2016-cı ilin yanvar-noyabr aylarında Azərbaycanda neft hasilatı (qaz kondensatı da daxil olmaqla) 37 mln. 717,2 min ton təşkil edib ki, bu da 2015-ci ilin analoji dövrünün göstəricisindən 1,5% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvar-noyabr aylarında 37 mln. 670,4 min ton əmtəə nefti (azalma 1,5%) hasil olunub.
Bu dövrdə 26 mlrd. 891,2 mln. kubmetr qaz (azalma 0,1%) hasil olunub. Bununla yanaşı, yanvar-noyabr aylarında əmtəə qazının hasilat həcmi 17 mlrd. 24,8 mln. kubmetr (azalma 4,9%) təşkil edib.
2015-ci ildə Azərbaycanda qaz kondensatı da daxil olmaqla, neft hasilatı 41 mln. 689 min ton, qaz hasilatı 29 mlrd. 742,4 mln. kubmetr təşkil edib.
Hökumətin proqnozlarına əsasən, 2016-cı ildə Azərbaycanda neft hasilatı 40 mln. 744,9 min ton, qaz hasilatı 29 mlrd. 345 mln. kubmetr təşkil edəcək.
İnterfax.az