Bazar ertəsi, Dekabr 8, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Azərbaycanda 2017-ci ildə təbii qazın qiyməti arta bilərmi?

08/12/2017
35
BAXIŞ
Share on FacebookShare on Twitter

Tarif Şurası olan ölkədə hər şey ola bilər…

2017-ci il yanvarın 1-dən əhali qrupu üçün təbii qazın qiymətlərində differensiallaşdırılmışmış tariflərin  tətbiqinə başlanılıb. Tarif Şurasının 28 noyabr 2016-cı ildə qəbul etdiyi qərara görə, 1500 kubmetrdən çox sərfiyyatı olan abonent artıq işlətdiyi hər kubmetr qaz üçün 20 qəpik ödəməli idi. Ancaq dekabrda Azərbaycan Prezidentinin göstərişindən sonra TŞ bu limiti 1700 kubmetrə qədər artırdı.

Bu gün SOCAR-ın iqtisadiyyat üzrə vitse-prezidenti Süleyman Qasımov mətbuat konfransında bildirib ki, “təbii qazın qiymət artımı ümumi abonentlərin əksər hissəsini əhatə etməyib”. SOCAR rəsmisinin ikinci fikri ictimaiyyət üçün daha  şübhəli görünüb: “üzən məzənnə rejimi nəzərə alınmaqla dollarla satın alınan qaza görə ödənişin müvafiq mexanizm işlənib hazırlanması məsələsi gündəmdədir. Təbii qazın indiki qiymətinin səmərəliliyi bizim üçün ziyanla həyata keçirilir. Əgər manatın dollara nisbətən məzənnəsi azalmaqda davam edərsə, SOCAR aidiyyəti qurumlara müraciət edəcək”.

Doğrudanmı qaz ölkəsi sayılan Azərbaycanda əhali birdən-birə qiymət məsələsində QAZ ŞOKU keçirməklə üzləşə bilər?

Əvvəlcə statistikaya nəzər yetirək: 2016-cı ilin yekunları hələ açıqlanmayıb. Ona görə də 11 ayı müqayisə edəcəyik. Ötnən ilin yanvar-noyabrında Azərbaycanda 17 024,8 mln kub metr əmtəəlik qaz hasil edilib. Bir il əvvəl bu göstərici 18 068,1 mln kub metr olmuşdu. Yəni ölkənin əmtəlik qaz hasilatı 1 mlrd 43,3 mln kub metr azalıb. Bu bir il ərzində “Azəriqaz” İstehsal Birliyinin (SOCAR-ın qaz paylayıcı şəbəkəsi) abonentlərinin ümumi sayı 166 min 488 ədəd artaraq 1 mln 980 min 526-a çatıb. Bu isə ortalama əlavə 300 mln kubmetrə qədər qaz sərfiyyatı deməkdir.  Onda sual ortaya çıxır: SOCAR bu qədər qaz deficitini nəyin hesabına  ötən il bağlaya bilib?

Yenə statistika köməyimizə çatır. 2015-ci ildə Statkom qaz  itkilərini 1 mlrd kub metr olduğunu göstərdiyi halda, 2016-cı ilin 9 ayında bu göstəricinin xeyli azaldığını (550 mln kub metrədək) qeyd edir. Yəni illik ölçüdə bu təqribən 700 milyon kubmetr çıvarında olduğuna dəlalət edir. Yəni 300 mln kubmetr itkilərin azaldılması hesabına ödənilib.

İkincisi, “Azərenerji” əgər əvvəllər hər il SOCAR-dan 5,3-5,5 mlrd kub-metr qaz alırdısa, 2016-cı ilin 11 ayında  3 milyard 816 milyon kub metr qaz alıb. Onda güman etmək olar ki, ötən il energetiklər SOCAR-dan  4,2-4,3 milyard kub metr qaz alıblar. Ancaq bu heç də o demək deyil, ki, “Azərenerji” başlayıb səmərəli işləməyə. Baxmayaraq ki,  ötən ildə hava şəraiti kifayət qədər mülayim keçdi (istər qış olsun, istərsə də yay), buna baxmayaraq  “Azərenerji” elektrik enerji istehsalını 2015-ci illə müqayisədə 100 mln kVt\saat artıraraq 22,6 mlrd kVt\saata çatdırdı. Bəs “Azərenerji” istehsalı nəyin hesabına ümumiyyətlə aparıb? Axı onun hasilatının 92%-i istilik elektrik stansiyalarının payına düşür! Yanacaq mazutunun!  Ötən il elektrik enerjisinin istehsalında yarım milyon ton nazutdan istifadə edilib və nəticədə SOCAR ölkənin daxili bazarında olan problemləri çətinliklə də olsa həll edə bildi.

Ancaq bu yazdıqlarım məsələnin statistik tərəfidir. Azərbaycanda  dövlət tərəfindən qiyməti tənzimlənən hər hansı bir qiymətin “ziyana getməməsi” məsələsi daha mürəkkəb mexanizmlərlə bağlıdır. Məsələn, yadınızdadırmı, “Azərenerji”nin SOCAR-a olan 580 milyon manatlıq  borcu…özü də  0.78 kursu vaxtı.  Bir dövlət şirkəti digərinin pulunu ödəmir, çünki “Azərsu” da nasos stansiyalarında işlətdiyi enerjinin pulunu ödəyə bilmirmiş. Hökumət də heç nə olmamış kimi seyrçi mövqe tuturdu və sonda birdən hər şeyin qiymətini qaldırdı. Ancaq qiymət artımı məsələnin həllidirmi? Müstəqillik illərində nə qədər qiymət artımı olub! Olan problemlər həllini tapıbmı?

Ona görə də məsələlər kompleks həll edilməlidir: bunun üçün isə yol islahatlardan keçir. Dünənə qədər (ikinci devalvasiyaya ) SOCAR-ın Şahdənizdən və əməliyyat şirkətlərindən təbii qazı dönərli valyuta ilə alınması kiminsə yadına düşmürdü. Əlbətt də yox, çünki bahalı manatımızın fonunda dolların söhbətini qaldırmaq nəyə lazım idi. Ancaq hər zamanın bir hökmü var. İndi də dolların hökmüdür. Milli iqtisadiyyatın dirçəldilməsi isə istehsalatdan keçir, insanların qazancının artırılmasından gedir.

Vergilərin, kommunal xərclərin, yanacağın qiymətinin artırılması ilə iqtisadi inkişafda hansısa pilləni aşmaq mümkündür, ancaq nəzərə almaq lazımdır ki, əldə edilən enerji digər pillələri aşmaq üçün yetərli olmur…

İlham Şaban

Neft Araşdırmaları Mərkəzinin rəhbəri

Eyni kateqoriyadan Digər materiallar

США призвал Туркмению  выходить на газовый рынок ЕС
Azərbaycan

“Fitch” SGC-nin 2029-cu ilədək qaz nəqlindən gözləndiyi gəlirləri açıqlayıb

08/12/2025
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
SOCAR: Gələn il “Abşeron” yatağı ilə bağlı investisiya qərarı veriləcək
Azərbaycan

SOCAR: Gələn il “Abşeron” yatağı ilə bağlı investisiya qərarı veriləcək

28/11/2025
İlham Şaban: Azərbaycan Türkiyəyə qaz ixracını artıra bilərmi?
Azərbaycan

Azərbaycan Türkiyəyə qaz nəqlini 4 % artırıb

28/11/2025
На месторождении “Карабах” будет пробурена оценочная скважина
Azərbaycan

BP “Qarabağ” yatağının işlənilməsinə dair planlarını açıqlayıb

28/11/2025
bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”
Azərbaycan

bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”

26/11/2025
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

“Fitch” SGC-nin 2029-cu ilədək qaz nəqlindən gözləndiyi gəlirləri açıqlayıb

08/12/2025
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
Azərbaycan

SOCAR: Gələn il “Abşeron” yatağı ilə bağlı investisiya qərarı veriləcək

28/11/2025
İlham Şaban: Azərbaycan Türkiyəyə qaz ixracını artıra bilərmi?
Azərbaycan

Azərbaycan Türkiyəyə qaz nəqlini 4 % artırıb

28/11/2025
Azərbaycan

BP “Qarabağ” yatağının işlənilməsinə dair planlarını açıqlayıb

28/11/2025
Azərbaycan

bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”

26/11/2025
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
Azərbaycan

“Ümid” yatağından hasil edilən qaz və kondensatın həcmi açıqlanıb

24/11/2025
Azərbaycan

SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb

24/11/2025
Azərbaycan

Bakıda SPE 2025 Xəzər Texniki Konfransı keçiriləcək

24/11/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.