Cümə axşamı, Yanvar 15, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Azərbaycanın Beynəlxalq Bankı müflisdirmi?

11/12/2017
Azərbaycanın Beynəlxalq Bankı müflisdirmi?
3
BAXIŞ
Share on FacebookShare on Twitter

Azərbaycan Beynəlxalq Bankı valyuta ilə olan milyardlarla dollarlıq xarici borcunu ödəməyi dayandırıb və borcların restrukturizasiyasını, yaxud dövlətə yüklənməsi prosesini başlatdığını elan edib.

Virtualaz.org xəbər verir ki, bankın bu bəyanatı Qərb maliyyə dairələrində ciddi rezonans doğurub və Azərbaycanın beynəlxalq maliyyə bazarlarına buraxdığı borc sənədlərini dəyərdən salıb.

Azərbaycan Beynəlxalq Bankı ötən gün restrukturizasiya planını elan edərək bildirib ki, kreditorlarla razılaşdırılacağı təqdirdə bankın 3.3 milyard dollarlıq xarici borcu dövlət borcu kimi yenidən rəsmiləşdiriləcək. Habelə bank xarici borclar üzrə faiz ödəmələrini dayandırdığını elan edib və restrukturizasiya prosesində müflisləşmə prosedurunu başlatmaq üçün ABŞ-ın yuridikasiyası altına sığınıb. “Bloomberg” xəbər verir ki, Azərbaycan Beynəlxalq Bankı bir gün əvvəl Nyu-Yorkun Manhetten Federal Məhkəməsinə müflisləşmə ilə bağlı ərizə təqdim edib.

Bank bildirir ki, onun xarici valyuta ilə olan borclarının bir hissəsi Azərbaycan dövlətinin suveren borclarına transfer ediləcək. Və kreditorlarla anlaşma baş tutarsa borcların restrukturizasiyası mütləq xarakter daşıyacaq. Hazırda bankın borclarının üçdə ikisi xarici borclardır. ABŞ-da təqdim edilmiş məhkəmə sənədlərinə əsasən bank “Cargill Financial Services International Inc.” Şirkətini özünün ən iri kreditoru kimi təqdim edib.

“İNG Groep NV” investisiya şirkətinin Moskvadakı baş kredit analitiki Yeqor Fyodorov agentliyə açıqlamasında deyib: “Biz nəhayət ümid edirik ki, hökumət nəhayət kreditorlar üçün məqbul və ağrısız həll yolu təklif edəcək”.Analitik əlavə edib ki, Azərbaycan hazırda beynəlxalq maliyyə bazarlarında investorları cəlb etmək üçün bir çox addımlar atır və belə bir vaxtda Beynəlxalq Bankın borclarının restrukturizasiyası risklərin neqativ qarşılanmasına səbəb olacaq.

“Bloomberg” Azərbaycan hökumətinin indiyə qədər bankın 10 milyard dollarlıq toksik aktivlərini aldığını, bankın sağlamlaşdırılması tədbirlərini dəstəkləmək üçün Neft Fondunun kapitalı hesabına orada 1.3 milyard dollar depozitin yerləşdirildiyini xatırladır. O da xatırladılır ki, bankın keçmiş sədri Cahangir Hacıyev mənimsəmədə və vəzifə səlahiyyətlərini aşmaqda günahlandırılaraq 15 il həbs cəzası alıb. Hacıyev məhkəmədə bankın bu vəziyyətə düşməsində keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun rolunun olduğunu inkar edib.

“Bloomberg” onu da xəbər verir ki, Azərbaycan Beynəlxalq Bankının restrukturizasiya planını elan etməsindən sonra bankın beynəlxalq maliyyə bazarlarına buraxdığı 500 milyon dollarlıq istiqrazın dəyəri 16 faiz aşağı düşüb, bank istiqrazların gəlirlilik dərəcəsini 9.45 faizdən 14.8 faizə qaldırmalı olub. Habelə Azərbaycan dövlətinin 2014-cü ilə qədər ödənilməsi şərti ilə buraxdığı istiqrazıların dəyəri kəskin düşüb.

Agentlik bildirir ki, maliyyə naziri Samir Şərifov Beynəlxalq Bankın sağlamlaşdırılmasının Azərbaycanın maliyyə sistemi üçün həyati əhəmiyyət kəsb etdiyini bildirib. Nazirin sözlərinə görə, restrukrutizasiya prosesi ərzində heç bir əmanətçinin depoziti zərər görməyəcək. Bununla belə bankın Azərbaycan Dövlət Neft Fonduna 500 milyon dollar borcu var. Habelə 500 milyon dollarlıq borc istiqrazları buraxıb. Eləcə də “Societe Generale SA”, “Commerzbank AG”, “Intesa Sanpaolo SpA” və “Cargill” kimi qlobal maliyyə bazarlarının aparıcı oyunçularına milyardlarla dollarlıq borcu var.

Bildirilir ki, bankın xarici borclarının restrukturizasiyası ilə bağlı təkliflər investorlara mayın 23-də White & Case LLP”-nin ofisində təqdim ediləcək. Bankın bu məsələdə məsləhətçisi qismində “White & Cas” və “Lazard Freres” şirkətləri çıxış edirlər.

ABŞ məhkəməsinə təqdim edilmiş müflisləşmə iddiasının məqsədi isə bankın Birləşmiş Ştatlardakı dörd müxbir hesabını qorumaqdır. Həmin hesablar bankın dollar əməliyyatları üçün istifadə olunur. Ərizədə göstərilir ki, bankın restrukturizasiyası planına mane olmamaq üçün istənilən kreditorların iddiası bloklansın. İddia ABŞ-ın müflisləşmə Məcəlləsinin 15-ci maddəsinə əsasən qaldırılıb.

Bu maddə xarici şirkətlərin aktivlərini restrukturizasiya zamanı kreditorlardan qorumağa imkan verir. Başqa sözlə, Azərbaycan Beynəlxalq Bankı ABŞ qanunvericiliyindən yararlanır ki, borclarının dövlətə dövr edilməsi prosesində xarici kreditorlar onun aktivlərini dondura və borcların əvəzində ələ keçirə bilməsin. Lakin bildirilir ki, ABŞ qanunvericiliyinə əsasən kreditorlar resturukturizasiya prosesinin ədalətli olmadığı qənaətinə gələrək Azərbaycan Beynəlxalq Bankının bu qoruma tədbirini şübhə altına alaraq iddianın təmin edilməməsini tələb edə bilərlər.

Bankın məhkəməyə təqdim etdiyi iddiada göstərilir ki, Azərbaycan Beynəlxalq Bankı borclarının restrukturizasiyasını başladıb. Daxili borclar ötən ilin fevralından dövlətə dövr edilib. Bu ilin mart ayında isə bank “Cargill” qarşısında olan əsas borcunu ödəmək qabiliyətində olmayıb, borcun ödənilməsi müddəti iki dəfə uzadılıb.

Bildirilir ki, bu baş verənlər Beynəlxalq Bankın əsas səhmdarı olan Azərbaycan dövlətinin banka dəstəyi davam etdirmək planlarından xəbər verir. Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri Rüfət Aslanlı bildirib ki, bankın maliyyə və kapital göstəricilərinin aşağı düşməsinin davam etməsi ciddi narahatlıq doğurur. Ona görə də bankın təklif etdiyi restrukturizasiya planının dəstəklənməsi nəinki Beynəlxalq Bank, eləcə də Azərbaycanın bütövlükdə maliyyə sistemi üçün kritik əhəmiyyətə malikdir.

Virtualaz.org

Tags: Azərbaycan Beynəlxalq Bankımaliyyə

Eyni kateqoriyadan Digər materiallar

SOCAR “Azər-Türk Bank”ın səhmlərinin 51 %-ni almaq istəyir
Azərbaycan

SOCAR “Azər-Türk Bank”ın səhmlərinin 51 %-ni almaq istəyir

18/07/2024
2021-ci ilin I yarısında SOCAR-ın xalis mənfəəti 603 milyon manat təşkil edib
Azərbaycan

2021-ci ilin I yarısında SOCAR-ın xalis mənfəəti 603 milyon manat təşkil edib

20/04/2022
“Total” son 10 ildə ilk dəfə maliyyə itkisilə üzləşdi
Maraqlı Xəbərlər

“Total” son 10 ildə ilk dəfə maliyyə itkisilə üzləşdi

06/07/2021
SOCAR ötən il üzrə maliyyə göstəricilərini açıqladı
Azərbaycan

SOCAR ötən il üzrə maliyyə göstəricilərini açıqladı

06/07/2021
SOCAR-ın ötənilki maliyyə nəticələri hazırdır
Azərbaycan

SOCAR-ın ötənilki maliyyə nəticələri hazırdır

12/04/2021
SOCAR-ın gəlirləri kəskin azalıb – zərərlə işləməyə başlayib
Azərbaycan

SOCAR-ın gəlirləri kəskin azalıb – zərərlə işləməyə başlayib

20/01/2021
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025
Maraqlı Xəbərlər

Avropa Birliyi Rusiya qazı ilə vidalaşmağa qərar verdi

19/12/2025
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Azərbaycan

Azərbaycanın Şimali Makedoniyanın qaz təchizatında iştirakı…

14/12/2025
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.