Cümə axşamı, İyul 16, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Sıravi müəllimlərin saathesabı əməkhaqları 25 qəpik artırıldı

13/05/2017
Sıravi müəllimlərin saathesabı əməkhaqları 25 qəpik artırıldı
7
BAXIŞ
Share on FacebookShare on Twitter

“Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri haqqında” Nazirlər Kabinetinin qərarına dəyişiklik edilib.

“Qafqazinfo” xəbər verir ki, “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan prezidentinin 2017-ci il 21 yanvar tarixli 2608 nömrəli Sərəncamının 2-ci hissəsinə əsasən Nazirlər Kabineti qərar verib.

Dəyişikliyə görə, bütün tipdən olan ümumtəhsil və peşə məktəblərinin, gimnaziya, lisey və digər təlim-tərbiyə ocaqlarının, orta ixtisas məktəblərinin, bunlara bərabər tutulan digər təhsil müəssisələrinin uşaqları, şagirdləri, tələbələri, orta ixtisas təhsilli mütəxəssislərin ixtisasartırma kurslarının dinləyiciləri, fəhlələri üçün tədris məşğələləri aparan professor, elmlər doktoru üçün saathesabı ödənilən məbləğ 4,85 manat (hazırda 4,40 manat), dosent, fəlsəfə doktoru üçün 3,20 manat ( hazırda 2,90 manat), elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün 2,50 (hazırda 2,25 manat) müəyyənləşdirilib.

Xüsusi təyinatlı (hərbi, milli təhlükəsizlik və s.) təhsil müəssisələrinin tələbələri, kursantları və dinləyiciləri olan tədris məşğlələrini aparan professor, elmlər doktoru üçün saathesabı ödənilən məbləğ 5,75 (hazırda 5,20 manat), dosent, fəlsəfə doktoru üçün 4,15 (hazırda 3,75 manat), elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün 2,80 (hazırda 2,55 manat ) müəyyən edilib.

Aspirantlar, ali təhsilli rəhbər işçilərin və mütəxəssislərin ixtisasartırma kurslarının dinləyicilərinə dərs deyən professor, elmlər doktoru üçün saathesabı ödənilən məbləğ 6,95 (hazırda 6,30manat), dosent, fəlsəfə doktoru üçün 4,85 ( hazırda 4,40 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün 3,20 (hazırda 2,90 manat) olacaq.

Əməyin saat hesabı ödənilmə məbləğlərinə məzuniyyət haqqı daxil edilir. Müsabiqə və baxışların münsiflər heyəti üzvlərinin və müsabiqəyə təqdim edilən işlərin resenzentlərinin əməyinin saathesabı ödənilməsi məbləğləri professor, elmlər doktoru üçün 5,75 manat, dosent, fəlsəfə doktoru üçün 4,15 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün 2,80 manat müəyyənləşdirilir.

Tədris məşğələlərinin aparılmasında iştirak edən plastik poza nümayişçilərinin (naturaçıların) əməyinin saat hesabı ödənilməsi bir akademik saata görə geyimli naturada 3,65 manat, çılpaq naturada isə 6,05 manat məbləğində müəyyən olunur. Əməyin saat hesabı ödənilmə məbləğləri mülki hüquqi müqavilə əsasında işləyən şəxslərə şamil olunur.

Tags: müəllimNazirlər Kabinetiəmək haqları

Eyni kateqoriyadan Digər materiallar

Hökumət qaz təsərrüfatında mövcud problemləri müzakirə etdi, müvafiq tapşırıqlar verildi
Azərbaycan

Hökumət qaz təsərrüfatında mövcud problemləri müzakirə etdi, müvafiq tapşırıqlar verildi

29/01/2021
Azərbaycanda təbii qaz təchizatçısı dəyişib
Azərbaycan

Azərbaycanda təbii qaz təchizatçısı dəyişib

28/12/2020
SOCAR-da əmək haqları 20% artırıldı
Azərbaycan

SOCAR-da əmək haqları 20% artırıldı

02/09/2019
Утверждены гарантии правительства по контракту блока D230
Azərbaycan

Hökumət D230 perspektiv blokunun işlənməsinə dair öhdəlikləri təsdiqlədi

25/07/2018
Rusiya “Şimal qütbü” platformasının inşasına 7 mlrd. rubl ayıracaq
Rusiya

Rusiya “Şimal qütbü” platformasının inşasına 7 mlrd. rubl ayıracaq

09/04/2018
Ölkəyə idxal olunan bəzi benzin növlərinə aksiz vergisi 200 dəfə artırıldı
Azərbaycan

Ölkəyə idxal olunan bəzi benzin növlərinə aksiz vergisi 200 dəfə artırıldı

25/12/2017
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.