Cümə, İyun 12, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR Maire Tecnimont şirkəti ilə H. Əliyev adına NEZ-də yeni qurğuların tikintisi üzrə müqavilə imzaladı

01/02/2018
SOCAR Maire Tecnimont şirkəti ilə H. Əliyev adına NEZ-də yeni qurğuların tikintisi üzrə müqavilə imzaladı
5
BAXIŞ
Share on FacebookShare on Twitter
SOCAR Maire Tecnimont şirkəti ilə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda yeni qurğuların tikintisi üzrə müqavilə imzalamışdır    

Müqaviləyə əsasən Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası və rekonstruksiyası layihəsinin bir hissəsi kimi müəssisədə EPC sabit qiymət prinsipləri əsasında yeni qurğuların tikintisi həyata keçiriləcək.Fevralın 1-də SOCAR-ın Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu və Tecnimont/Kinetics Technology Alyansı arasında zavodun yenidənqurma və modernizasiya layihəsi çərçivəsində yeni qurğuların tikintisi üzrə EPC müqaviləsi imzalanmışdır. 

SOCAR Azərbaycanda istehsal olunan neft emalı məhsullarının keyfiyyətini və istehsal həcmini artırmaq məqsədilə Heydər Əliyev adına Neft Emalı Zavodunda rekonstruksiya və modernizasiya layihəsini davam etdirir. Layihə çərçivəsində İlkin Detallı Layihələndirmə (FEED) işləri başa çatdırılmış və layihənin növbəti – Layihələndirmə, Satınalma, Tikinti (EPC) mərhələsinin icrası məqsədilə tender müsabiqələri keçirilmişdir. 

NEZ-in rekonstruksiyasına dair EPC işləri iki hissədən ibarətdir: yeni qurğuların tikintisi və mövcud qurğuların yenidən qurulması. Yeni qurğuların tikintisi üzrə tender 2017-ci il fevralın 10-da elan edilmiş, seçim prosesində 5 beynəlxalq şirkət iştirak etmişdir. Maire Tecnimont SpA şirkətinin törəmə şirkətləri Tecnimont və Kinetics Technology alyansı tenderdə yüksək yekun göstəricilər qazanaraq, yeni obyektlərin tikintisi üçün EPC podratçısı seçilmişdir. Müqaviləyə əsasən, 10-dan çox istehsal qurğusunun tikintisini nəzərdə tutulur. Mövcud qurğuların və ümumizavod təsərrüfatı obyektlərinin yenidən qurulması isə ötən ilin dekabr ayında digər tenderin qalibi olan Técnicas Reunidas şirkətinə həvalə olunmuşdur. 

SOCAR Tower-də keçirilən imzalanma mərasimində hər iki tərəfdən yüksək vəzifəli şəxslər, həmçinin İtaliyanın Azərbaycandakı səfiri cənab Auqusto Massari iştirak etmişlər. Müqaviləni Heydər Əliyev adına NEZ-in direktoru Elman İsmayilov və “Maire Tecnimont S.p.A.” şirkətlər qrupunun baş icraçı direktoru Pierroberto Folgiero imzalamışlar. 

İmzalanma mərasimində çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev demişdir: “Bu gün biz Avro-5 standartına cavab verəcək yüksək keyfiyyətli dizel, benzin və digər yanacaq məhsullarının istehsalına daha bir addım yaxınlaşdıq. “Maire Tecnimont SpA” dünyanın aparıcı şirkətlərindən biridir. Əməkdaşlığımız yaxın illərdə Azərbaycanın daxili bazarını yüksək keyfiyyətli yanacaqla təmin etməyə, ölkəmizin ixrac gəlirlərini artırmağa imkan yaradacaq.” 

“Maire Tecnimont S.p.A.” şirkətlər qrupunun baş icraçı direktoru Pierroberto Folgiero çıxışında qeyd etmişdir: “Azərbaycanda həyata keçirdiyimiz iki strateji neft-kimya layihəsindən sonra, bu müqavilə “Maire Tecnimont” qrupuna emal işində SOCAR ilə məhsuldar münasibətlər qurmağa, neft-kimya sənayesi ilə inteqrasiya strategiyasını dəstəkləməyə imkan verəcək. Biz ölkənin karbohidrogen ehtiyatlarının işlənməsi üzrə daunstrim sektorunda belə bir nüfuzlu müştəri ilə münasibətləri davam etdirməkdən həqiqətən qürur duyuruq.”  O həmçinin qeyd etmişdir ki, Maire Tecnimont şirkəti SOCAR-ın Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıqda yerli kadrların birgə hazırlanmasını davam etdirmək və yeni müqavilənin imzalanmasından sonra bu işləri daha da genişləndirmək niyyətindədir. 

Emal zavodunun yenidənqurma layihəsi podratçı şirkətlər – SOCAR-KBR/KBR alyansı tərəfindən idarə olunur. Layihənin 2021-ci ildə başa çatdırılması nəzərdə tutulur. I mərhələdə 2018-ci ildə yeni bitum qurğusu və müvafiq ümumzavod təsərrüfatı qurğuları, eləcə də yeni maye qazdoldurma məntəqəsi tikilib istismara veriləcəkdir. II mərhələdə 2020-ci ilin sonunadək “Avro-5” keyfiyyət standartına cavab verən dizel yanacağının alınması üçün yeni qurğuların inşası və müvafiq yenidənqurma işləri müəyyənləşdirilmişdir. III mərhələdə isə 2021-ci ilin əvvəlinədək “Avro-5” keyfiyyət standartına cavab verən A-92/95/98 benzin məhsullarının istehsalı üçün müvafiq yeni qurğuların inşası nəzərdə tutulmuşdur. 

Modernizasiya layihəsinin həyata keçirilməsi istehsal edilən yanacağın keyfiyyətini Avro-5 standartına uyğunlaşdırmağa və istehsal həcmini ildə 7,5 milyon tona çatdırmağa imkan verəcəkdir. Rekonstruksiya ölkəmizin ixrac potensialını və NEZ-in gəlirliliyini artıracaq, həmçinin “Azərikimya” İB-nin sabit xammal təchizatını təmin edəcək. Layihə nəticəsində NEZ-in əməliyyat xərclərinin optimallaşdırılması, habelə Bakı şəhərində ekoloji vəziyyətin yaxşılaşdırılması gözlənilir.

Socar.az

 

Tags: Bakı Ali Neft MəktəbiHeydər Əliyev adına Bakı Neft Emalı ZavoduMaire TecnimontSOCAR

Eyni kateqoriyadan Digər materiallar

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb
Azərbaycan

SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb

24/11/2025
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Azərbaycan

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”

04/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.