Cümə, Yanvar 23, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR Trading ilk LNG partiyasını Maltaya çatdırıb

08/12/2017
3
BAXIŞ
Share on FacebookShare on Twitter

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin ticarət evi – “SOCAR Trading” Maltada işləri davam etdirilən “LNG-to-Power” (Liquified Natural Gas, mayeləşdirilmiş qazdan elektrik enerjisinə) layihəsi üçün ilk LNG partiyasını çatdırıb.

“Report”un Maltaya ezam olunmuş müxbiri xəbər verir ki, bununla da “SOCAR Trading” ilk dəfə olaraq LNG təchizatını həyata keçirir.

Mərasimdə qeyd olunub ki, bu bazarın bilavasitə Avropa ölkəsi olması xüsusi əhəmiyyət daşıyır: “LNG bazarı getdikcə böyüyür və SOCAR-ın bu bazarda iştirakı çox əhəmiyyətlidir. Bununla da SOCAR müştərilərə qazı təkcə boru kəmərləri vasitəsilə deyil, həm də LNG şəklində də çatdıra biləcək”.

Tədbirdə “SOCAR Trading”in mayeləşdirilmiş təbii qazın idxalı məqsədilə terminal tikintisi üçün Fransanın “Total” neft-qaz şirkəti və Kot d`İvuar Dövlət Neft Şirkəti tərəfindən yaradılmış yeni konsorsiumun 26%-ni əldə etməsi xatırlanaraq bildirilib ki, bu, LNG üzrə həyata keçirilən ikinci layihədir. Şirkətin bu istiqamətdə işləri və layihələri gələcəkdə də artacaq:  “SOCAR-ın LNG bazarında böyüməsində Azərbaycan hökumətinin də böyük rolu var və Energetika nazirliyi və digər müvafiq qurumlar tərəfindən dəstəklənir”.

Mərasimdə Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç, Malta baş nazir ofisinin naziri Konrad Mizzi, “Electrogas Malta” şirkətinin baş icraçı direktoru Franz Doerfler, eyni zamanda “SOCAR Trading”in nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, “SOCAR Trading” şirkətinin 33% paya malik olduğu “Electrogas Malta” konsorsiumu təbii qazla işləyən 200 MVt gücündə olan buxar-qaz turbininin (CCGT), həmçinin, mayeləşdirilmiş təbii qaz üçün qəbul, saxlama və qazlaşdırma qurğularının tikintisini həyata keçirir. Bu layihə Maltanın cənub-şərqində, Marsakslok yaxınlığında Delimara Elektrik Stansiyasının ərazisində həyata keçirilib.

Malta Ətraf Mühit və Planlaşdırma İdarəsi (MEPA) 480 mln. avro dəyərində olan bu layihəni 2014-cü ilin mart ayında təsdiq edib.

CCGT və LNG qurğularının tikintisi və quraşdırılması 18 aya tamamlanıb. Layihə istismara verildikdən sonra Maltanın elektrik enerjisinə olan tələbatın təxminən 50%-nin ödəniləcəyi gözlənilir.

Təbii qaz təkrar qazlaşdırma qurğusu vasitəsilə təchiz edilir. “SOCAR Trading” proses üçün tələb olunan LNG və avadanlığı təmin edəcək.

Qazla işləyən yeni buxar-qaz elektrik stansiyası daha ucuz təbii qazdan istifadə və elektrik enerjisi istehsalı məqsədilə ağır dizel yanacağından asılılığı azaltmaq üçün Malta hökumətinin təşəbbüsünün bir hissəsidir.

Bu qurğu LNG-ni körpüyə birləşdirilmiş üzən anbar qurğusu (FSU Floating storage unit) vasitəsilə qəbul edəcək. Qazlaşdırma qurğusu elektrik stansiyasının cənub hissəsində, körpü isə eyni qurğunun cənub-qərbində yerləşir. 18 illik icarə əsasında “SOCAR Trading” tərəfindən təchiz edilən FSU, Malta, Delimarada doka daxil edilib, tutumu 125 min kubmetr həcmindədir.

Eyni kateqoriyadan Digər materiallar

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Yunanıstan-Bolqarıstan qaz kəmərinin genişləndirilməsi prosesi başlayır
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
ЕС исключил из санкций нефтепродукты, произведенные из российской нефти вне РФ
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025
Maraqlı Xəbərlər

Avropa Birliyi Rusiya qazı ilə vidalaşmağa qərar verdi

19/12/2025
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.