SOCAR-ın Nəqliyyat İdarəsi bir sıra material qiymətlilərinin (nəqliyyat vasitələrinin ehtiyat hissələri) özgəninkiləşdirilməsinə dair açıq hərrac keçirəcək.
SOCAR-ın saytında verilən məlumata görə, hərracda iştirak etmək istəyən maraqlı tərəflər aşağıda göstərilmiş sənədləri təqdim etməlidirlər:
– Hərracda iştirak üçün müraciət (vahid ərizə forması);
– Hərracın nəticələrinə uyğun olaraq, hərracın qalibi olduğu təqdirdə material qiymətlilərinin mütləq alınacağı barədə təminat məktubu;
– Fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti;
– Hüquqi şəxslər üçün təsis sənədlərinin notarial qaydada təsdiq edilmiş surəti;
– Elanda göstərilən hesaba hərraca çıxarılmış material qiymətlilərinin 10 % həcmində behin (5268,07 AZN) köçürülməsini təsdiq edən sənədin surəti.
Hərracda iştirak haqqında ərizə (vahid formada) digər sənədlərlə birlikdə 17 aprel 2017-ci il tarixdə, yerli vaxtla saat 17-30-dək Hərrac Komissiyasına (AZ 1000, Səbail rayonu, Neftçilər prospekti 73) təqdim olunmalıdır. Göstərilən tarixdən və vaxtdan sonra edilən müraciətlər qəbul olunmayacaq. Hərrac 18 aprel 2017-ci il tarixdə saat 11.00-da göstərilən ünvanda keçiriləcəkdir. Qeyd edək ki, sənədlərin surətləri Hərrac Komissiyasının əlaqələndirici şəxsinin elektron ünvanına göndərilərsə, sənədlərin əsli hərrac təkliflərinin təqdim edilməsinin son gününədək Hərrac Komissiyasına təqdim olunmalıdır.
Material qiymətlilərinin 10 faiz həcmindəki behin ödənilməsi üçün hesab nömrəsi:
Azərbaycan Beynəlxalq Bankı ASC,
AZ38IBAZ38010019449306332120,
VÖEN: 9900003871,
Müştəri xidməti Departamenti,
Kod: 805250,
Müxbir hesab: AZ03NABZ01350100000000002944,
VÖEN: 9900001881,
SWIFT BIK: İBAZAZ2Х
Ərizə forması, habelə sual və sorğular üçün hərracın əlaqələndirici şəxsinə müraciət oluna bilər: Elnur Abdullayev, telefon: (+99412) 521-32-67; mob: (+99450) 843 50 65. E-mail: [email protected] və ya [email protected].