Cümə, Oktyabr 9, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Kənd Təsərrüfatı Nazirliyi SOCAR-la yarışır?

11/12/2017
Kənd Təsərrüfatı Nazirliyi SOCAR-la yarışır?
9
BAXIŞ
Share on FacebookShare on Twitter

Kənd Təsərrüfatı Nazirliyi yeni inzibati binanın layihələndirilıməsi üzrə tender elan edib. 

Bu barədə nazirliyin saytında elan yerləşdirilib. 10 mərtəbəli binanın tikintisi üçün təkliflər iyunun 20-dək təqdim olunmalıdır. Hələlik inzibati binanın hansı ərazidə olacağı bəlli deyil. Nazirlik yeni inzibati binanın tikintisinin zəruriliyini “müxtəlif ərazilərdə yerləşən strukturlarını bir yerə toplayaraq daha səmərəli fəaliyyət göstərmək məqsədi ilə əsaslandırır.

Son illər bir sıra nazirliklər  və dövlət şirkətləri üçün dəbdəbəli yeni inzibati binalar inşa olunub. Bunlardan ən məşhuru SOCAR-ın Bakıdakı 33 mərtəbəli göydələnidir. Habelə “Azərsu” Səhmdar Cəmiyyəti üçün yeni inzibati bina tikilib, Vergilər Nazirliyinin yeni binasının tikintisi davam edir.

Lakin Kənd Təsərrüfatı Nazirliyi SOCAR deyil və necə deyərlər “əli pulla oynamır”, üstəlik elə sahəyə cavabdehdir ki, orada görülməli vacib işlər arasında nazirlik üçün yeni  inzibati binanın tikintisi yer almır. Bu nazirlik ilk növbədə iqtisadiyyatın neft asılılığından azaldılmasının mühüm istiqamətlərindən biri kimi kənd təsərrüfatının dirçəldilməsi ilə məşğul olmalıdır.

Kənd təsərrüfatının problemləri ilə məşğul olmaq üçün isə Bakıda yeni çoxmərtəbəli ofisdə rahat kreslolarda əyləşib kondisionerlərin altında sərinləmək əsas şərt deyil. Bunun üçün müntəzəm şəkildə kənd təsərrüfatı rayonlarına baş çəkmək, fermerlərin, kəndlilərin dərd-səri ilə yerində məşğul olmaq lazımdır. Başqa sözlə, nazirliyin rəhbər və digər məsul şəxsləri iş günlərinin çoxunu kəndlinin yanında, torpaqla təmasda keçirməlidir. Kənd Təsərrüfatı Nazirliyinin yerləşdiyi əzəmətli Hökumət Evi isə bu fəaliyyəti koordinasiya etmək üçün heç də əlverişsiz məkan sayılmaz.

O zaman on milyonlarla dollar xərcləyib nazirliyə yeni bina inşa etmək nə dərəcədə düzgün addımdır və bunun kənd təsərrüfatının inkişafına hansı birbaşa faydası ola bilər? Hansı ki, həmin kənd təsərrüfatında həmin milyonlara kəskin ehtiyacı olan çoxlu sahələr var. Məsələn, hər il dağlıq və dağətəyi rayonlarda əkin sahələrini məhv edib kəndlinin bütün əziyyətini heç edən doluya qarşı mübarizə üçün doludağıdan stansiyaların yaradılması kimi.

Üstəlik kənd təsərrüfatına hər il ayrılan yüz milyonlarla manatlıq dotasiyaya baxmayaraq bir çox sahələrdə tənəzzülü aradan qaldırmaq mümkün olmur.  “Ölkə özünün ətə olan təlabatının yalnız 38 faizini, südə olan təlabatın 50 faizini, yumurtaya olan təlabatın isə 55 faizi daxili istehsal hesabına ödəyir. Şəkərin, bitki yağının xammalı 95 faiz idxal olunur, çay idxalı isə 97 faiz təşkil edir. Kənd Təsərrüfatı Nazirliyi isə dövlət büdcəsi hesabına 10 mərtəbəli bina tikdirir”, -kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli deyir.

Qeyd etmək lazımdır ki, Kənd Təsərrüfatı Nazirliyi son illərdə ən yaddaqalan fəaliyyəti kimi rayonlarda kənd təsərrüfatı idarələri üçün inzibati binaların tikintisinə dair statistikanı həvəslə təqdim edir. Məsələn, 2015-ci ildə nazir Heydər Əsədov 52 rayonda kənd təsərrüfatı idarələri üçün yeni inzibati binaların tikildiyini açıqlamışdı. Həmin binalara xərclənən pulların kənd təsərrüfatının inkişafına təsirini isə təəsüf ki, görmək mümkün deyil…

Virtualaz.org

Tags: inzibati binaKənd təsərrüfatı nazirliyiSOCAR

Eyni kateqoriyadan Digər materiallar

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb
Azərbaycan

SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb

24/11/2025
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.