Qafqazinfo” DİN-in saytına istinadən xəbər verir ki, yanvar ayının 1-də Bakı və Sumqayıt şəhərlərində dəm qazından ölənlər olub.
Belə ki, Xətai rayonu ərazisində yaşayan Gürcüstan vətəndaşı Leyla Çopurova, Səbail rayonu ərazisində yaşayan Cahangir Mustafayev və arvadı Sevinc, Sumqayıt şəhərində yaşayan Zeynəb İsmayılova evlərində dəm qazından zəhərlənərək ölüblər.
Caspian Barrel isə bildirir ki, bundan əlavə Yeni ilin ilk günü paytaxın Yasamal rayonunda Şamil Əzizbəyov küçəsi, ev 47 ünvanında beş nəfər Kamerun Respublikasının vətəndaşı dəm qazından zəhərlənərək dünyalarını dəyişiblər.
Araşdırmalar aparılır.