Cümə axşamı, May 14, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Azərbaycan Rusiya və Gürcüstanla elektrik həlqəsi yaratmaq niyyətindədir

19/02/2018
Azərbaycan Rusiya və Gürcüstanla elektrik həlqəsi yaratmaq niyyətindədir
7
BAXIŞ
Share on FacebookShare on Twitter

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Rusiya Federasiyasının energetika naziri Aleksandr Novakın dəvəti ilə bu ölkəyə səfər edib.

Bu barədə “Report”a Energetika Nazirliyindən məlumat verilib.

Məlumata görə, iki ölkənin energetika nazirlərinin görüşündə enerji sektorunda əhəmiyyət daşıyan bir sıra aktual mövzular, qlobal enerji bazarında müşahidə edilən yeni proseslər və regional əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə dair məsələlər müzakirə edilib.

P.Şahbazov hər iki ölkənin paralel iş rejimində fəaliyyət göstərən enerji sistemlərinin enerji dəhlizinin formalaşdırılması üçün imkanlara malik olduğunu deyib. Onun sözlərinə görə, enerji mübadiləsinin həcminin və keyfiyyətinin artırılması istiqamətində son illər görülən işlər elektrik enerjisi sahəsində əməkdaşlığın yeni mərhələyə daxil olmasına şərait yaradır. Görüşdə iki ölkə arasında enerji mübadiləsinin artırılması və “Şimal-Cənub enerji dəhlizi”nin yaradılmasında vacib rol oynayan Rusiya və Azərbaycan enerji sistemləri arasında “Yaşma-Dərbənd” dövlətlərarası ikinci HEVX-nin tikintisi ilə bağlı müzakirələr aparılıb. Yaxın vaxtlarda İşçi Qrupunun iclasının keçirilməsi barədə razılıq əldə olunub. Bundan başqa “Samur” çayının hidroenergetik resurslarının kompleks şəkildə öyrənilməsi və Su Elektrik Stansiyasının inşası perspektivi də nəzərdən keçirilib.

Hər iki tərəf həmçinin Rusiya – Azərbaycan – Gürcüstan – Rusiya elektroenergetik həlqəsinin yaradılmasında maraqlarını ifadə edərək, üçtərəfli formatda görüşün zəruruliyini vurğulayıblar.

Görüşdə neft-qaz sahəsində “Lukoyl”, “Qazprom” və “Rosneft” kimi şirkətlərin timsalında uğurlu əməkdaşlıq əlaqələrinə də diqqət yönəlib. OPEC çərçivəsində əməkdaşlığın nəticələrindən bəhs edilib. Bildirilib ki, dünya neft bazarında hazırda müşahidə edilən tələb-təklif tarazlığı və qiymət sabitliyinin yaranmasında OPEC+ Anlaşması effektli olub. Sabitləşməni qorumaq üçün neft hasilatının azaldılması prosesi davam etdirilməlidir. Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) hasilatın azaldılmasına dair OPEC+ anlaşmasına qoşulmuş ölkələrlə davamlı əməkdaşlıq mexanizmi üzərində çalışması da neft bazarında qiymət sabitliyinin möhkəmlənməsinə xidmət edir.

Səfər çərçivəsində Azərbaycan energetika naziri Rusiyanın vahid enerji sistemində mərkəzləşdirilmiş operativ-dispetçer idarəetməsini həyata keçirən “Vahid Enerji Sisteminin Sistem Operatoru” SC-nin işi ilə tanış olub. Səhmdar Cəmiyyətin sədri Boris Ayuyevlə görüşdə Rusiya Federasiyasının elektroenergetika sisteminin hazırki vəziyyəti, elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanmasında yeni innovasiyaların tətbiqi, modernləşmə tədbirləri ilə bağlı müzakirələr aparılıb. Rusiya-Gürcüstan- Azərbaycan-Rusiya elektrik enerjisi şəbəkələrinin əlaqəli şəkildə idarə olunması, MDB Elektroenergetika Şurası çərçivəsində həyata keçirilməsi , Şuranın növbəti toplantısında iştirak və iki ölkə arasında rabitə kanallarının təkmilləşdirilməsinə dair fikir mübadiləsi aparılıb. P.Şahbazov alternativ və bərpa olunan enerji mənbələrinin sistemə qoşulmasına dair Sistem Operatorunun təcrübəsi ilə də maraqlanıb. İki ölkə arasında müvafiq sahədə əməkdaşlığın inkişaf etdirilməsi üçün təkliflər irəli sürüb.

Energetika nazirinin daha bir ikitərəfli görüşü “Bazar şurası qeyri-kommersiya tərəfdaşlığı” Assosiasiyasının sədri Maksim Bıstrovla olub. Görüşdə elektrik enerjisinin topdansatış bazarının subyektləri sayılan alıcı və satıcıların üzvlük əsasında birliyi kimi təsis olunan Assosiasiyanın fəaliyyəti, Rusiyanın elektroenergetika sistemində bazar münasibətlərinin tənzimlənməsində rolu və islahatların həyata keçirilməsində təcrübəsindən bəhs edilib. Pərviz Şahbazov Azərbaycanın elektroenergetika sektorunda davamlı islahatların aparıldığını və bu istiqamətdə qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqinin vacibliyini diqqətə çatdırıb. Qeyd edib ki, hər iki ölkənin enerji sistemləri arasındakı uyğunluqları nəzərə alaraq Rusiyanın elektrik enerjisi bazarında yeni çağırışlara müvafiq tətbiq edilən mexanizm Azərbaycan üçün maraqlı nümunələrdəndir.

Qeyd edək ki, energetika naziri P.Şahbazovu Rusiyaya səfərində Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, Səfirliyin müşaviri Şövqi Mehdizadə, Energetika Nazirliyi Aparatının rəhbəri Zaur Məmmədov və beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Esmira Cəfərova müşayiət edib.

Tags: LUKoilPərviz ŞahbazovSOCARАлександр НовакГазпромНОВАТЭКРоснефть

Eyni kateqoriyadan Digər materiallar

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

21/01/2026
Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb
Azərbaycan

SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb

24/11/2025
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Azərbaycan

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”

04/05/2026
Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.