Neft dünya bazarlarında bahalaşsa da, Azərbaycan milli valyutası “əriməkdə” davam edir…
Azərbaycan Mərkəzi Bankı dolların sabaha olan məzənnəsini açıqlayıb.
Qurumun mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, sabah 1 ABŞ dollarının rəsmi məzənnəsi 1,7430 manat səviyyəsində müəyyən olunub.
Qeyd edək ki, bu gün Azərbaycanda 1 dolların rəsmi məzənnəsi 1,7369 manat olub.