Rusiya Təbii Sərvətlər Nazirliyi ölkədə neft hasilatı texnologiyalarının inkişaf etdirilməsi məqsədi ilə “Yerin təki haqqında” qanuna əlavələr hazırlayıb.
Mövcud texnologiyalarla şist neft hasilatı çətin və baha başa gəlir. Lakin qeyd etmək lazımdır ki, ənənəvi neft hasilatı tədricən azalır. Nazirliyin məlumatına görə, hazırda yataqların işlənməsi üçün qurumun 400-ə yaxın lisenziyası var. Bunlardan 390-ı kiçik yataqlardır. Ən böyük olanı isə “Rostovtsevskoye” neft-qaz kondensat yatağıdır.
Qanuna əlavələrdən sonra, müsabiqə əsasında neft şirkətlərinin təcrübəsi və elmi bazası əsasında lisenziyaların verilməsi planlaşdırılır. Digər üsul isə, yataqların işlənməsinə öncədən lisenziyası olan şirkətlər arasında seçimin aparılmasını nəzərdə tutur. Hər iki halda lisenziya ödənişsiz olacaq. Poliqonun işlənməsi zamanı şirkətlər mütəmadi ödəniş və vergilərdən azad olunacaq. Poliqonun işlənməsi üçün 3 il uzadılmaq imkanı ilə 7 il vaxt veriləcək. Müddət bitdikdən sonra bu kateqoriyadan olan lisenziyanın adi lisenziyaya çevrilməsi düşünülür.