksək peşəkarlığı bu proseslərin uğurlu həyata keçirilməsi üçün münbit zəmin yaradır.“ 

Bu ilin I rübündə “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda 5 hasilat quyusu qazılaraq, təhvil verilmişdir. Ümumilikdə 2018-ci ildə AÇG-də 12 hasilat və 4 suvurucu quyunun təhvili planlaşdırılır. “Şahdəniz-1” layihəsi üzrə qazma işləri davam edir və bu il ərzində 2 hasilat quyusunun tamamlanması nəzərdə tutulur. “Şahdəniz-2” layihəsi üzrə bir quyuda qazma işləri artıq tamamlanıb və il ərzində cəmi 5 hasilat quyusunun tamamlanması planaşdırılır. 

SOCAR-ın Geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynov qeyd etmişdir: “Azərbaycanın artan qaz tələbatını qarşılamaq məqsədi ilə SOCAR yeni neft və qaz yataqlarının işlənməsi istiqamətində mühüm addımlar atır. Qarabağ və Ümid yataqları üzrə aparılan işlərin artıq növbəti mərhələsinin astanasındayıq. Yaxın zamanda bu yataqların işlənməsi İlkin Detallı Layihələndirmə (İDL) mərhələsinə daxil olacaq. Həmçinin Babək strukturunda ilk kəşfiyyat quyusunun qazılması üçün layihələndirmə işləri davam etdirilmişdir. Abşeron yatağının İlkin Hasilat Sxemi üzrə mühəndislik layihələndirmə işləri davam edir və layihə üzrə Yekun İnvestisiya Qərarına hazırlıq işləri aparılır.” 

Qazma və hasilatda olduğu kimi, cari ilin I rübündə xam neftin ixracında da artım müşahidə olunmuşdur. Həmin dövr ərzində SOCAR tərəfindən xam neftin ixracı ötən ilin müvafiq göstəricilərinə nisbətən 13%-dən çox artmış, 5,7 milyon ton təşkil etmişdir. Neft ixracının artımı, müxtəlif amillərlə yanaşı, SOCAR-ın AÇG-dəki payının artırılması ilə də bağlıdır. 

Neft və neft-kimya məhsullarının ixracı yanvar-mart aylarında 413 min ton təşkil etmiş, əvvəlki ilin analoji göstəricisinə nisbətən cüzi dəyişmişdir. Bu da əsasən dizel yanacağına ölkədaxili tələbatın təxminən 21% artması ilə bağlıdır. Daxili bazarda tələbatın artması ilə əlaqədar dizel yanacağının istehsalı ötən ilin müvafiq dövrünə nisbətən 6,4% yüksəlmişdir. Ötən ildə dizel ixracının bu ilə nisbətən daha yüksək olması həm də 2016-cı ildən anbarlarda qalan dizel məhsulunun bir qisminin məhz 2017-ci ildə ixrac edilməsi ilə bağlıdır. 

Bunun müqabilində kimya sənayesinin məhsullarının ixrac həcmi artmışdır: 2018-ci ilin yanvar-mart aylarında yüksək təzyiqli polietilenin istehsalı 3% artmış, məhsulun ixrac həcmi isə təqribən 11% yüksəlmişdir. Həmçinin butilen butadien fraksiyasının istehsalı 11% artaraq, həmin məhsulun ixracının 12% yüksəlməsinə səbəb olmuşdur.

Socar.az

 

Tags: Azəri-Çıraq-Günəşlineft hasilatıqaz hasilatıŞahdənizSOCAR

Eyni kateqoriyadan Digər materiallar

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025
Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.