Cümə, Sentyabr 4, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR prezidenti AÇG-2 müqaviləsinin incəlikləri barədə

11/12/2017
Rövnəq Abdullayev Türkiyənin enerji və təbii ehtiyatlar naziri ilə görüşmüşdür
13
BAXIŞ
Share on FacebookShare on Twitter

“Azəri-Çıraq-Günəşli” yataqları üzrə yeni Saziş bu ildən qüvvəyə minəcək.

AZƏRTAC xəbər verir ki, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişi şərh edərkən bildirib.

R.Abdullayev xatırladıb ki, beynəlxalq şirkətlərlə “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi haqqında ilk saziş 1994-cü ildə imzalanıb. Həmin müqavilə xüsusi əhəmiyyət daşıdığına görə, “Əsrin müqaviləsi” adlandırılır və 2024-cü ilə qədər 30 il müddətinə nəzərdə tutulurdu.

“Bildiyiniz kimi, biz müqavilə müddətinin bitməsindən əvvəl yeni müqavilə barədə danışıqlara başladıq, nəticədə fərqli şərtlər üzrə yeni müqavilə imzalandı. Əvvəlki sazişin müddətinin sona yaxınlaşdığını nəzərə alaraq,

– bütün tərəfdaşlarda yeni uzunmüddətli investisiyalara maraq yaratmaq;

– bununla yataqların davamlı istismarını təşkil etmək;

yeni müqavilə üzrə danışıqlara başlanmasının əsas səbəbi olub.

“Buna görə sona yaxınlaşan müqavilənin yeni uzunmüddətli müqavilə ilə əvəzlənməsi həm Azərbaycanın, həm də tərəfdaşların maraqlarına uyğundur”, deyə SOCAR prezidenti bildirib.

Azərbaycan və SOCAR bu gün 1994-cü illə müqayisədə daha geniş maliyyə və texnoloji imkanlara malikdirlər. Bu da öz növbəsində aparılan danışıqların nəticələrinə təsir göstərir. Azərbaycandakı sabitlik və neft sektorunda mülayim investisiya iqlimi investorlarda 2050-ci ilə qədər əməkdaşlığımızı davam etdirməyə maraq yaradıb.

İlk müqavilənin imzalandığı dövrdə, 90-cı illərin əvvəlində Azərbaycan öz tarixinin ən gərgin və qeyri-müəyyən dövrünü yaşayırdı. Müstəqilliyimizin ilk günlərindən ölkəmiz Ermənistanın təcavüzünə məruz qalmışdı. Sovet İttifaqının süqutu gənc iqtisadiyyatımızı böhrana bürümüşdü. Qızğın müharibə şəraiti və iqtisadi böhran azmış kimi, ölkəni sarsıdan daxili siyasi çaxnaşmaların sədası da hələ çox uzaqda deyildi. Bütün bu faktorlar investisiya iqliminə mənfi təsir göstərərək, beynəlxalq investorlar üçün ciddi risklər yaradırdı. Həmin dövrdə maliyyə və texnoloji imkanlarımız məhdud olduğuna görə xarici tərəfdaşların dəstəyinə böyük ehtiyacımız var idi. Azərbaycan Respublikası Prezidentinin qeyd etdiyi kimi, həmin dövrün şəraitinə görə ilk sazişin bağlanması da böyük uğur sayılmalıdır.

Lakin ötən onilliklər ərzində Azərbaycanın iqtisadi potensialının dəfələrlə artması nəticəsində maliyyə və texnoloji imkanlarımız da əvvəlki dövrlə müqayisədə qat-qat artıb. Bu gün SOCAR TANAP kimi nəhəng layihələri artıq operator qismində idarə etməyə, dənizdə müasir özülləri öz imkanları ilə tikib quraşdırmağa və istismar etməyə qadirdir.

Beləliklə, bu gün Azərbaycan daha geniş maliyyə və texnoloji imkanlarından yararlanaraq, tam müstəqil fəaliyyət göstərir. Əlbəttə, SOCAR və Azərbaycanın hazırki mövqeyi və daha geniş olan maliyyə və texniki imkanları aparılan bütün danışıqların nəticələrində öz əksini tapır”, – deyə SOCAR prezidenti bildirib.

Rövnəq Abdullayev, həmçinin məlumat verib ki, bu il Sazişin Milli Məclis tərəfindən təsdiqlənməsi və yeni şərtlərin qüvvəyə minməsi gözlənilir. Yeni müqavilədə mənfəət neftindən dövlətin payı stabil olaraq 75 faiz müəyyən edilib. Bu düstur müqavilənin sonunadək dəyişməz qalaraq, dövlət üçün sabit mənfəət nisbətini təmin edir və buna görə daha məqbuldur. Bununla yanaşı, tərəfdaş şirkətlərin yerdə qalan pay hissəsində SOCAR-ın payının 25 faizə qədər artırılması onu göstərir ki, bu gün SOCAR mənfəət nisbətindən yararlanmaqdan əlavə, həm də müvafiq sərmayə yükünü qaldırmağa qadirdir.

 

Tags: AÇGACG-2Caspian BarrelRövnəq AbdullayevSOCAR Prezidenti

Eyni kateqoriyadan Digər materiallar

“BP-Azərbaycan”da nə qədər yerli vətəndaş çalışır?
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
“Mərkəzi Azəri” platformasından 20 ilə 1,1 mlrd barel neft hasil edilib
Azərbaycan

“Mərkəzi Azəri” platformasından 20 ilə 1,1 mlrd barel neft hasil edilib

18/02/2025
BP: платформы на Каспии не будут остановлены на ремонт в 2023г
Azərbaycan

BP ilin sonuna qədər AÇG-dən təbii qaz hasilatına başlamağı planlaşdırır

28/01/2025
Нефтегазовые доходы бюджета РФ в январе—апреле выросли на 82%
Azərbaycan

Azərbaycan 11 ayda 26,5 mln ton neft hasil edib

11/12/2024
More than 66% of Azerbaijan’s oil production falls on the ACG block
Azərbaycan

Neft Fondu 11 ayda AÇG layihəsindən $5,7 milyarddan çox gəlir əldə edib

09/12/2024
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.