Qazaxıstan və İran viza rejiminin sadələşdirilməsi üzərində işləmək barədə razılaşıblar. Bu barədə Qazaxıstan prezidenti Nursultan Nazarbayev iranlı həmkarı Həsən Ruhani ilə danışıqlardan sonra bəyan edib. “Kazinform”un müxbiri bu barədə xəbər verib.
Qazaxıstan prezidentinin sözlərinə görə, onun İrana səfərindən sonra Almata və Tehran arasında hava reysi açılıb.
N.Nazarbayev daha sonra əlavə edib: “Astana və Tehran arasında da hava resinin açılması planlaşdırılır”.