Cümə, Oktyabr 9, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Asəf Hacıyev: “TANAP və TAP layihələrindən hər kəs qazanacaq”

12/03/2018
9
BAXIŞ
Share on FacebookShare on Twitter

Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqli üçün inşa olunan Trans-Anadolu Boru Kəməri (TANAP), qazın Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik Boru Kəməri (TAP) və Rusiya qazının nəqli üçün inşa olunan “Türk axını” layihələrindən hər kəs qazanacaq.

QDİƏT-in Parlament Assambleyasının baş katibi türk mətbuatına açıqlama verib“Report” xəbər verir ki, bunu Anadolu” agentliyinə müsahibəsində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Assambleyasının Baş katibi Asəf Hacıyev deyib.

O həmçinin qeyd edib ki, bu qaz kəmərləri layihələri ilə bağlı mübahisələr düzgün deyil: “Bu layihələrlə həm xəttin keçdiyi ölkələrin qaz tələbatı ödəniləcək, həm də dövlətlər pul qazanacaq. Layihələr çox uğurla həyata keçirilir. Əvvəllər “Mavi axın” və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərlərinə etraz edənlər olmuşdu. Ancaq bu layihələr çox qazanc gətirdi. Bəzi ölkələr BTC-nin lazımsız olduğunu hesab edirdi, amma Dünya Bankı layihəyə kredit ayırdı. İndiyədək Xəzər dənizindən çıxarılan Azərbaycan neftinin böyük hissəsi Ceyhan limanından dünya bazarlarına ixrac edilir və bu ticarətdən hər kəs razıdır”.

Baş katibin sözlərinə görə, qaz və neft kəmərləri sülhə xidmət edəcək.  “Xəzər dənizində böyük həcmdə təbii qaz ehtiyatları var. “Şahdəniz-2” qazının Türkiyəyə və buradan Avropaya nəqlini nəzərdə tutan TANAP və Avropa üçün TAP layihələrinin inşası tamamlanmaq üzrədir. “Türk axını” layihəsinin inşası da xeyli irəliləyib. Bu layihələr həm hasilatçı ölkələr, həm Türkiyə, həm tranzit ölkələri, həm də istehlakçı ölkələr üçün əhəmiyyətlidir. Neft və qaz kəmərləri həm dünya ticarətini canlandıracaq, həm də sülhə xidmət edəcək”, – A.Hacıyev bildirib.

Xatırladaq ki, Cənub Qaz Dəhlizi layihəsinin bir qolu olan TANAP Türkiyə ərazisində inşa olunur. 2015-ci il martın 17-də Türkiyənin Qars şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə TANAP-ın təməli qoyulub. Boru kəmərinin ilkin buraxılış gücü ildə 16 mlrd. kubmetr olacaq. Bu həcmin, təxminən, 6 mlrd. kubmetri Türkiyəyə, qalanı isə Avropaya nəql ediləcək. TANAP kəmərinin Türkiyədə Əskişəhər və Trakyada iki çıxış nöqtəsi olacaq. Türkiyədə qazın satışını BOTAŞ şirkəti həyata keçirəcək. Boru kəmərinin ümumi uzunluğu 1 850 km-dir. TANAP-ın Əskişəhərə qədər hissəsinin bu ilin ortalarında istifadəyə verilməsi gözlənilir.

TAP kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoy ərazisində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.Boru kəmərinin ümumi uzunluğu 878 km-dir. İlkin mərhələdə boru kəməri ilə ildə 10 mlrd. kubmetr “mavi yanacaq” Avropaya çatdırılacaq. 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. Kəmərin 2020-ci ilin əvvəllərində istismara verilməsi planlaşdırılır.

“Türk axını” kəmərinin dəniz hissəsinin tikintisinə 2017-ci il mayın 7-də başlayıb.

2016-cı il oktyabrın 10-da Rusiya və Türkiyə “Türk axını” layihəsi üzrə hökumətlərarası saziş imzalayıb. Sənəddə Qara dənizin dibi ilə iki xəttin tikintisi məsələsi əksini tapıb. Xətlərin hər biri ilə ildə 15,75 mlrd. kubmetr qaz nəqli planlaşdırılır.

Tags: Asəf HacıyevBTCSOCARTANAPTAP

Eyni kateqoriyadan Digər materiallar

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

21/01/2026
Yunanıstan-Bolqarıstan qaz kəmərinin genişləndirilməsi prosesi başlayır
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.