Azərbaycan Energetika Nazirliyində yeni təyinat olub.

Məlumata görə, P.Şahbazovun yeni müşaviri Zaur Məmmədov olub.
Z.Məmmədov bundan öncə “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktor müavini vəzifəsini icra edib.
Daha əvvəllər isə “Azərenerji” ASC-nin Ekologiya idarəsinin rəisi vəzifəsində çalışıb.