“Fitch Ratings” beynəlxalq reytinq agentliyi 2016-cı ildə Azərbaycanda ÜDM-nin 2,3% azalacağını, 2019-cu ildə 1,8%-dək artacağını proqnozlaşdırır. Bu barədə agentliyin məlumatında deyilir.
““Fitch”in proqnozlarına görə, 2016-cı ildə Azərbaycanda 2,3%-lik resessiya 2019-cu ildə 1,8% səviyyəsində artımla əvəz olunacaq”, – deyə məlumatda bildirilir.
Bundan başqa, 2016-2018-ci illərdə manatın ABŞ dollarına qarşı məzənnəsi 1,55-1,7 manat/$1 arasında dəyişəcək.
Azərbaycan hökuməti 2016-cı ildə ÜDM-nin 2,8% azalacağını, 2017-ci ildə 1%, 2018-ci ildə 1,5%, 2019-cu ildə 2,8% artacağını proqnozlaşdırır.
2015-ci ldə respublikada ÜDM 1,1% artıb.