Cümə axşamı, Yanvar 15, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR: “Biz Avropa və Türkiyədə enerji təchizatı boşluğunu doldururuq”

08/12/2017
1
BAXIŞ
Share on FacebookShare on Twitter

Azərbaycan neft və qazdan daha az asılı olmaq niyyətindədir.

“Report” xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov Almaniya KİV-inə müsahibəsində bildirib.

O qeyd edib ki, dünya bazarında neftin qiymətinin düşməsi ölkəyə təsirini göstərib: “Buna baxmayaraq Azərbaycan hökuməti alternativlərə baxır və iqtisadiyyatı daha da şaxələndirməyə çalışır. Bu, həm də SOCAR üçün bir fürsətdir. Biz bir neçə istehsal sahəsini genişləndirəcəyik və  qapalı dairələr yaratmağa (məsələn, gübrə istehsalı, yaxud da neft və qaz emalı üzrə) çalışacağıq.

E.Nəsirov neft və qaz plaftomalarında təhlükəsizliyin gücləndirilməsi tədbirlərinin görüldüyünü qeyd edib. “Təəssüf ki, bizim istifadəyə yararsız olan bir çox avadanlıq və strukturları əvəzləmək üçün lazımi maliyyə və texniki imkanlarımız olmayıb”, – deyə E.Nəsirov bəziləri sovet dövründən qalmış istehsal qurğularını nəzərdə tutaraq bildirib: “Lakin hazırda biz dənizdə yerləşən qurğuların əsas hissəsini yeniləyirik, işçilərə təhlükəsizlik və xilasetmə üzrə təlimlər keçirik”.

SOCAR-ın vitse-prezidenti  deyib ki, 2015-ci ilin dekabrında və 2016-cı ilin dekabrındakı  qəzaların səbəbini əsasən köhnəlmiş infrastrukturda axtarmaq lazımdır: “Sovet dövründə heç kim ətraf mühitin qorunması və təhlükəsizlik məsələləri ilə maraqlanmırdı. Sürəti rekord həddə çatan külək və nəhəng dalğalar da bura əlavə olunmalıdır. Amma, təbii ki, bu heç də baş verənlərə bəraət qazandırmır. Bu bizim hamımız üçün faciə idi”. O qeyd edib ki, gələcəkdə bu cür qəzaların qarşısını almaq üçün SOCAR xarici şirkətlərlə əməkdaşlıq edir.

E.Nəsirov xatırladıb ki, SOCAR İsveçrə, Rumıniya və Ukrayna kimi Avropa ölkələrində təmsil olunur. Onun sözlərinə görə,hazırda enerji daşıyıcılarının qiymətlərinin aşağı olmasını nəzərə alaraq, şirkət təbii ki, genişlənməkdə maraqlıdır: “Lakin hazırda bizə Almaniyada şəbəkə təklif edilsə belə, biz tələsik hərəkət etməyi düşünmürük”.

O vurğulayıb ki, SOCAR hazırda Xəzər dənizindən Türkiyəyə və Qərbi Avropaya çəkilən bir neçə qaz kəməri ilə məşğuldur: “Kəmərlərin çəkilməsinə və dəniz qurğularının tikintisinə çəkilən 35 mlrd. dollar xərci nəzərə alsaq, biz təchizat və tranzit xərclərinin hər il müzakirəyə çıxarılmasına yol verə bilmərik”, – deyə E.Nəsirov vurğulayıb.

Şirkətin vitse prezidenti həmçinin qeyd edib ki, SOCAR özünü Rusiyanın “Qazprom” şirkətinin rəqibi olaraq görmür: “Heç bir rəqib Avropa bazarından çıxarılmayıb. Biz sadəcə Avropa və Türkiyədə hazırki və gələcəkdə yarana biləcək enerji təchizatı boşluğunu doldururuq”.

Eyni kateqoriyadan Digər materiallar

Yunanıstan-Bolqarıstan qaz kəmərinin genişləndirilməsi prosesi başlayır
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
ЕС исключил из санкций нефтепродукты, произведенные из российской нефти вне РФ
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025
Maraqlı Xəbərlər

Avropa Birliyi Rusiya qazı ilə vidalaşmağa qərar verdi

19/12/2025
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Azərbaycan

Azərbaycanın Şimali Makedoniyanın qaz təchizatında iştirakı…

14/12/2025
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.