Sonuncu dəfə faiz dərəcəsi 2015-ci ilin dekabrında artırılmışdı

ABŞ-ın Federal Ehtiyat Sisteminin (FES) Direktorlar Şurası əsas uçot dərəcəsini 0,5‒ 0,75%-dək artırmaq barədə qərar qəbul edib.
Caspian Barrel RBC-ya istinadən xəbər verir ki, bunun üçün bütün əsaslar vardı. Belə ki, ABŞ-ın makroiqtisadi göstəriciləri durmadan yaxşılaşırdı və üçüncü rübdə 3,2% artım nümayiş etdirmişdi. Bundan əlavə 2016-cı ilin noyabrında ABŞ-da işsizlik səviyyəsi 2007-ci ildəki minimuma enmişdi. Yeganə proqnozdan kənarlaşan amil – həddən aşağı kiçik inflyasiya göstəricisinin olması idi. Ancaq təhlilçilər hesab edirlər ki, artıq 2017-ci ilin birinci rübündə inflyasiya 2% həddinə çata bilər.
Yerli iqtisadşılar hesab edirlər ki, FES 2017-ci ildə ABŞ-ın stabil iqtisadi göstəricilərini nəzərə alıb uçot dərəcələrini artırmaqla bağlı daha 2 dəfə də qərar çıxaracaq.