Cümə axşamı, Mart 5, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

“Azərişıq”: Texniki itkilərin səviyyəsi 9%-ə endirilib

11/12/2017
“Азеришыг” получил первый транш кредита от АБР
9
BAXIŞ
Share on FacebookShare on Twitter

Yaradıldığı 27 ay müddətində “Azərişıq” tərəfindən 16 ədəd 110 kV-luq, 60 ədəd 35 kV-luq yarımstansiyanın tikintisi və avadanlıqlarla təmin edilməsi prosesi başa çatıb.

Regionlar üzrə 2500 ədəd Komplekt Transformator Məntəqəsi (KTM) quraşdırılıb. Paytaxt Bakı və Bakı-ətrafı ərazi üzrə kifayət qədər irimiqyaslı işlər görülüb.

Yasamal və Buzovnada (“Yasamal-1”, “Buzovna-2”) 110/35/10 kV-luq 2 ədəd yarımstansiya tikilərək yenidən qurulub. Eyni zamanda Nərimanovda 3, Nəsimidə 2, Səbaildə 1, Xətaidə 1, Binəqədidə 1, Xırdalanda 4, Maştağada 1, Sarıqayada 1, Fatmayidə 1 ədəd 35 kV-luq yarımstansiya tikinti və yenidənqurmadan sonra istismara verilib”.

“Report” xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin sədri Baba Rzayev rəsmi mətbuatda çıxan məqaləsində qeyd edib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum yaradıldıqdan sonra Bakı və paytaxtətrafı ərazilərdə 17 ədəd yarımstansiya tikilərək, yenidən qurulub: “Azərişıq”ın Şimal RETSİ-nə aid olan Şabran rayonunda 110/10 kV-luq “Rəhimli” yarımstansiyasında tikinti-yenidənqurma işləri başa çatıb. Bundan başqa, Sumqayıtda 3, Xaçmazda 2, Qubada 5, Şabranda 1 ədəd 35 kV-luq yarımstansiya tikilərək yenidənqurmadan sonra istismara verilib.

Ölkənin şimal-qərb bölgəsində yerləşən Zaqatala rayonunda “Bəhmədli”, Şəki rayonunda isə “Cəfərabad” və “Göynük” adlı 3 ədəd 110/35/10 kV-luq yarımstansiyalar tikilib və yenidən qurulub. Bununla paralel olaraq Zaqatalada 1, Şəkidə 1, Qəbələdə 1 ədəd 35 kV-luq yarımstansiya istifadəyə verilib.

Qərb bölgəsində də master plana uyğun olaraq işlər görülüb. Qazax rayonunda “Daş Salahlı”, Samux rayonunda “Yenikənd”, Gədəbəy rayonunda isə “Gədəbəy” adlanan yarımstansiyalar tikilərək yenidən qurulub. Bununla yanaşı, Gəncədə, Göygöldə, Samuxda, Gədəbəydə, Qazaxda, Ağstafada hərəsində bir, Daşkəsəndə isə 3 ədəd 35 kV-luq yarımstansiyada tikinti və yenidənqurma işləri başa çatıb.

Ölkənin cənub bölgəsində Masallıda “Boradigah”, Lənkəranda “Lənkəran-1” adlanan 110/35/10 kV-luq yarımstansiyalarda tikinti və yenidənqurma işləri yekunlaşıb. Paralel olaraq 35 kV-luq yarımstansiyalar üzrə Lənkəran, Cəlilabad, Hacıqabul, Salyan, Neftçala, Lerik, Astara rayonlarının hər birində bir ədəd 35 kV-luq yarımstansiya tikilərək təhvil verilib.

Ölkənin mərkəz hissəsində də kifayət qədər işlər həyata keçirilib. Ağsu və Saatlı rayonlarının hər birində 110/35/10 kV-luq “Ağsu” və “Sarıcalar” yarımstansiyaları ən yüksək formada tikilərək yenidən qurulub. Bununla yanaşı, Mingəçevir, Bərdə, Ucar, Ağdaş, İmişli, Ağcabədi, Zərdab, Sabirabad rayonlarının hər birində 35 kV-luq yarımstansiyalar tukilərək yenidənqurmadan sonra istismara verilib. Görülən işlər seriyasında cəbhə bölgəsinin də xüsusi yeri var”.

“Azərişıq” rəhbəri Ermənistan qoşunları ilə təmas xəttində də müəyyən işlərin görüldüyünü bildirib: “Təmas xəttinə yaxın Goranboy rayonunda 110/35/10 kV-luq “Kürəkçay” yarımstansiyası tikilərək yenidənqurmadan sonra istifadəyə verilib. Həmçinin Tərtər, Ağdam, Beyləqan rayonlarının hər birində 35 kV-luq yarımstansiyalar tikilərək yenidən qurulub. “Azərişıq” yarandıqdan sonra 101 km 110 kV-luq, 862 km 35 kV-luq, 7000 km 10-6-04 kV-luq hava xətti çəkilib, onlara uyğun olaraq ümumilikdə 227500 yeni dayaq basdırılıb.

Ümumilikdə 19400 km ÖİN xətti çəkilib, ona uyğun 494000 ədəd yeni dayaq quraşdırılıb. Hazırda Goranboyda “Dəliməmmədli”, Gəncədə “Yeni Gəncə”, Qaxda “Qax”, Neftçalada “Neftçala”, Salyanda “Qaraqaşlı” adlı 4 ədəd 110 kV-luq yarımstansiyada tikinti və yenidənqurma işləri aparılır.

“Azərişıq” rəhbəri bildirib ki, görülən tədbirlər nəticəsində şəbəkə üzrə texniki itkilərin səviyyəsi azaldılaraq 9%-ə endirilib, ifrat yüklənmə halları tamamilə aradan qaldırılıb.

Tags: AzərişıqBaba Rzayev

Eyni kateqoriyadan Digər materiallar

“Azərişıq” Kəlbəcərdəki hərbi hissələri elektrik enerjisi ilə təchiz edib
Azərbaycan

“Azərişıq” Kəlbəcərdəki hərbi hissələri elektrik enerjisi ilə təchiz edib

06/01/2023
Şamaxıda iki kəndin elektrik şəbəkəsi yenidən qurulub
Azərbaycan

Şamaxıda iki kəndin elektrik şəbəkəsi yenidən qurulub

23/11/2022
“Azərişıq” 11 milyon manatlıq 4 tenderə yekun vurub
Azərbaycan

“Azərişıq” 11 milyon manatlıq 4 tenderə yekun vurub

03/10/2022
“Azərişıq” Qarabağdakı abonentlərinin sayını açıqlayıb
Azərbaycan

“Azərişıq” Qarabağdakı abonentlərinin sayını açıqlayıb

27/07/2022
“Azərişıq” ASC-nin Xırdalandakı yarımstansiyasında yanğın baş verib
Azərbaycan

“Azərişıq” ASC-nin Xırdalandakı yarımstansiyasında yanğın baş verib

17/03/2022
“Azərişıq” Zəngilan aeroportunu enerji ilə təmin etməyə hazırlaşır
Azərbaycan

“Azərişıq” Zəngilan aeroportunu enerji ilə təmin etməyə hazırlaşır

01/03/2022
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.