Çərşənbə, Sentyabr 16, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

CQD-ə $1,5 mlrd kreditin cəlb edilməsi üçün zəmanət müqavilələrinin imzalanması proseduruna başlanılacaq

07/03/2018
Avropa Komissiyası “Cənub Qaz Dəhlizi” layihələrinə maliyyə vəsaiti ayıracaq
10
BAXIŞ
Share on FacebookShare on Twitter

Almaniya tərəfi ilə “Cənub Qaz Dəhlizi” layihəsinə 1,5 milyard dollaradək kreditin cəlb edilməsi üçün zəmanət müqavilələrinin imzalanması üçün dövlətdaxili prosedurlara başlanılacaq.

Bu barədə “Cənub Qaz Dəhlizi” layihəsinə Almaniya Federativ Respublikası tərəfindən 1,5 milyard ABŞ dollarınadək məbləğində kreditin cəlb edilməsi üçün zəmanətin verilməsini AZƏRTAC-a şərh edərkən “Cənub Qaz Dəhlizi” (CQD) Qapalı Səhmdar Cəmiyyətindən (QSC) bildirilib.

Qeyd edilib ki, məlum olduğu kimi “Cənub Qaz Dəhlizi” layihələrinin maliyyələşdirilməsinin başa çatdırılması üçün beynəlxalq maliyyə institutları ilə danışıqlar davam etdirilir. Belə ki, “Cənub Qaz Dəhlizi” layihəsinin hissələri olan “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi (“Şahdəniz-2”) və Trans-Anadolu boru kəməri (TANAP) layihələrində Azərbaycan tərəfinin öhdəliklərinin maliyyələşdirilməsi üçün Almaniya Federativ Respublikası tərəfindən 1,5 milyard ABŞ dollarınadək məbləğində kreditin cəlb edilməsi üçün zəmanətin verilməsinə (UFK) ilkin mərhələ olaraq, bu yaxınlarda Nazirliklərarası İclasda (Interministerial Committee) razılıq verilib. Növbəti mərhələ olaraq zəmanətin verilməsi məsələsi Federal Məclisin Büdcə Komitəsinə çıxarılıb müzakirə edildikdən sonra, zəmanətin verilməsinin təsdiq edilməsi nəzərdə tutulur. Bununla əlaqədar “Cənub Qaz Dəhlizi” QSC ilə Almaniya Federativ Respublikası adından çıxış edən “Hermes” şirkəti və aidiyyəti banklarla kreditin şərtləri ilə bağlı müvafiq danışıqlara başlayıb. Danışıqların nəticəsindən asılı olaraq, kreditin götürülməsinə qərar verildikdən sonra müvafiq kredit və zəmanət müqavilələrinin imzalanması üçün dövlətdaxili prosedurlara başlanılacaq. Kreditin yekun şərtləri (məbləğ, müddət, geri ödəmə qrafiki, və sair) tam razılıq əldə olunduqdan sonra müəyyənləşdiriləcək.

“Hazırkı zəmanətin verilməsində əsas məqsəd Almaniya şirkətlərinin iştirak etdiyi layihələrə maliyyə dəstəyinin verilməsidir. Bildiyiniz kimi, 2013-cü ildə 9 Avropa şirkəti, o cümlədən Almaniyanın “E.ON” şirkəti ilə Azərbaycan təbii qazının nəqli ilə əlaqədar uzunmüddətli qaz satışı müqavilələri imzalanıb. Müqavilə şərtlərinə əsasən “E.ON” (hazırda “Uniper”) şirkəti 2020-2044 illərdə “Cənub Qaz Dəhlizi” layihəsi vasitəsilə Azərbaycandan hər il 1,45 milyard kubmetr təbii qaz idxal edəcək”, – deyə məlumatda bildirilib.

Qeyd edilib ki, borcalan qismində çıxış edən və səhmlərinin 100 faizi birbaşa və dolayısı ilə Azərbaycan Respublikasına məxsus olan “Cənub Qaz Dəhlizi” QSC Azərbaycandan Avropaya təbii qazın çatdırılması üçün hazırda inşası davam edən, uzunluğu 3 min 500 kilometrdən çox olan və Avropa İttifaqı (Aİ) tərəfindən dəstəklənən “Cənub Qaz Dəhlizi” beynəlxalq qaz layihəsində Azərbaycan Respublikasının maraqlarını təmsil edən şirkətdir.

Tags: Cənub Qaz DəhliziSOCARTANAPTAP

Eyni kateqoriyadan Digər materiallar

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Yunanıstan-Bolqarıstan qaz kəmərinin genişləndirilməsi prosesi başlayır
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025
Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.