Cümə axşamı, Fevral 12, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Bakıda Xəzər və Mərkəzi Asiyanın neft emalı və neft-kimyasına dair konfrans keçirilir

25/04/2018
Bakıda Xəzər və Mərkəzi Asiyanın neft emalı və neft-kimyasına dair konfrans keçirilir
3
BAXIŞ
Share on FacebookShare on Twitter

Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neft-kimya” Forumu çərçivəsində Bakıda “Xəzərin və Mərkəzi Asiyanın neft emalı və neft-kimyası – layihələrin həyata keçirilməsi və texniki həllər” adlı konfrans keçirilir.

Bakı Ali Neft Məktəbindən (BANM) AZƏRTAC-a bildirilib ki, BANM və Böyük Britaniyanın “Confidence Capital” şirkətinin təşkilatçılığı ilə keçirilən və ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunan SOCAR-ın “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neft-kimya” adlı üçüncü Beynəlxalq Forumu artıq 3 gündür ki davam edir. Forumun 4 günlük proqramına əsasən aprelin 25-də “Xəzərin və Mərkəzi Asiyanın neft emalı və neft-kimyası – layihələrin həyata keçirilməsi və texniki həllər” adlı konfrans keçirilir.

Konfransda çıxış edəcək məruzəçilərə və iştirakçılara uğurlar arzu edən BANM-in rektoru Elmar Qasımov Bakı Ali Neft Məktəbinin SOCAR-ın III Beynəlxalq Forumuna və onun çərçivəsində keçirilən beynəlxalq konfransa ev sahibliyi etməsindən böyük sevinc hissi keçirdiyini qeyd edib.

Dörd sessiyadan ibarət olan konfransın ilk sessiyası “Azərbaycanın köhnə neft-kimya müəssisələrinin modernizasiyası ilə bağlı nəticələrin təhlili və yeni müəssisələrin işə salınması” haqqında məruzələrə həsr olunub. Bu sessiyada 3 məruzəçi – “SOCAR Karbamid” zavodunun direktoru Xəyal Cəfərov, “Azərikimya” İstehsalat Birliyinin investisiya və inkişaf üzrə icraçı direktorunun müavini Orxan Cəfərov və “SOCAR Methanol” MMC-nin baş direktoru Elnur Mustafayev çıxış ediblər.

“Xəzər bölgəsi ölkələrin neft-kimya istehsalı və neft emal zavodlarının texniki durumu və məhsulları”na həsr olunan ikinci sessiya və “Neft və qaz emalı sahəsində ən yeni texnologiyalar” adlı üçüncü sessiyanın hər birində isə 3 məruzəçinin çıxışı nəzərdə tutulub.

Konfransın dördüncü sessiyası isə 4 əcnəbi qonağın “Neft emalı zavodlarında yeni informasiya texnologiyalarının tətbiq olunması: İdarə olunmasının effektivliyinin artırılması” mövzusunu əhatə edəcək məruzələrindən ibarət olacaq.

SOCAR-ın III Beynəlxalq Forumu çərçivəsində həyata keçirilən “Xəzərin və Mərkəzi Asiyanın neft emalı və neft-kimyası – layihələrin həyata keçirilməsi və texniki həllər” adlı konfransda müxtəlif ölkələrdən 250-dən çox menecer və ekspert iştirak edir.

Forumun rəsmi hissəsinə bu gün bağlanış mərasimi ilə yekun vurulacaq. Forumun sonuncu günü – aprelin 26-da isə iştirakçılar üçün Heydər Əliyev adına Neft Emalı Zavodu və Sumqayıt neft-kimya kompleksinə texniki səfər təşkil olunacaq.

Tags: BANMSOCARXəzərin və Mərkəzi Asiyanın neft emalı və neft-kimyası – layihələrin həyata keçirilməsi və texniki həllər”

Eyni kateqoriyadan Digər materiallar

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb
Azərbaycan

SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb

24/11/2025
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.