Bazar, İyun 22, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

ABŞ: Moskva İtaliyadakı bəzi siyasi qüvvələrlə TAPa qarşıdır

31/03/2017
ABŞ: Moskva İtaliyadakı bəzi siyasi qüvvələrlə TAPa qarşıdır
0
BAXIŞ
Share on FacebookShare on Twitter

Xəbər verdiyimiz kimi, neçə gündür İtaliyanın cənubundakı Apuliya bölgəsində Azərbaycan qazını Avropaya çıxaracaq Cənub Qaz Dəhlizinin bir hissəsi olan TAP kəmərinin tikintisinə qarşı etirazlar keçirilir, polislə toqquşmalar baş verir. Bu aksiyaların təşkilatçısı İtaliya parlamentində 22 faiz səslə təmsil olunan, keçmiş şoumen Beppe Grillonun rəhbərlik etdiyi “5 Ulduz” hərəkatı və onun yaratdığı “No TAP” ictimai komitəsidir. Komitə kəmərin tikintisinin çoxillik zeytun ağaclarına ziyan vuracağını iddia edir, ümumiyyətlə bildirir ki, bu kəmər və Azərbaycan qazı İtaliyaya lazım deyil. Hökumət bu layihədən imtina etməlidir. Başqa sözlə, kəmərin zeytun bağlarına zərər vuracağı haqda iddialar əslində TAP-ın qarşısının alınmasına, yaxud ləngidilməsinə hesablanmış siyasi intriqalara xidmət edir. Bu məsələ çoxdan aydındır və hətta rəsmi Bakı dəfələrlə buna eyham vurub.

Virtualaz.org “5 Ulduz” hərəkatının və onun lideri Beppe Grillonun Rusiya ilə əlaqələri barədə əvvəllər yazıb. Ümumiyyətlə, İtaliya Avropada rusiyameylli qüvvələrin siyasətdə ən güclü olduğu ölkə hesab oluna bilər. Bu ölkədə “5 Ulduz” hərəkatı ilə yanaşı ultrasağçı “Şimal Liqası” hərəkatı da açıq-aşkar rusiyameylli hesab edilir.

İndi İtaliyanın cənubunda TAP-a qarşı çıxanların karabinerlərlə toqquşduğu bir vaxtda ABŞ hökumətindən Romaya mesaj gəlib: ehtiyatlı olun, Rusiya qarşıdakı seçkilərdə “5 Ulduz” hərəkatını hakimiyyətə gətirmək istəyir.

İtaliyanın “La Stampa” qəzetinin yazdığına görə Amerika administrasiyasındakı mənbələr Rusiyanın İtaliyadakı qarşıdakı parlament seçkilərinə müdaxilə edib özünə yaxın qüvvələri hakimiyyətə gətirmək planlarından narahatdır. Bu, Rusiyanın bütün Avropanı əhatə edən və artıq ABŞ-da tətbiq edilmiş siyasi manipulyasiya planlarının bir hissəsidir. Qəzetin yazdığına görə Vaşinqton Rusiyanın “5 Ulduz” hərəkatı və “Şimal Liqası” ilə işləməsindən məlumatlıdır. Sonuncunun seçkilərdə daha aşağı perspektivləri var.

Qəzetin yazdığına görə Vaşinqtonda deyirlər ki, Rusiya bütün Qərbi parçalamağa və zəiflətməyə çalışır. Bu məqsədlə ABŞ-la Avropa arasında ənənəvi müttəfiqlik münasibətlərinə qarşı çıxan siyasi qüvvələrlə işləyir, onları maliyyələşdirir. Habelə informasiya hücumu həyata keçirir. Belə hücum Baltik ölkələrində də işə salınıb, lakin onlar sovet taktikasına yaxşı bələd olduqlarından rusların məqsədini dərhal anlayıblar. Ancaq rusların siyasi manipulyasiyası bütün Qərbi Avropanı bürüyüb, onların çoxu məsələnin mahiyyətini dərk edib özlərini müdafiə edə bilmir.

Qəzetin yazdığına görə, “5 Ulduz” və “Şimal Liqası” Rusiya ilə əlaqələrini inkar etmir. Lakin Vaşinqtonda olan məlumatlara görə narahatlığın ölçüsü daha böyükdür. Gözlənilir ki, yaxın vaxtlarda Vaşinqton və Roma Beppe Grillonun partiyasının Apenin yarımadasında “Kremlin emissarı” qismindəki roluna dair əhatəli araşdırmalar aparacaq.

Qeyd edək ki, bundan əvvəl Cənub Qaz Dəhlizinin üzərində yerləşən digər ölkədə-Yunanıstanda Moskvaya simpatiyası olan solçuların hakimiyyətə gəlməsindən sonra həm TAP kəmərinin tikintisinə dair qərarlar ləngidi, həm SOCAR-ın bu ölkənin qaz paylayıcı şəbəkəsinin operatoru olan DESFA şirkətinin səhmlərinin üçdə ikisini almasına dair razılaşma ləğv olundu.

Virtualaz.org

Tags: ŞahdənizSGCTAPИталия

Eyni kateqoriyadan Digər materiallar

2026-cı ilə qədər TAP qaz kəmərinin emissiyaları 5% azaldılacaq
Azərbaycan

2026-cı ilə qədər TAP qaz kəmərinin emissiyaları 5% azaldılacaq

21/05/2025
In 2023, condensate production at “Shah Deniz” field decreased by 2.8%
Azərbaycan

ARDNF I rübdə “Şahdəniz”in işlənməsindən gəlirlərini 36 %-dən çox artırıb

27/04/2025
Contract signed on selling Total’s share in Shah Deniz project
Azərbaycan

bp “Şahdəniz” layihəsinə xərclənən vəsaiti açıqladı

27/04/2025
Швейцарская AXPO выходит из проекта TAP
Maraqlı Xəbərlər

“TAP Italia” Ekoloji İdarəetmə və Audit Sistemi sertifikatını əldə edib

24/02/2025
“Dərinsulu Günəşli” hasilat platforması planlı profilaktika üçün dayandırılıb – BP
Azərbaycan

“Şahdəniz”də yeni platformanın tikinti layihəsi ictimaiyyətin müzakirəsinə çıxarılır

17/02/2025
“BP-Azərbaycan”da nə qədər yerli vətəndaş çalışır?
Azərbaycan

“Şahdəniz Kompressiya” layihəsi üzrə Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi sənədi

30/01/2025
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Qazaxıstan

“Rosatom” Qazaxıstanda ilk AES-in tikintisi üzrə konsorsiumun lideri seçilib

18/06/2025
Azərbaycan

Azərbaycan Şimali Makedoniya ilə enerji əməkdaşlığının genişləndirilməsini müzakirə edib

18/06/2025
Azərbaycan

Azərbaycanda beş aya 21 milyard kubmetrə yaxın qaz hasil edilib

18/06/2025
Azərbaycan

Brüsseldə Aİ-Azərbaycan Enerji Dialoqunun növbəti mərhələsi keçiriləcək

10/06/2025
Azərbaycan

Almaniyanın dövlət şirkəti 10 il Azərbaycandan qaz alacaq

10/06/2025
Azərbaycan

Avtonom modullu energetika RSE şirkəti tərəfindən Bakıda ilk dəfə təqdim edilib

04/06/2025
Azərbaycan

BP “Şəfəq-Asiman” qaz yatağında yeni quyu qazmağı planlaşdırır

04/06/2025
Azərbaycan

“Azneft” bu il “Neft Daşları”nda 1,2 milyon ton neft çıxarmağı hədəfləyib

04/06/2025
Azərbaycan

“TotalEnergies”: Azərbaycanda dünyada ilk dəfə…

04/06/2025
Azərbaycan

Laçında “Aşağı Malıbəyli” və “Mirik” kiçik su elektrik stansiyaları istismara verilib

27/05/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.