OPEC-in iclasları çərçivəsində görülən tədbirlərin dünya bazarında neftin qiymətlərinə təsiri oldu. Bunu Trend-ə energetika naziri Natiq Əliyev deyib.
Nazir hesab edir ki, həmin tədbirlərin bundan sonra da təsiri olacaq: “Ancaq o qədər də böyük təsir gözləmək lazım deyil. Biz hesab edirdik ki, iclasda qəbul edilən qərarlar neftin bir barelinin qiymətini 60 dollara qədər artırsın”.
