Bazar ertəsi, İyul 14, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Azərbaycan və Səudiyyə Ərəbistanı enerji əməkdaşlığının inkişafı üçün işçi qrup yaradacaq

16/01/2018
Azərbaycan və Səudiyyə Ərəbistanı enerji əməkdaşlığının inkişafı üçün işçi qrup yaradacaq
0
BAXIŞ
Share on FacebookShare on Twitter

Azərbaycan və Səudiyyə Ərəbistanının enerji əməkdaşlığının inkişaf etdirilməsi məqsədilə iki ölkənin müvafiq nazirlikləri arasında işçi qrup yaradılacaq.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Səudiyyə Ərəbistanına səfəri çərçivəsində Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyətini bu ölkənin Kralı Salman bin Əbdüləziz Al Səud qəbul edib. Qəbula görə təşəkkürünü bildirən nazir Azərbaycan Prezidenti İlham Əliyevin Krala ünvanlanmış məktubunu təqdim edib. Səudiyyə Ərəbistanının Kralı Prezident İlham Əliyevlə səmimi münasibətlərindən məmnunluğunu bildirib və Azərbaycanın dövlət başçısına onun salamlarını çatdırmağı xahiş edib.

Söhbət zamanı Azərbaycanla Səudiyyə Ərəbistanı arasında çoxəsrlik tarixi və mədəni köklərə malik olan əlaqələrin mövcud səviyyəsi yüksək qiymətləndirilib. Qarşılıqlı hörmətə əsaslanan münasibətlərin bütün sahələrdə əməkdaşlıq üçün möhkəm zəmin yaratdığı qeyd edilib. Hər iki ölkənin əməkdaşlığın müxtəlif sahələrində, o cümlədən enerji sahəsində genişləndirilməsində maraqlı olduğu bildirilib.

P.Şahbazov Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Al Falih ilə də görüşüb. Enerji əməkdaşlığının inkişaf etdirilməsi məqsədilə iki ölkənin müvafiq nazirlikləri arasında işçi qrupunun yaradılması ilə bağlı Səudiyyə Ərəbistanının Energetika, Sənaye və Təbii Sərvətlər Nazirliyinin irəli sürdüyü təklif Azərbaycan tərəfindən müsbət qarşılanaraq qəbul edilib.

Qeyd edilib ki, gələcəkdə enerji sahəsində layihələrin müzakirəsi və reallaşdırılması ilə bağlı məsələlərin həllində belə bir işçi qrupun fəaliyyəti mühüm rol oynayacaq. Səudiyyəli nazir enerji sahəsində birgə fəaliyyətin gücləndirilməsini təmin edəcək daha bir yenilik barəsində məlumat verib. Onun sözlərinə görə, yaxın vaxtlarda Azərbaycanda “Saudi Aramco” şirkətinin nümayəndəliyi fəaliyyətə başlayacaq.

Görüşdə, həmçinin neftin qiymətinin sabitləşməsi prosesində birgə mövqedən çıxış edilməsi və ölkəmizin öhdəliyinə sadiqliyi mühüm məqamlar kimi vurğulanıb. Bildirilib ki, neft bazarının sabitliyinin davamlılığı hasilatın tənzimlənməsinin uzunmüddətli olmasını tələb edir.

Nümayəndə heyətinin səfər proqramına “Saudi Aramco” şirkətinin baş icraçı direktoru Amin Al Nasser ilə görüş də daxil olub. Görüşdə SOCAR-la enerji sektorunda əməkdaşlığın dərinləşdirilməsi, hər iki şirkətin iştirakı ilə bir sıra ölkələrdə birgə layihələrin həyata keçirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan nümayəndə heyəti “Mədən” neft-kimya şirkətinin baş icraçı direktoru Xalid Əl-Mudafier ilə də görüşüb. P.Şahbazovun Səudiyyə Ərəbistanının maliyyə naziri Məhəmməd əl-Cadan ilə baş tutan görüşündə isə Bakının “Ekspo 2025” Sərgisinə namizəd şəhər olması və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Bundan başqa, Səudiyyə Ərəbistanında səfərdə olan ABŞ Dövlət Departamentinin enerji məsələləri üzrə katibinin müavini Dan Brouillette ilə də görüş keçirilib. Görüşdə iki ölkənin müvafiq qurumları arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.

Səfər çərçivəsində nazir Səudiyyə Ərəbistanında neft-kimya və neft emalı sahələrində fəaliyyət göstərən istehsalat komplekslərinə də baş çəkib. Kimya məhsullarının istehsalı, satışı və paylanması ilə məşğul olan Səudiyyə Ərəbistanının Əsas Sənaye Korporasiyasında (SABIC) olan nümayəndə heyətinə bu nəhəng sənaye kompleksinin fəaliyyəti barədə geniş məlumat verilib. Kimya Şirkəti (SADARA), Neft Emalı və Neft-kimya zavodu (SATORP) və bu müəssisələrin istehsal gücləri haqqında təqdimatlar dinlənilib.

Energetika naziri, həmçinin “Saudi Aramco” şirkətinin Dahranda yerləşən Neft Təchizatını Planlaşdırma və Proqnozlaşdırma (OSPAS), Geoloji Kəşfiyyat və Neft Mühəndisliyi (EXPEC), Kəşfiyyat və hasilat üzrə Peşəkar İnkişaf (UPDC) mərkəzləri ilə də tanış olub, onların fəaliyyət istiqamətləri ilə maraqlanıb.

Səfər zamanı ən böyük neft yataqlarından olan “Manifa” neft yatağına da baxış keçirilib.

Qeyd edək ki, energetika naziri Pərviz Şahbazovu Səudiyyə Ərəbistanına səfərində Azərbaycanın bu ölkədəki səfiri Rasim Rzayev, energetika nazirinin müşaviri Zaur Məmmədov və SOCAR-ın prezidentinin müşaviri Murad Heydərov müşayiət edib.

Tags: Energetika nazirliyiPərviz ŞahbazovSaudi AramcoXalid Əbdüləziz Al Falih

Eyni kateqoriyadan Digər materiallar

Böyükşor gölündə 100 kVt gücündə pilot günəş enerjisi qurğusu istismara verilib
Azərbaycan

Böyükşor gölündə 100 kVt gücündə pilot günəş enerjisi qurğusu istismara verilib

30/07/2024
Nazir: Ötən il enerji resurslarımızın demək olar ki, 75%-i Avropaya tədarük edilib
Azərbaycan

Nazir: Ötən il enerji resurslarımızın demək olar ki, 75%-i Avropaya tədarük edilib

08/07/2024
Azərbaycan Çin şirkətləri ilə enerji saxlanc sistemlərinin tətbiqini müzakirə edib
Azərbaycan

Azərbaycan Çin şirkətləri ilə enerji saxlanc sistemlərinin tətbiqini müzakirə edib

27/06/2024
Pərviz Şahbazov Gürcüstana səfər edib
Azərbaycan

Pərviz Şahbazov Gürcüstana səfər edib

15/05/2024
Pərviz Şahbazov BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb
Azərbaycan

Pərviz Şahbazov BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb

17/04/2024
Energetika naziri Əbu-Dabidə Azərbaycanın “yaşıl hidrogen” kursundan danışıb
Yaşıl enerji

Energetika naziri Əbu-Dabidə Azərbaycanın “yaşıl hidrogen” kursundan danışıb

17/04/2024
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Bu ilin I yarısında Azərbaycanda yanacağın pərakəndə satışı 7,5% artıb

11/07/2025
Azərbaycan

Orxan Zeynalov: “Sabit tarif səviyyəsi hər bir abonent üzrə aylıq 1 manatı aşmayacaq”

09/07/2025
Azərbaycan

SOCAR 2024-cü il üzrə maliyyə hesabatını ictimailəşdirib

08/07/2025
Azərbaycan

Macarıstan şirkətləri Azərbaycan neftinin Ceyhandan idxalına başladılar

30/06/2025
Qazaxıstan

“Rosatom” Qazaxıstanda ilk AES-in tikintisi üzrə konsorsiumun lideri seçilib

18/06/2025
Azərbaycan

Azərbaycan Şimali Makedoniya ilə enerji əməkdaşlığının genişləndirilməsini müzakirə edib

18/06/2025
Azərbaycan

Azərbaycanda beş aya 21 milyard kubmetrə yaxın qaz hasil edilib

18/06/2025
Azərbaycan

Brüsseldə Aİ-Azərbaycan Enerji Dialoqunun növbəti mərhələsi keçiriləcək

10/06/2025
Azərbaycan

Almaniyanın dövlət şirkəti 10 il Azərbaycandan qaz alacaq

10/06/2025
Azərbaycan

Avtonom modullu energetika RSE şirkəti tərəfindən Bakıda ilk dəfə təqdim edilib

04/06/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.