Cümə axşamı, Fevral 12, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Azərbaycandakı neft şirkətləri ixtisaslı texnik kadrları hazırlığına maraq göstərirlər

08/12/2017
1
BAXIŞ
Share on FacebookShare on Twitter

BP və onun əməliyyatçısı olduğu layihələrdəki tərəfdaşları texniklərin təliminin ikinci məzun buraxılışını qeyd ediblər

Bu gün Bakıda BP-nin Bakı ofisində keçirilən tədbirdə 47 məzuna sertifikatlar təqdim edilib.

“BP-Azerbaijan” şirkətinin ictimaiyyət üçün yaydığı məlumatda bildirilir ki, bu layihə BP və tərəfdaşlarının Azərbaycanda neft-qaz əməliyyatlarına cəlb edilmiş yerli işçi qüvvəsinin təlimi və inkişafında SOCAR ilə əməkdaşlıq etmək öhdəliyi çərçivəsində həyata keçirilir.

Bu öhdəliyin bir hissəsi kimi, BP və tərəfdaşları ötən iki il ərzində yerli icmaların nümayəndələrindən ibarət böyük bir qrupa peşə və texniki təlim üzrə dəstək verib. Bunlara əsasən Səngəçal terminalı yaxınlığında yaşayan Səngəçal, Ümid, Əzimkənd və Qobustan qəsəbələrindəki icmalar daxildir.

Təlimlər SOCAR-ın Qobustan Regional Texniki Təlim Mərkəzində keçirilib. Bu vaxtadək BP və tərəfdaşları 2015-ci ildə 79 nəfər və 2016-cı ildə 47 nəfər olmaqla ümumilikdə Mərkəzdə 126 nəfər texnikin təlimini maliyyələşdirib. Bu dəstək  əsasən təlimdə iştirak edən  tələbələrin 10 aylıq təhsil haqlarını əhatə edib.

BP-nin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəylii: “Bugünkü tədbir bizim yüksək ixtisaslı yerli işçi qüvvəsinin inkişafına  sərmayə qoymaq öhdəliyimizi bir daha nümayiş etdirir. Biz uzun illərdir ki, neft və qaz sektoru  sahələrində ixtisaslaşan yerli texniklərin inkişafına dəstək veririk və bu yönümdə  SOCARla əməkdaşlıq edirik. Azərbaycanda fəaliyyət göstərdiyi 25 ildən artıq müddət ərzində BP şirkəti hökumətlə və öz tərəfdaşları ilə sıx işləyərək  bu  ölkədə dünya səviyyəli yerli bacarıqların, o cümlədən sənaye və insan potensialının inkişafı ilə bağlı səylərə  dəstək verib. Buraya Azərbaycan vətəndaşları üçün təlim və inkişaf imkanlarının yaradılmasında əməkdaşlıq da daxildir.

Bu məqsədlə bir neçə il əvvəl biz Qobustan Regional Təlim Mərkəzində yerli texniklərə təlimlər keçirilməsi üçün SOCARla Anlaşma Memorandumu imzaladıq. Hesab edirik ki, bu əməkdaşlıq çox uğurlu olub və yerli icmalardan təxminən 130-a yaxın nümayəndə  artıq təlimdə iştirak edərək yüksək ixtisaslı texnik kimi sertifikatlar alıb. BP və tərəfdaşlarının adından bütün məzunları səmimi qəlbdən təbrik edirəm və bu əhəmiyyətli əməkdaşlıq imkanına görə SOCAR-a təşəkküredirəm.”

O həmçinin bildirib ki, sosial sərmayə layihələri çərçivəsində BP və tərəfdaşları indiyədək 71 mln. dollar sərmayə yatırıb.

SOCAR-ın kadr,rejim və informasiya texnologiyaları üzrə vitse-prezidentinin müavini Asif Şəfəqqətov şirkətin kadr sahəsində gördüyü işlərdən, daxili və xarici təqaüd proqramından, peşə təhsili üzrə işlərdən danışıb.

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Yunanıstan-Bolqarıstan qaz kəmərinin genişləndirilməsi prosesi başlayır
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
ЕС исключил из санкций нефтепродукты, произведенные из российской нефти вне РФ
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.