Cümə axşamı, Noyabr 12, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

“Statoil” şirkətinin Azərbaycan üzrə meneceri Energetika Nazirliyində olub

13/12/2017
“Statoil” şirkətinin Azərbaycan üzrə meneceri Energetika Nazirliyində olub
17
BAXIŞ
Share on FacebookShare on Twitter

Energetika naziri Pərviz Şahbazov “Statoil” şirkətinin Azərbaycan üzrə meneceri Favad Qureyşini qəbul edib. Bu barədə “Report”a Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

F.Qureyşi Azərbaycanın təmsil etdiyi şirkət üçün çox mühüm ölkələrdən biri olduğunu vurğulayıbMəlumata görə, F.Qureyşi Azərbaycanda 25 illik fəaliyyəti ərzində “Statoil” şirkəti ilə Energetika Nazirliyi arasında yüksək əməkdaşlıq əlaqələrinin bundan sonra da möhkəmlənəcəyinə əmin olduğunu deyib.

F.Qureyşi Azərbaycanın təmsil etdiyi şirkət üçün çox mühüm ölkələrdən biri olduğunu vurğulayıb. “Statoil”un “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsində iştirakı, Bakı-Tbilisi-Ceyhan boru kəməri şirkətinin tərəfdaşlarından biri kimi fəaliyyəti və “Qarabağ”, “Əşrəfi”, “Dan Ulduzu” kimi yataqların kəşfiyyatı ilə bağlı işlərə cəlbini uğurlu əməkdaşlığın töhfələri kimi qiymətləndirib. Şirkətin bu tərəfdaşlığın gələcəkdə də davam etdirilməsi və genişləndirilməsi niyyətində olduğunu bildirib.

Energetika naziri P.Şahbazov müstəqilliyin ilk illərindən “Statoil”un Azərbaycanın neft-qaz sektoruna cəlb olunaraq, qabaqcıl təcrübə, yeni texnologiyaların tətbiqi və sərmayə yatırımını əhatə edən fəaliyyətini yüksək qiymətləndirib. Bu əməkdaşlığın hər iki tərəf üçün faydalı olduğunu qeyd edib. Nazir bildirib ki, yeni yataqların kəşfiyyatı və işlənməsi ilə bağlı layihələr “Statoil”un hələ uzun müddət Azərbaycanın tərəfdaşı olmasını təmin edəcəkdir. P.Şahbazov bu şirkətin Azərbaycandakı fəaliyyətinə Energetika Nazirliyinin lazımi dəstəyi bundan sonra da davam etdirəcəyini diqqətə çatdırıb.

Report.az
Tags: Azəri-Çıraq-GünəşliFavad QureyşiPərviz ŞahbazovStatoil

Eyni kateqoriyadan Digər materiallar

“BP-Azərbaycan”da nə qədər yerli vətəndaş çalışır?
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Азербайджан прогнозировал параметры госбюджета по различным ценам нефти
Azərbaycan

S&P 2027-ci ilə qədər Azərbaycanda neft hasilatının stabil olacağını proqnozlaşdırır

09/12/2024
Nazir: Ötən il enerji resurslarımızın demək olar ki, 75%-i Avropaya tədarük edilib
Azərbaycan

Nazir: Ötən il enerji resurslarımızın demək olar ki, 75%-i Avropaya tədarük edilib

08/07/2024
Azərbaycan Çin şirkətləri ilə enerji saxlanc sistemlərinin tətbiqini müzakirə edib
Azərbaycan

Azərbaycan Çin şirkətləri ilə enerji saxlanc sistemlərinin tətbiqini müzakirə edib

27/06/2024
Pərviz Şahbazov Gürcüstana səfər edib
Azərbaycan

Pərviz Şahbazov Gürcüstana səfər edib

15/05/2024
Pərviz Şahbazov BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb
Azərbaycan

Pərviz Şahbazov BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb

17/04/2024
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.