Vergilər Nazirliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yaratdığı “SOCAR GPC” MMC-ni dövlət qeydiyyatına alıb.
“Report” Nazirliyə istinadən xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, nizamnamə kapitalı 1 000 ABŞ dolları, qanuni təmsilçisi Fərid İskəndər oğlu Cəfərovdur.
“SOCAR GPC” neft-kimya kompleksi və qaz emalı zavodunun yaradılmasını nəzərdə tutur.